Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
  • CƏMİYYƏT

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb

admin 29.07.2026
1785310216_screenshot-2026-07-29-112930

Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.

Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir. Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.

Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb.

“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.

Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq.

Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti
Next: Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

OXŞAR MÖVZULAR

1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
1785314273_screenshot-2026-07-29-123620
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

admin 29.07.2026
1785309873_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

admin 29.07.2026

XƏBƏR LENTİ

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib 1785313767_screenshot-2026-07-29-122729
  • DÜNYA

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

admin 29.07.2026
 Ukrayna Rusiyanın Perm şəhərində ölkənin ən böyük neft emalı zavodlarından birində genişmiqyaslı yanğın baş verdiyini bəyan edib....
DAVAMI Read more about Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb 1785310216_screenshot-2026-07-29-112930
  • CƏMİYYƏT

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb

admin 29.07.2026
Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,...
DAVAMI Read more about Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti 1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayı gözçarpacaq dərəcədə artmışdı. Belə ki, Nəsimi rayonunda qanunsuz tikililərin...
DAVAMI Read more about Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi 1785314273_screenshot-2026-07-29-123620
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

admin 29.07.2026
Dövrü mətbuatda yayılan məlumatlara görə vaxtı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti kimi tanınan, ...
DAVAMI Read more about Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib? 1785309873_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

admin 29.07.2026
Ağdam rayon İcra Hakimiyyəti son iki ildə Quzanlı qəsəbəsində abadlıq işlərinin aparılması üçün 5 dəfə tender keçirib....
DAVAMI Read more about Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

Bütün yazılar

1785313767_screenshot-2026-07-29-122729
  • DÜNYA

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

admin 29.07.2026
1785310216_screenshot-2026-07-29-112930
  • CƏMİYYƏT

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb

admin 29.07.2026
1785312230_screenshot-2026-07-29-115752
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

admin 29.07.2026
1785314273_screenshot-2026-07-29-123620
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

admin 29.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.