Skip to content
05.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

admin 05.08.2026
1785916130_gemini_generated_mage_oqi09coqi09coqi0

Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs (PHŞ) ″GEOPROJECT″ MMC, “İNTEGRİS” MMC, “AZİN CONSTRUCTİON” MMC və “ARCH-TİKİNTİ” MMC ilə layihələndirmə işləri, “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə Bəylik kəndində meyvə bağının salınması, eləcə də “HAYAT GROUP” MMC ilə xüsusi təyinatlı texnikaların təmiri ilə bağlı anlaşıb. 28.06.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, tərəflər arasında razılaşma ″GEOPROJECT″ MMC ilə 1.287.757 manatlıq “Vəlibəyli kəndi), “İNTEGRİS” MMC ilə 896.139 manatlıq (Qoşasu kəndi) və “HAYAT GROUP” MMC ilə 38.551 manatlıq olub. Daha sonra-24.07.2026-cı il tarixdə isə eyni dövlət portalında yer alan məlumata görə, “AZİN CONSTRUCTİON” MMC ilə 1.449.984 manatlıq ( Hacıxanlı kəndi), “ARCH-TİKİNTİ” MMC ilə 874.969 manatlıq (Səfiyan kəndi) və “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə 74.860 manatlıq müqavilə bağlanıb.

Sadadığımız müqavilələrdə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Məhz bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir…Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var… Yuxarıda qeyd etdiyimiz kimi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb. Həm də toplam dəyəri milyonlarla ölçülən müqavilələr…

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur: , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in müxtəlif işlərlə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s…

***

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in icraçl direktoru cənab Rafiq Salmanova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq…Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)

Haşiyə: Xatırladaq ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ prezident cənab İlham Əliyevin 26 may 2023-cü il tarixli №2151 fərmanı ilə yaradılıb. Qurumun icraçı direktoru Rafiq Salmanov isə ötən ilin sentyabr ayından bu vəzifəni daşıyır…

Hörmətlə xatırlatma…

Əvvəla, hörmətli icraçı direktora xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır…

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
Next: Jurnalistdən “Bank Respublika”ya ağır ittiham – “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”

OXŞAR MÖVZULAR

1785917310_screenshot-2026-08-05-120753
  • CƏMİYYƏT

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

admin 05.08.2026
1785915563_screenshot-2026-08-05-113341
  • CƏMİYYƏT

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

admin 05.08.2026
1785910199_1
  • CƏMİYYƏT

BDU tələbələri təqaüdlərini ALA BİLMİRLƏR… – Universitet isə bildirir ki…

admin 05.08.2026

XƏBƏR LENTİ

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib 1785917310_screenshot-2026-08-05-120753
  • CƏMİYYƏT

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

admin 05.08.2026
Şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər...
DAVAMI Read more about Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
Jurnalistdən “Bank Respublika”ya ağır ittiham – “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar” 1785851932_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Jurnalistdən “Bank Respublika”ya ağır ittiham – “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”

admin 05.08.2026
AFN.az saytının baş redaktoru, tanınmış jurnalist Həbibə Abdulla “Bank Respublika”nı əməkhaqqı hesabını əsassız və qanunsuz şəkildə bloklamaqda...
DAVAMI Read more about Jurnalistdən “Bank Respublika”ya ağır ittiham – “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var… 1785916130_gemini_generated_mage_oqi09coqi09coqi0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

admin 05.08.2026
Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat...
DAVAMI Read more about Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub 1785915563_screenshot-2026-08-05-113341
  • CƏMİYYƏT

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

admin 05.08.2026
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”ndə İdarə Heyəti sədrinə müavin təyin olunub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4...
DAVAMI Read more about Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər 763860264_2223982401795144_7811079334822152822_n
  • HADİSƏ
  • VİDEO

Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər

admin 05.08.2026
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, avqustun 4-nə keçən gecə –...
DAVAMI Read more about Dəhşətli qəzada ölən Elmirin FOTOSU – Hadisə yerindən görüntülər

Bütün yazılar

1785917310_screenshot-2026-08-05-120753
  • CƏMİYYƏT

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

admin 05.08.2026
1785851932_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Jurnalistdən “Bank Respublika”ya ağır ittiham – “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”

admin 05.08.2026
1785916130_gemini_generated_mage_oqi09coqi09coqi0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

admin 05.08.2026
1785915563_screenshot-2026-08-05-113341
  • CƏMİYYƏT

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

admin 05.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.