Skip to content
04.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Dədə-baba qaydası ilə direktor təyinatı”!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • CƏMİYYƏT

“Dədə-baba qaydası ilə direktor təyinatı”!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO

admin 04.08.2026
1785781532_1
Görün nələr düşünürlərmiş, necə kombinasiyalar qururlarmış? Təhsil sistemində təcrübəsiz, heç bir karyera uğuru olmayan gənclərin mühüm postlara təyinatı və sonrakı acınacaqlı fəsadların onların boynuna yüklənərək qurban verilməsi ənənəvi hala çevrilib.
Belə nümunələrdən biri də neçə illər Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin direktoru olmuş və daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri təyin edilmiş Nurlan İsmayılbəylidir. İllərdir Müəllimlərin İşə Qəbulu (MİQ), Direktorlarla İşə Qəbulu (DİQ), Müəllimlərin Sertifikatlaşdırma İmtahanları, 65 yaşa çatmış təhsil işçilərinin müqavilə müddətinin artırılması və digər çoxsaylı səlahiyyətlər Fövqəlmüdirin üzərinə yüklənib. Səbəbi sadə, alt qatında dərin mətləblər duran bu seçimin məqsədi gözdən asılmış pərdə arxasındakı əməliyyatlardır.

Deməli “təmiz uşaqdır” qiyafəli, “pak imicli” kadrı önə verməklə, üzünə sadəlövhlük görkəmi çəkib televizayalarda danışdırmaqla şəffaflıq görüntüsü yaratmaq, arxada isə olanlar hamıya məlumdur. Həm də rəhbərləri qarşısında üzüyola olan Nurlan İsmayılbəyli havadarlarının bir sözünü iki eləmir. Başqalarına isə əsil simasını, nə qədər ciddi olduğunu göstərə bilir. Tanıyanlar deyir ki, Fövqəlmüdir reallıqda TV ekranlarından görünənlə tərs mütənasibdir.

Ancaq son dövrlər MÜTDA ilə Nazirlik rəhbərliyi arasındakı çəkişmələr Fövqəlmüdirin bir səlahiyyətini azaldıb. Nazirin əsas kadrlarından olan, qənnadı şirkətindən təhsil idarəetməsi rəhbərliyinə gətirilmiş MÜTDA-nın direktor müavini Arslan Hacıyev Agentliyin direktoru Eşqi Bağırovun sevimli icraçısı Nurlan İsmayılbəyliyə söz keçirə bilmədiyinə görə ona qarşı çoxgedişli kombinasiya qurub. Sertifikasiya, MİQ və DİQ imtahanlarındakı açıq etiraz doğuran nöqsanları qabartmaqla Nazirlik rəhbərliyinin qərarını almağa nail olub. Fövqəlmüdiri DİQ-də oyundankənar vəziyyətə salıb. Direktorların İşə Qəbulu birbaşa Nazirliyin nəzarəti altında yerli təhsil idarələrinə tapşırılıb. Təyinatlar isə “hasında-pusunda” prinsipi və dədə-baba qaydası ilə sertifikatlaşdırma imtahanlnda 51+ bal toplamış müəllimlər arasından aparılır.
Ancaq unudurlar ki, məktəbin idarəetməsi yalnız hər hansı bir fənnin tədrisindən ibarət deyil. Məktəb rəhbəri olmaq bütöv bir pedaqoji kollektivə, yüzlərlə, minlərlə şagirdə, onların təhsil hüquqlarına, Əmək Məcəlləsinə, Konstitusiya normalarına, maliyyə-təsərrüfat mexanizmlərinə və valideynlərlə münasibətlərə cavabdehlik daşımaq deməkdir.
Təhsilmedia.com bildirir ki, son qərarlar göstərir ki, idarəetmə mexanizmi tamamilə primitivləşdirilib və mahiyyətini itirib. Sertifikasiya müsahibəsində 51+ bal toplayan hər hansı bir şəxsin birbaşa müsahibə ilə direktor kürsüsünə otuzdurulması təşəbbüsü təhsilin idarəolunma fəlsəfəsinə tamamilə ziddir. Sertifikasiya müəllimin öz fənnini və metodikasını nə dərəcədə bildiyini ölçür; idarəçilik bacarığını, kadr siyasətini və hüquqi savadlılığını yoxlamır.
Məktəb direktoru mütəmadi olaraq əmək müqavilələrinin bağlanması, xitam verilməsi, intizam tənbehinin tətbiqi və hər gün tədrisin təşkili, şagird hüquqlarının qorunması kimi sırf pedaqoji-idarəetmə proseslərinin mərkəzindədir. Rəsmi aktın necə tərtib olunduğunu, iclas və intizam protokolunun hansı hüquqi qaydada yazıldığını, sənədləşmənin incəliklərini bilməyən bir şəxsin qərarları məktəblərdə kütləvi əmək mübahisələrinə, hüquqi özbaşınalığa və məhkəmə qapılarına sürüklənən xaoslara yol açacaq.
Kollektiv nədir, yüzlərlə müxtəlif xarakterli müəllimlə necə dil tapmaq olar, böhran anında necə qərar verilməlidir – bunlardan xəbərsiz idarəçilər idarəetməni iflic edir. Əvvəlki illərdə də təcrübəsi və yaş yetkinliyi olmayan kadrların təyin olunması praktiki olaraq fəsadlarını göstərdi. Pedaqoji kollektivdə nüfuz qazana bilməyən, böhran idarəçiliyini (crisis management) bacarmayan şəxslər təhsilin keyfiyyətini birbaşa dibə çəkdi.
Fənnindən yüksək bal toplayan müəllim avtomatik olaraq menecer demək deyil. Hər savadlı müəllimin yaxşı idarəçi, rəhbər olacağı praktiki cəhətdən mümkün deyil. Həmin müəllim uğurlu direktor ola bilmir, nöqsanlarla sistemdən atılır, nəticədə məktəb yaxşı bir müəllimi də itirir. İdarəetmə ayrıca bir peşədir. Sertifikasiya balı ilə idarəçilik potensialını eyniləşdirmək peşəkar idarəçilik prinsiplərinə tamamilə ziddir.

