Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri – təcili yardım
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri – təcili yardım

admin 29.07.2026
1785258956_1
Hər saniyənin bir insan ömrünə bərabər olduğu o dəhşətli məqamda qulağımız səsdə olur.

Küçədən gələn o kəskin, ümidverici siqnal səsini gözləyirik. Çünki o səs ölümün caynağından qoparılacaq bir canın, yenidən həyata dönəcək bir ananın, atanın, övladın xilası deməkdir. Amma Sumqayıtda bu səs getdikcə daha çox ümidsizliyin, çarəsizliyin və fəlakətin simvoluna çevrilir. Çünki şəhərin təcili tibbi yardım sistemi bu gün sözün əsl mənasında iflic durumdadır. İnsan həyatının üzərində oyun oynanılması, saniyələrin bürokratik laqeydliyə qurban verildiyi bir mənzərə ilə üz-üzəyik. Bu mənzərə sadəcə texniki bir nasazlıq deyil, bu, birbaşa insan faktoruna, vətəndaşın yaşamaq hüququna qarşı göstərilən ən böyük biganəlikdir.

Bu qızmar yay günlərində, temperaturun kölgədə belə dözülməz həddə çatdığı bir vaxtda Sumqayıt küçələrində hərəkət edən o ağ rəngli maşınlar əslində birər “təkərli cəhənnəm”ə çevrilib. Təsəvvür edin, insult keçirən, infarktın biraddımlığında olan və ya qızdırmadan qovrulan bir xəstəni çağırışa gələn, amma içində kondisioneri işləməyən, havasızlıqdan nəfəs almağın belə möcüzə olduğu bir avtomobilə mindirirlər. Ağır vəziyyətdə olan bir insanı xilas etməli olan tibbi nəqliyyat, onu xəstəxanaya çatdırmamış vəziyyətini daha da pisləşdirir. Yay fəslinin bu amansız istisində kondisionersiz işləyən təcili yardım maşını tibbi xidmət yox, işgəncə alətidir. Bu rəzalətin baiskarları heç bir anlıq öz doğmalarını o bürkülü, havasız dəmir qutuların içində təsəvvür edirlərmi?

Məsələ təkcə kondisionerin işləməməsi ilə də bitmir; problem kökündən çürüyüb. Təcili yardımın avtomobil parkı yararsız, texniki baxımdan tamamilə bərbad vəziyyətdədir. Şəhərin bir ucundan digər ucuna can qurtarmağa tələsməli olan maşınlar hər an yolda qala biləcək qədər köhnə və baxımsızdır. Və ən dəhşətlisi, ən rüsvayçı məqam bilirsiniz nədir? Bu texniki nasazlıqların, təmir xərclərinin dövlət büdcəsindən, aidiyyəti qurumların ayırdığı vəsaitlərdən deyil, gecə-gündüz sükan arxasında can qoyan sürücülərin öz cibləri hesabına ödənilməsidir. Sürücü dövlətin maşınını işlətmək, çağırışa vaxtında çatmaq üçün öz evinin ruzisini, uşağının boğazından kəsdiyi pulu o nasaz avtomobillərin təmirinə xərcləməlidir. Bu hansı sistemin, hansı idarəetmənin məntiqidir? Təminatın sıfır dərəcəyə endiyi, məsuliyyətin isə tamamilə fəhlənin, sürücünün çiyninə yıxıldığı bir yerdə hansı keyfiyyətli tibbi yardımdan danışmaq olar? Sürücü maşının xarab olan hissəsini haradan və necə düzəldəcəyini düşünməlidir, yoxsa xəstəni vaxtında çatdırmağı? Bu, açıq-aşkar sistem daxili bir talançılığın və ya dözülməz bir bacarıqsızlığın göstəricisidir.

İndi haqlı bir sual ortaya çıxır: Bu sahəyə cavabdeh olanlar, bu sistemin başında oturanlar hara baxır? Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov hara baxır? Bu qədər şikayətin, bu qədər fəryadın müqabilində susmaq, heç bir tədbir görməmək nə deməkdir? Rəhbərlik etdiyiniz sahədə sürücülər öz cibinin vəsaiti ilə maşın təmir etdirirsə, xəstələr istidən boğulursa, çağırışlar saatlarla gecikirsə, siz o kürsüdə hansı haqla, hansı vicdanla əyləşirsiniz? İnsan faktoru olan, birbaşa canla, qanla işləyən bir sahəyə bu qədər soyuqqanlı, bu qədər biganə yanaşmaq sadəcə vəzifə səhlənkarlığı deyil, bu həm də mənəvi məsuliyyətsizlikdir. Hər bir gecikən çağırış, hər bir yolda qalan təcili yardım maşını itirilən bir şans, sönən bir həyat deməkdir. Sumqayıt kimi böyük və sənaye şəhərində səhiyyənin bu strateji qolunu bu günə salmaq, vətəndaşı taleyin ümidinə buraxmaq deməkdir.

