Skip to content
03.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
kamran

Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə Kamran Əsədov yenidən prosesdə barəsində seçilən həbs qətimkan tədbirinin daha yüngül cəza ilə əvəzlənməsi vəsatəti ilə çıxış edib.

Hakim tərəflərin fikrini öyrənib və vəsatət təmin edilməyib.

Şahid qismində ifadə verən Şəbnəm Heydərova deyib ki, təqsirləndirilən Gündüz Abbasovu tanıyır, o, bacısının həyat yoldaşıdır. Şahid həmçinin əlavə edib ki, G.Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə xəbərdar edib.

Şahid Gültac Mehdiyeva qəbul imtahanları zamanı G.Abbasovun kursunda olmadığını bildirib. Dövlət ittihamçısı isə şahidin ibtidai istintaqa tam fərqli ifadə verdiyini bildirib.

Məhkəmədə şahid Xalıq Xəlilovun ifadəsindən məlum olub ki, onun tələbə yoldaşı Ruslan Çobanov Türkiyədə təhsil alan övladının Azərbaycan Tibb Universitetinə köçürülməsi üçün ondan kömək istəyib. Sonrakı dönəmlərdə R.Çobanov X.Xəlilovun Bakıda oxuyan oğluna 125 min dollar verib ki, bu məbləğin də bir hissəsi G.Abbasova çatıb.

Hakim 125 min manatdan niyə yalnız 77 min manatın G.Abbasova verildiyinin səbəbinin soruşub. R.Çobanov qalan vəsaitin Anar adlı şəxslə öz aralarında bölüşdürüldüyünü etiraf edib.

Məhkəmədə şahidlərin dindirilməsi yekunlaşıb. Prosesin davamında zərərçəkən tərəf adları çəkilən və cinayət işində adları gedən müəllimlər barəsində hüquqi qiymət verilməsi, həmin müəllimlər haqqında Elm və Təhsil Nazirliyinə təqdimat göndərilməsini istəyib.

Növbəti məhkəmə prosesi avqust ayının 13-ü saat 16-00 a təyin edilib.

eyd edək ki, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

OXŞAR MÖVZULAR

1785748907_screenshot-2026-08-03-131902
  • ARAŞDIRMA

Baş Prokurorluq əməliyyat keçirdi – Vəzifəli şəxslər həbs olundu

admin 03.08.2026
1785743158_screenshot-2026-08-03-114443
  • ARAŞDIRMA

İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı

admin 03.08.2026
871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026

XƏBƏR LENTİ

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil...
DAVAMI Read more about Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi
Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib 1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu...
DAVAMI Read more about Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub 1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam...
DAVAMI Read more about “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib 1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. Bu barədə “Report” “Armenia Today”ə istinadən xəbər verir. Onun...
DAVAMI Read more about Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR 1785761224_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

admin 03.08.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Yenixeberorg.com: Jurnalist...
DAVAMI Read more about Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

Bütün yazılar

kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.