1.Rəsmi akt yazmağı, protokolla qərar rəsmiləşdirməyi, Əmək Məcəlləsini və normativ-hüquqi aktları bilməyən bir şəxs kollektivin və işçilərin hüquqlarını necə qoruyacaq?

2.Kollektiv idarəetməsindən, pedaqoji etikadan və idarəçilik psixologiyasından bəxəbər olan biri 50-100 nəfərlik müəllim heyətinə necə rəhbərlik edəcək?

3. 51+ bal toplayan yaxşı bir fənn müəllimini sinifdən ayırıb, heç bir idarəçilik təcrübəsi olmadan direktor kürsüsünə oturtmaq həm o müəllimi, həm də məktəbi qurban vermək demək deyilmi?

4.Məktəb rəhbərliyi təhsilin, müəllimlərin, şagirdlərin və valideynlərin taleyini həvalə etdiyimiz strateji postdur. Bu postu sadəcə bir müsahibə mərhələsinə endirmək idarəetməyə formal yanaşmanın sübutu deyilmi?

5.Keçmiş təcrübələr – təcrübəsiz şəxslərin məktəblərdə yaratdığı gərginliklər və uğursuzluqlar ortadaykən, eyni səhvi təkrar etməkdə və təhsil ocaqlarını eksperiment meydanına çevirməkdə məqsəd nədir?
Direktorluq sadəcə bir titul və ya maraqlar qarşılığında kiməsə verilən mükafat deyil, məsuliyyətli idarəçilik yüküdür. Qanunvericiliyi, sənədləşmə mədəniyyətini, kollektiv idarəçiliyini və real məktəb təcrübəsini kənara qoyub, “sadələşdirilmiş yol”la direktor təyinatı aparmaq təhsil sisteminin idarəetmə sütunlarını sarsıdır, təhsili daha ağır duruma salır. Məqsədiniz bururmu, cənablar?!

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? – İDDİA
Next: İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…

OXŞAR MÖVZULAR

1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
1785845676_screenshot-2026-08-04-161410
  • CƏMİYYƏT

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

admin 04.08.2026
1785834273_screenshot-2026-08-04-130306
  • CƏMİYYƏT

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı

admin 04.08.2026

XƏBƏR LENTİ

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO 1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib. Stilist bu barədə sosial şəbəkə hesabında...
DAVAMI Read more about Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib 1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır. “Qafqazinfo”nun...
DAVAMI Read more about 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib
TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ 1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son...
DAVAMI Read more about TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib 1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib. Bu barədə...
DAVAMI Read more about ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR 1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
“Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları” təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalar Prezident İlham Əliyevin...
DAVAMI Read more about Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Bütün yazılar

1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.