Vətəndaşın vergisi ilə formalaşan büdcənin, səhiyyə islahatlarının, icbari tibbi sığortanın pafoslu hesabatlarının fonunda Sumqayıt təcili yardımının bu acınacaqlı vəziyyəti acı bir reallıq kimi üzümüzə çırpılır. Kağız üzərində hər şey gözəl, hesabatlarda rəqəmlər heyranedici ola bilər, amma reallıq Sumqayıtın küçələrində yolda qalan, kondisioneri işləməyən, sürücüsünün dilənçi kökündə təmir etdirdiyi o ağ rəngli maşınlardadır. Bu biganəliyə artıq son qoyulmalıdır. Səhiyyə rəhbərliyi və şəxsən Elnur Azadxanov bu rüsvayçılığa aydınlıq gətirməli, sürücülərin haqlı narazılığı, maşınların texniki durumu və ən əsası xəstələrin can təhlükəsizliyi təcili olaraq həllini tapmalıdır. Çünki heç kimin laqeydliyi, heç bir məmurun biganəliyi bir insanın həyatından daha dəyərli deyil və ola da bilməz.

Əli Səfərli,

NOCOMMENT.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ
Next: Həkim yazır – görün Azərbaycan səhiyyəsi nə gündədir!

OXŞAR MÖVZULAR

1785309361_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.

admin 29.07.2026
1785243689_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Həkim yazır – görün Azərbaycan səhiyyəsi nə gündədir!

admin 29.07.2026
1785244282_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tehran AZ TV-ni düşmən elan edir, Akademiya prezidenti, Milli Məclisin deputatı İrana gedir, “Səhər” kanalına müsahibə verirlər NONSENS

admin 28.07.2026

XƏBƏR LENTİ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib? 1785309873_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

admin 29.07.2026
Ağdam rayon İcra Hakimiyyəti son iki ildə Quzanlı qəsəbəsində abadlıq işlərinin aparılması üçün 5 dəfə tender keçirib....
DAVAMI Read more about Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib. 1785309361_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.

admin 29.07.2026
Azərbaycanda 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib. Bizimesr.com xəbər verir ki,...
DAVAMI Read more about Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.
Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı 4870a987abd07272b2032617163aed37
  • ŞOU-BİZNES

Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı

admin 29.07.2026
Əməkdar artist Ruhəngiz Musəvi ailə qurduqdan sonra aldığı film təkliflərindən danışıb. Sənətçi bu barədə “Qonaqcanlı” verilişində açıqlama...
DAVAMI Read more about Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq 1785302055_screenshot-2026-07-29-091250
  • CƏMİYYƏT

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

admin 29.07.2026
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. Bununla bağlı “Azərişıq”...
DAVAMI Read more about Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Rövşən Nəcəf SOCAR-ı “SÖKÜR” – Dəniz özülləri və neft boruları qanunsuz sökülür – VİDEOLAR 1785301472_rovsen_zart
  • CƏMİYYƏT
  • ÖLKƏ

Rövşən Nəcəf SOCAR-ı “SÖKÜR” – Dəniz özülləri və neft boruları qanunsuz sökülür – VİDEOLAR

admin 29.07.2026
SOCAR-ın Abşeronneft Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sahəsinin rəisi Gözəlov Xanhüseyn Tahir...
DAVAMI Read more about Rövşən Nəcəf SOCAR-ı “SÖKÜR” – Dəniz özülləri və neft boruları qanunsuz sökülür – VİDEOLAR

Bütün yazılar

1785309873_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

admin 29.07.2026
1785309361_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.

admin 29.07.2026
4870a987abd07272b2032617163aed37
  • ŞOU-BİZNES

Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı

admin 29.07.2026
1785302055_screenshot-2026-07-29-091250
  • CƏMİYYƏT

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

admin 29.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.