Skip to content
03.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

admin 03.08.2026
1785761224_1
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib.
Yenixeberorg.com: Jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edərək keçmiş sədrin Almaniyada 24 hektar torpaq sahəsinin olduğunu iddia edib. O həmçinin qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir: “Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. 47 mənzilli tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”. Qeyd edək ki, jurnalist paylaşımında sözügedən əraziyə və binaya aid olduğunu bildirdiyi fotoşəkli də təqdim edib və görüntünün gerçəkliyi əks etdirdiyini vurğulayıb. Jurnalistin bu iddiası sosial şəbəkələrdə və ictimaiyyət arasında maraqla qarşılanıb. Xatırladaq ki, Saleh Məmmədov həm vəzifədə olduğu dövrdə, həm də postundan ayrıldıqdan sonra onun barəsində müxtəlif iddialar səsləndirilib. O, dəfələrlə ölkənin ən çox korrupsiya iddiaları ilə hallanan məmurlarından biri kimi təqdim olunub. Qeyd etmək lazımdır ki, Almaniyada 24 hektar torpaq sahəsinin qiyməti olduqca yüksəkdir. Təxminən bir neçə on milyon avro həcmində ola biləcəyi ehtimal edilir. Çoxmənzilli tikinti layihəsini də nəzərə alsaq təxminən 100 milyona yaxın investitisya layihəsindən söhbət gedir. Bu baxımdan, səsləndirilən iddia kifayət qədər ciddi araşdırma predmeti hesab oluna bilər. Məlumatlara görə Saleh Məmmədov bütün bu layihələri Avtomobil Yolları Dövlət Agentliyində maliyyə idarəsinin rəisi işləmiş, oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlmiş, kollektiv arasında maliyyə “dələduzu” kimi tanınan Müseyib Həmzəyevlə şərik edir. Hətta 2026-cı ilin İyul ayında Müseyib Həmzəyev uzunmüddətli Almaniyada olmuş (müvafiq orqanlar araşdıra bilər), ərazilərə baxış keçirmiş və orada da maliyyə sənədlərini nəzarətinə götürmüşdür. Maraqlıdır Almaniya höküməti bü cür dövlət əmlakını mənimsəyən, vəzifəsindən sui istifadə edərək korrupsiya əməlləri ilə varlanan insanlara niyə hər cür şərait yaradır? Digər bir tərəfdən maraqlısı odur ki, Almaniyada yaşayan bəzi blogerlər Saleh Məmmədov və onun komandasını müdafiə edən veriliş hazırlayaraq youtube efirinə vermişdir. Linki əlavə olunur (https://www.youtube.com/watch?v=grWj6jn5WeY)
Xatırladaq ki, Saleh Məmmədov 21 dekabr 2017-ci ildən 6 fevral 2026-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. O, 6 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Müseyib Həmzəyev isə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə qurumun baş maliyyə idarəsinin rəisi işləyib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Vidadi İsayev deyir ki, ona söz deyə bilmərəm, deputat Fatma Yıldırımın adamıdır” – Bərdədə özbaşınalıq
Next: Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

OXŞAR MÖVZULAR

1785744252_1
  • CƏMİYYƏT

“Vidadi İsayev deyir ki, ona söz deyə bilmərəm, deputat Fatma Yıldırımın adamıdır” – Bərdədə özbaşınalıq

admin 03.08.2026
1785744528_1
  • CƏMİYYƏT

İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?

admin 03.08.2026
1785761130_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyi

admin 03.08.2026

XƏBƏR LENTİ

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil...
DAVAMI Read more about Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi
Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib 1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu...
DAVAMI Read more about Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub 1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam...
DAVAMI Read more about “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib 1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. Bu barədə “Report” “Armenia Today”ə istinadən xəbər verir. Onun...
DAVAMI Read more about Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR 1785761224_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

admin 03.08.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Yenixeberorg.com: Jurnalist...
DAVAMI Read more about Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

Bütün yazılar

kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.