Skip to content
03.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyi

admin 03.08.2026
1785761130_1
Əgər şəffaflıq prinsipləri həqiqətən də prioritetdirsə, niyə həmin prinsiplərlə bağlı irəli sürülən konkret iddialar cavabsız qalır?

Diqqətli oxucularımıza da məlum olduğu kimi, 23 iyul tarixində “Yenixeberorg”da “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri: saxta imzanı kim çəkib?” başlıqlı araşdırma dərc etmişdik. Həmin yazıda təqdim olunan faktlar əsasında dövlət satınalmalarında mümkün qanun pozuntularına dair ciddi məsələlər qaldırılmış, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin diqqətinə iki konkret məsələ çatdırılmışdı.

Artıq 10 gün keçib…

On gündür nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən hər hansı araşdırma barədə məlumat verilib, nə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ictimaiyyət qarşısında məsələyə münasibət bildirib, nə də digər aidiyyəti qurumlardan hər hansı rəsmi açıqlama eşidilib. Bu sükut isə istər-istəməz yeni suallar doğurur.

Ən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, elə bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq mövzusunda birgə tədbir keçirmişdi. Tədbirdə şəffaf satınalma mexanizmlərindən, qanunun aliliyindən və ictimai etimaddan danışılırdı.

Lakin indi haqlı sual yaranır: əgər şəffaflıq prinsipləri həqiqətən də prioritetdirsə, niyə həmin prinsiplərlə bağlı irəli sürülən konkret iddialar cavabsız qalır? Şəffaflıq yalnız konfrans salonlarında səsləndirilən bəyanatlardan ibarət olmamalıdır. Şəffaflığın ən mühüm göstəricisi ortaya çıxan faktların araşdırılması və nəticələrin cəmiyyətə açıqlanmasıdır.

Əvvəlki araşdırmamızda Agentliyin keçmiş əməkdaşı və Tender Komissiyasının sabiq üzvü Rövşən Həmidlinin müxtəlif dövlət qurumlarına etdiyi rəsmi müraciətlərə, həmçinin təqdim olunan sənədlərə istinad etmişdik. Həmin materialda tender sənədlərində saxta imza çəkilməsi ilə bağlı məsələ qeyd olunurdu.

Bu məsələləri araşdırmaq təkcə media resursu olaraq “Yenixeberorg.com”un deyil, məhz səlahiyyətli dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının vəzifəsidir. Məhz buna görə də ictimaiyyət araşdırmanın başlanacağını gözləyirdi.

Bundan başqa, əvvəlki yazımızda “Heydər Əliyevin Şuşa sevgisi” adlı layihə üzrə dövlət satınalmasına dair də suallar qaldırılmışdı. Tədbirin faktiki keçirilməsi, hesabat sənədlərinin həqiqiliyi və dövlət vəsaitinin xərclənməsi ilə bağlı irəli sürülən iddialar da bu günə qədər rəsmi şəkildə cavablandırılmayıb.

Əgər bu faktlar həqiqətə uyğun deyilsə, bunun hüquqi və sənədli əsaslarla ictimaiyyətə izah edilməsi həm Agentliyin, həm də nəzarət orqanlarının marağında olmalıdır. Əgər əksinə, araşdırılması zəruri olan hallar mövcuddursa, onda onların vaxtında araşdırılması dövlət institutlarına inamın qorunması baxımından olduqca vacibdir.

İctimaiyyəti narahat edən başqa bir məqam isə budur ki, son illər müxtəlif dövlət qurumları ilə bağlı mediada dərc olunan bir çox araşdırmalar uzun müddət cavabsız qalır. Bu isə cəmiyyətdə belə bir təsəvvür formalaşdırır ki, bəzi məsələlərə münasibətdə dövlət nəzarəti eyni səviyyədə tətbiq edilmir. Halbuki qanun qarşısında bütün dövlət qurumları və vəzifəli şəxslər bərabər olmalıdır.

Media öz işini görür, sənədləri araşdırır, iddiaları ictimailəşdirir və aidiyyəti qurumların diqqətinə çatdırır. Bundan sonrakı mərhələ isə artıq səlahiyyətli dövlət orqanlarının məsuliyyətidir. Cəmiyyət medianın hökm çıxarmasını deyil, dövlət qurumlarının obyektiv araşdırma aparmasını gözləyir.

Əgər ortada təqdim olunmuş sənədlər, rəsmi müraciətlər və ictimai maraq doğuran iddialar varsa, onların cavabsız qalması heç bir dövlət qurumunun nüfuzuna xidmət etmir. Əksinə, hər keçən gün bu sükut yeni suallar yaradır və cəmiyyətdə müxtəlif ehtimalların formalaşmasına səbəb olur.

Dövlət satınalmaları sahəsində şəffaflıq yalnız hesabatlarda və tədbirlərdə səsləndirilən şüarlarla ölçülmür. Şəffaflıq, ilk növbədə, ortaya çıxan iddiaların qanun çərçivəsində operativ araşdırılması, nəticələrin ictimaiyyətə açıqlanması və zərurət olduqda hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə təsdiq olunur.

Bu baxımdan bir daha sual edirik: 23 iyul tarixli araşdırmamızda qaldırılan iddialar araşdırılacaqmı? Tender sənədləri üzrə irəli sürülən şübhələrə hüquqi qiymət veriləcəkmi? Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış cavab təqdim olunacaqmı?

Bu sualların cavabı təkcə bir Agentliyin fəaliyyəti üçün deyil, bütövlükdə dövlət satınalmalarında şəffaflıq prinsipinə və ictimai etimada münasibətin göstəricisi olacaq.

Redaksiyamız mövzu ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyini dərc etməyə hazır olduğunu bir daha bəyan edir. İctimai maraq doğuran bu məsələnin qanun çərçivəsində obyektiv araşdırılacağına və nəticələrin cəmiyyətə açıqlanacağına ümid edirik.(Yenixeberorg.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Next: İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?

OXŞAR MÖVZULAR

1785761224_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

admin 03.08.2026
17857439534396828230
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

admin 03.08.2026
media-IMG-20260802-WA0002-jgz0yn
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Daha bir tiktoker barəsində müvafiq tədbir görüldü: Psixiatriya xəstəxanasına yerləşdirildi

admin 03.08.2026

XƏBƏR LENTİ

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil...
DAVAMI Read more about Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi
Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib 1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu...
DAVAMI Read more about Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub 1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam...
DAVAMI Read more about “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib 1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. Bu barədə “Report” “Armenia Today”ə istinadən xəbər verir. Onun...
DAVAMI Read more about Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR 1785761224_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

admin 03.08.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Yenixeberorg.com: Jurnalist...
DAVAMI Read more about Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR

Bütün yazılar

kamran
  • ARAŞDIRMA

Kamran Əsədovun məhkəməsində müəllimlər haqqında tədbir görülməsi istənildi

admin 03.08.2026
1785743958_screenshot-2026-08-03-115606
  • DÜNYA

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

admin 03.08.2026
1785762363_screenshot_20260803_163739_com_android_chrome_chrometabbedactivity
  • İDMAN

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

admin 03.08.2026
1785754210_screenshot-2026-08-03-144941
  • DÜNYA

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

admin 03.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.