Skip to content
18.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

admin 18.08.2026
1787034328_screenshot-2026-08-18-102204

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür.

Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır.

Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin “Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.

Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biri olub.

Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə DSX-nin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.

Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Buna nümunə kimi 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.

DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.

Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək, ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda DSX-nin 2 kolondan ibarət parad heyəti “Vətən Müharibəsi Qəhrəmanı” general-leytenant İlham Mehdiyevin rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçiblər. DSX-nin Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib, daha sonra hərbi texnikaların keçidində iştirak edib.

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə Vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb – VİDEO
Next: “Yüzlərlə sakinin həyatı təhlükədədir” – “AAAF Park”da QALMAQAL

OXŞAR MÖVZULAR

1786992855_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama

admin 18.08.2026
1787021138_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir

admin 18.08.2026
1787021662_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları

admin 18.08.2026

XƏBƏR LENTİ

“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama 1786992855_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama

admin 18.08.2026
Jurnalist Elman Eldaroğlu “Facebook” sosial hesabında yazaraq bildirib ki, onun yaşadığı binanın idarəedilməsi və nəzarəti binada mülkiyyət...
DAVAMI Read more about “İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur d98a52f0bddae29d95aeeff027dad7ab
  • ARAŞDIRMA

Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur

admin 18.08.2026
Bu gün, avqustun 17-də Yasamal Rayon Məhkəməsində iş adamı Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət...
DAVAMI Read more about Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir 1787021138_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir

admin 18.08.2026
Gürcüstanın Marneuli bölgəsində Azərbaycan sərhədinə doğru hərəkət edən yüzlərlə xarici yük avtomobilindən ibarət nəhəng növbə yaranıb. Musavat.com...
DAVAMI Read more about Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU 1787033304_1
  • CƏMİYYƏT

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU

admin 18.08.2026
Dünən məlumat verərək bildirdik ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və...
DAVAMI Read more about Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU
Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO) 1787033928_1
  • CƏMİYYƏT
  • VİDEO

Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO)

admin 18.08.2026
Lizinq şirkəti ilə vətəndaş arasında narazılıq yaranıb. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Murad Qədimov iddia edir...
DAVAMI Read more about Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO)

Bütün yazılar

1786992855_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama

admin 18.08.2026
d98a52f0bddae29d95aeeff027dad7ab
  • ARAŞDIRMA

Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur

admin 18.08.2026
1787021138_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir

admin 18.08.2026
1787033304_1
  • CƏMİYYƏT

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU

admin 18.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.