Skip to content
05.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir – DTX-nın həbs etdiyi icra başçısı ilə… -FOTOLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir – DTX-nın həbs etdiyi icra başçısı ilə… -FOTOLAR

admin 05.08.2026
1785863887_1

Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinə yeni rəis təyin olunub. Komitə sədri Ramin Məmmədovun müvafiq əmri ilə Qüdrət Əliyev bu vəzifəyə gətirilib.
Məlumata görə, Qüdrət Əliyev bu təyinatdan öncə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işləyib və 2022-ci ilin noyabrında müqavilə müddətinin başa çatması ilə əlaqədar fəaliyyətinə xitam verilib. Lakin o, həmin vəzifədə müqavilə müddəti bitənədək fəaliyyətini davam etdirə bilib.

Q.Əliyevin karyerasındakı diqqətçəkən məqamlardan biri isə onun Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun idarəçiliyi dövründə birinci müavin postunu tutmasıdır. Həmin dövrdə o, qəfil birinci müavin vəzifəsindən azad edilərək Şəmkir rayon Təhsil Şöbəsinin müdiri postuna gətirilmişdi. Rayonda icra hakimiyyətinin əsas fiqurlarından birinin birbaşa təhsil sahəsinə rəhbər təyin olunması o vaxt yerli ictimaiyyət və media tərəfindən “vəzifə manipulyasiyası” və idarəetmədə qeyri-şəffaflıq iddiaları ilə kəskin tənqid edilmişdi.

Bununla yanaşı, 2021-ci ilin aprelində icra hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı ölkə mediası ilk saatlarda Qüdrət Əliyevin də rəsmən həbs edildiyi barədə geniş xəbərlər yaymışdı. Böyük rezonans doğuran bu məlumatlardan sonra Təhsil Nazirliyi rəsmi açıqlama yayaraq onun həbs olunmadığını və işinin başında olduğunu bildirməli oldu. Yaranmış bu informasiya xaosu zamanı onun adı ətrafında ciddi ajiotaj yaşanmışdı.

Alimpaşa Məmmədovun rüşvət ittihamları ilə mühakimə olunduğu dövrdə Qüdrət Əliyev sabiq başçının ən yaxın ətrafı və imza səlahiyyəti olan keçmiş müavini kimi hüquq-mühafizə organları tərəfindən dindirilib. Onun cinayət məsuliyyətinə cəlb edilməməsinə baxmayaraq, uzun müddət məhkəmədə şahid qismində ifadə verməsi və mənimsənilən büdcə vəsaitlərinin sənədləşdirilməsi prosesində adının halallanması karyerasında ən qalmaqallı kölgə olaraq qalıb.(32gun.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
Next: İcra başçısı niyə yalan danışır? – Fotolar

OXŞAR MÖVZULAR

1785869524_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

BAHASI 351 MİN, UCUZU 5 MİN…. – Bazarda qiymətlər necə dəyişir? + SİYAHI

admin 05.08.2026
1785867044_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır? VİDEO

admin 05.08.2026
1785901682_1
  • GÜNDƏM
  • ÖLKƏ

SOCAR KÜTLƏVİ İXTİSAR faktını NİYƏ DANIR?

admin 05.08.2026

XƏBƏR LENTİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var… 1785916130_gemini_generated_mage_oqi09coqi09coqi0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

admin 05.08.2026
Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat...
DAVAMI Read more about Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub 1785915563_screenshot-2026-08-05-113341
  • CƏMİYYƏT

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

admin 05.08.2026
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”ndə İdarə Heyəti sədrinə müavin təyin olunub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4...
DAVAMI Read more about Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər 763860264_2223982401795144_7811079334822152822_n
  • HADİSƏ
  • VİDEO

Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər

admin 05.08.2026
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, avqustun 4-nə keçən gecə –...
DAVAMI Read more about Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər
BDU tələbələri təqaüdlərini ALA BİLMİRLƏR… – Universitet isə bildirir ki… 1785910199_1
  • CƏMİYYƏT

BDU tələbələri təqaüdlərini ALA BİLMİRLƏR… – Universitet isə bildirir ki…

admin 05.08.2026
Bakı Dövlət Universitetinin (BDU) tələbələri təqaüdlərin verilməməsi ilə bağlı narazılıq edirlər. Yeniavaz.com-a müraciət edən bəzi tələbələr bildirirlər...
DAVAMI Read more about BDU tələbələri təqaüdlərini ALA BİLMİRLƏR… – Universitet isə bildirir ki…
“Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” – Əkrəm Həsənov 1785901077_1
  • İQTİSADİYYAT

“Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” – Əkrəm Həsənov

admin 05.08.2026
Rəsmi məlumatlara görə, 2026-cı ilin iyul ayının əvvəlinə Azərbaycanda kreditlər üzrə ən yüksək orta faiz dərəcəsi Dağlıq...
DAVAMI Read more about “Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” – Əkrəm Həsənov

Bütün yazılar

1785916130_gemini_generated_mage_oqi09coqi09coqi0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

admin 05.08.2026
1785915563_screenshot-2026-08-05-113341
  • CƏMİYYƏT

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

admin 05.08.2026
763860264_2223982401795144_7811079334822152822_n
  • HADİSƏ
  • VİDEO

Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər

admin 05.08.2026
1785910199_1
  • CƏMİYYƏT

BDU tələbələri təqaüdlərini ALA BİLMİRLƏR… – Universitet isə bildirir ki…

admin 05.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.