Skip to content
20.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”
  • ARAŞDIRMA

Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”

admin 20.08.2026
c92202c4812791ead4b82c5584cc1de1

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan olunub.

Məlum olub ki, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rəfael Həsənovun oğlu Həsən Həsənovu dövlət qurumunda hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, onun pulunu ələ keçiriblər. İslam Yusifov ifadəsində makler olmadığını deyib:

“İlham Abbasovun vasitəçiliyi ancaq məni onlarla tanış etmək olub. Onlardan götürdüyüm pulu üç ay müddətində qaytarmalı idim. Mənə 100 min manatı Rəfaelin oğlanları verib. Obyekt 850 min manata satılmalı, 640 min manat banka çatmalı idi. Mən cinayət törətməmişəm”.

Daha sonra zərərçəkmiş Rəfayel Həsənovun ifadəsi səsləndirilib.

Bundan sonra İlham Abbasovun ifadəsi elan olunub:

“Onların verdiyi pulun üstünə özüm də qoymuşam. İslam deyib ki, sən pul ver, sonra öz aramızda həll edərik. Həmin pulun 690 000 manatı banka çatmalı idi. Bu işdə mənim də xeyrim olacaqdı. Bu da 20 min manat idi. Zərərçəkmiş şəxsin oğlunu işə düzəltmək barədə razılığımız olmayıb. Mənim heç ora kimisə işə düzəltmək üçün tanıdığım şəxs olmayıb”.

Zərərçəkən Rafael Həsənov bildirib ki, ona 360 000 ziyan vurulub:

“Dəymiş ziyanın 102 000-i ödənilib. Mənim pulu vermək səbəbim o idi ki, oğlumu dövlət qurumuna işə düzəldəcəyini vəd vermişdi. İlham Abbasov məndən 360 min manat istədi və dedi ki, 350 min işin həll olunması üçün həmin dövlət qurumuna veriləcək, 10 min manat onun özünə qalacaq. Ortada obyekt söhbəti olmayıb. Obyekti satmaq barədə sonra razılaşmışıq. Obyekt satılacaqdı, mənim də pulum qaytarılacaqdı. Pulu İlhama vermişəm, çünki ona inanmışam. Deyib ki, yaxşı tanışları var, bu işi görəcəklər”.

Növbəti proses 16 sentyabr saat 10:00-a təyin olunub.

İttihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Xatırladaq ki, 2010-cu ildə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT
Next: İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”

OXŞAR MÖVZULAR

UuALQY7twZShnELhMDDjHj5zEpzoOvK3dz8Jaf71_1200
  • ARAŞDIRMA
  • VİDEO

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO

admin 20.08.2026
islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
ddcf04adb40801eb5bf8862f59316199
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduz “David Seliverstov”un Azərbaycanda müdafiəçisi peyda oldu – Məhkumluğu olan Azad İskəndərli kimdir?

admin 19.08.2026

XƏBƏR LENTİ

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi ukraine-military-drones
  • DÜNYA

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi

admin 20.08.2026
Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri gecə saatlarında ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 1000-ə yaxın...
DAVAMI Read more about Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi
İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin” mojtaba_kh
  • DÜNYA

İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”

admin 20.08.2026
Mobil telefonlara göndərilən SMS və internet saytları vasitəsilə İran vətəndaşlarından ölkənin Ali rəhbəri Müctəba Xameneinin sağlamlığı üçün...
DAVAMI Read more about İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”
Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi” c92202c4812791ead4b82c5584cc1de1
  • ARAŞDIRMA

Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”

admin 20.08.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə...
DAVAMI Read more about Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”
Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT 1787204936_screenshot-2026-08-20-094655
  • CƏMİYYƏT

Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT

admin 20.08.2026
Redaksiyamıza Radius.az-dan təkər alışına görə şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, o, şirkətin kampaniyasından yararlanaraq təkərləri daha...
DAVAMI Read more about Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO UuALQY7twZShnELhMDDjHj5zEpzoOvK3dz8Jaf71_1200
  • ARAŞDIRMA
  • VİDEO

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO

admin 20.08.2026
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq...
DAVAMI Read more about DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO

Bütün yazılar

ukraine-military-drones
  • DÜNYA

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi

admin 20.08.2026
mojtaba_kh
  • DÜNYA

İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”

admin 20.08.2026
c92202c4812791ead4b82c5584cc1de1
  • ARAŞDIRMA

Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”

admin 20.08.2026
1787204936_screenshot-2026-08-20-094655
  • CƏMİYYƏT

Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT

admin 20.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.