Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.

admin 29.07.2026
1785309361_1
Azərbaycanda 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.
Bizimesr.com xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında ölkəyə gələn turistlər azalıb, otellərdə gecələmələrin faizi aşağı düşüb, nəticədə otellərin gəlirlərində də geriləmə baş verib. İlk 6 aydva otellərin cəmi gəliri 279 milyon manat olub.

Belə ki, bu ilin yanvar-iyun aylarında hotellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, otellərdə gecələmələrin böyük hissəsi yenə də Bakının payına düşüb – təqribən 59 faiz.

Bakıdan sonra turistlər ən çox Qusara (gecələmələrin 5,9 faizi), Naftalana (5,5 faiz), Qəbələyə (3,4 faiz) və Qubaya (3,1 faiz) üz tutublar.

Gecələmələrin 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Azalmanın əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının azalma və onların htellərdə keçirdiyi günlərin aşağı düşməsidir. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 069,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir.

Hotellərdə gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Xarici turistlərin 82%-i Bakıdakı otelləri seçir. Turistlərin 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhərlərdəki hotellərdə qalıblar.

Ümumilikdə Azərbaycan hotellərindən istifadə edənlərin 60%-i xaricilər, 40%-i yerli vətənldaşlar olub.

Turist sayının azalması hotellərin gəlirlərini də aşağı salıb. Belə ki, ilk 6 ayıda hotellər cəmi 279 milyon manat gəlir əldə ediblər. Bu da əvvəlki ilin ilk yarısına nisbətən 11 milyon manat və ya 3,8% azdır. Hotellərin qazancı əsasən nömrələrin satışından (61,1 faiz), iaşə xidmətlərindən (26,7 faiz) olub. Gəlirlərin 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərdən əldə edilib.

Qeyd edək ki, son illər Azərbaycanda Turizm inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyinin keçirdiyi tenderlərin dəyəri bəlkə də yüzmilyon manatlarla ölçülür. Amma nəticə göz qabağındadır və bu sahə nəinki inkişaf edir, ciddi geriləmə edir. Görünür, bu vəsaitlər ya düzgün xəırclənmir, yada ümumiyyətlə, xərclənmir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevdir. Fuad Nağıyev ixtisasca hüquqşunasdır və Bakı Dəmir-Beton-8″ ASC-də baş direktoru olub. Daha sonra Bakı Dəmir-Beton-8″ ASC-dən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru vəzifəsinə keçib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
Next: Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

OXŞAR MÖVZULAR

1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
1785243689_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Həkim yazır – görün Azərbaycan səhiyyəsi nə gündədir!

admin 29.07.2026
1785258956_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri – təcili yardım

admin 29.07.2026

XƏBƏR LENTİ

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib 1785313767_screenshot-2026-07-29-122729
  • DÜNYA

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

admin 29.07.2026
 Ukrayna Rusiyanın Perm şəhərində ölkənin ən böyük neft emalı zavodlarından birində genişmiqyaslı yanğın baş verdiyini bəyan edib....
DAVAMI Read more about Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb 1785310216_screenshot-2026-07-29-112930
  • CƏMİYYƏT

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb

admin 29.07.2026
Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,...
DAVAMI Read more about Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti 1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayı gözçarpacaq dərəcədə artmışdı. Belə ki, Nəsimi rayonunda qanunsuz tikililərin...
DAVAMI Read more about Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi 1785314273_screenshot-2026-07-29-123620
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

admin 29.07.2026
Dövrü mətbuatda yayılan məlumatlara görə vaxtı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti kimi tanınan, ...
DAVAMI Read more about Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib? 1785309873_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

admin 29.07.2026
Ağdam rayon İcra Hakimiyyəti son iki ildə Quzanlı qəsəbəsində abadlıq işlərinin aparılması üçün 5 dəfə tender keçirib....
DAVAMI Read more about Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

Bütün yazılar

1785313767_screenshot-2026-07-29-122729
  • DÜNYA

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

admin 29.07.2026
1785310216_screenshot-2026-07-29-112930
  • CƏMİYYƏT

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb

admin 29.07.2026
1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
1785314273_screenshot-2026-07-29-123620
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

admin 29.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.