Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Təhsildə BAĞIROVŞİNA… – Eşqi müəllimi bir təftiş edən olsa…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

 Təhsildə BAĞIROVŞİNA… – Eşqi müəllimi bir təftiş edən olsa…

admin 28.07.2026
1785222521_1
Ölkədə kimi dindirsən təhsil sistemi haqında danışanda ağzından od tökülər. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan təhsili bütün tarixi boyu indiki acınacaqlı durumda olmayıb. Orta əsrlər mollaxanalarında, mədrəsələrində belə vəziyyət indikindən ürəkaçan olub. Əvvəllər hamının müqəddəs məkan bildiyi, məbəd hesab elədiyi məktəblər nifrət , müəllimlər qınaq obyektinə çevrilib. Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır. Müəllimlər qapazaltı, qorxaq bir duruma salınıb, hüquqsuz sənəd yazan robota çevrilib. Təhsil sektorunda daydaylı direktorlar at oynadır, regional təhsil idarələri gəlirlərin bölüşdürülməsi ilə məşğuldur. Əlqərəz, bu gün təhsil sistemində kimin əlində fürsət varsa qazanır, dağıdır, məhv edir. Olan isə bu millətə və onun gələcəyinə olur…
Hər il keçirilən buraxılış imtahanlarında ortaya çıxan rüsvayçı rəqəmlər təhsil sitemindəki eybəcərliklərin bariz nümunəsidir. Nəzərə alsaq ki, qiymət alanların mütləq əksəriyyəti hazırlıq kurslarına gedən şagirdlərdir, burada ümuiyyətlə məktəblərin hər hansı bir rolundan söhbət gedə bilməz. Artıq yuxarı siniflərdə tədris yox səviyyəsindədir, heç bir kursa getməyən şagirdlər görüntü yaratmaq xatirinə məktəbə gətirilir, sadəcə tədris tamaşası qurulur. Bu həm də böyük biznes şəbəkəsidir. Repititor yanına gedən şagirdlər bunun müqabilində direktorlara aylıq və illik haqq ödəyirlər. Nəticədə milyonların dövr etdiyi “kurs bazarı” formalaşır, müdhiş korrupsiya və rüşvət piramidası yaradılır.
Təhsil sistemində dəhşətli dərəcədə dərəbəylik hökm sürür. Kimsə kimsənin kitabını oxumur, kimsənin kimsəyə sözü keçmir. Təhsil müxtəlif maraqların toqquşduğu, qruplaşmaların üstünlük qazanmağa çalışdığı bir sahəyə çevrilib. Ən üst düzən bürokratiyadan tutmuş regional qruplaşmalara qədər bütün məmur aparatı təhsil sistemindən pay qopartmağa çalışır, öz kadrlarını yerləşdirir, klanını formalaşdırır. Bəzən bir məktəb direktoruna və yaxud regionala xüsusi qaydada ,,yerləşdirilmiş’şöbə müdirlərinə nəinki regional idarə müdiri , heç nazirlik belə söz keçirdə bilmir. Çünki arxasından elə bir qüvvə boylanır ki, adamın çox şeyə heyifi gəlir. Bizə isə çox hörmətli Mehriban xanımın apardığı təhsil siyasətinin belə düşmənlərinin kimlər olduğunu ifşa etmək düşür. Azərbaycan təhsili müxtəlif qruplaşmaların maraq , bir çox hallarda isə mübarizə meydanına çevrilib. Qeyd etdiyimiz kimi nəinki regional idarələrə, heç nazirliyə belə tabe olmaq istəməyən məktəb direktorları, şöbə müdirləri at oynadırlar. Qohumbazlıq, tayfabazlıq təhsil sistemini metastaz kimi məhv edir. Direktorların işə qəbul imtahanı adlı tamaşa qurub pərdəarxasında iyrənc oyunlar oynanılır. Kimlərinsə qohumu, qudası, dostu, sevgilisi olmaq bu sahədə karyera qurmaq üçün əsas kriteriyadır. Artıq özbaşnalıqlar o həddə çatıb ki, yerindən duran hər kəs təhsil sistemindən pay qoparmaq eşqinə düşür. Eşq demişkən bütün bu oyunların, kataklizmaların mərkəzində duran əas fiqurun-Eşqi Bağırovun adını qeyd etməmək olmaz. Təhsil sistemində ən böyük qruplaşmanın yaradıcısı, “dövlət içərisində dövlət” yaratmaq iddiasında olan cənab Bağırov rəhbərlik eydiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini şəxsi maraqların qorunduğu bir təşkilata çevirib. Kadr siyasəti elə bir vəziyyətdədir ki, artıq təhsil sistemi “vassalımın vassalı mənim vassalım deyil” prinsipi ilə idarə olunur. Nazirliyə tabe olan idarələr, qurumlar müxtəlif maraqları təmsil etdikləri üçün çox vaxt bir-birinin işini sabotaj edir, biri digərinə mane olur. Təhsil sahəsində islahatçılıq xəttini qorumağa çalışan nazirin mütərəqqi yenilikləri əksər hallarda bu qruplaşmalar tərəfindən qəsdən boğulur və yaxud yarıtmaz şəkildə həyata keçirilir.
“Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır…
MÜDTAnın fəaliyyəti sanki Təhsil nazirliyini oyundankənar vəziyyətə salmaq, cəmiyyətdə narazılıq formalaşdırmaq üzərində qurulub. Baş verən bütün ədalətsizlikləri əslində “Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır. Təhsil sistemində baş verən oyunlara son qoyulmazsa bunun fəsadlarını hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Cənab Prezidentin yürütdüyü milli maraqlara söykənən siyasi kursu sabotaj edən, cəmiyyətdə narazılıq formalaşdıran “təhsil biznesi” kökündən boğulmalı, qruplaşmalar neytrallaşdırılmalı, şəffaf kadr siyasəti aparılmalıdır. Məktəbin, müəllimin nüfuzu bərpa olunmalı, tədris prosesi özəl kurslardan sinif otaqlarına qaytarılmalıdır. Milli varlığımızın təməl prinsipi olan təhsil sistemi bazar prinsiplərindən təmizlənməyənə qədər gələcəyimiz böyük təhlükə altındadır. Hər kəs öz sahəsində çalışsa daha yaxşı olardı-bazarkom bazarda, müəllim də məktəbdə…
PS: Növbəti yazımızda kim kimin arxasından çıxır konkret adlar,şəxslər barədə geniş müəlumat verəcəyik. Ardı var..
Nicat Mahmudov – FRAKSİYA.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Arzu Kazımov yenə qalmaqalın mərkəzində – “Servis+” MTK-da nə baş verir?
Next: Tehran AZ TV-ni düşmən elan edir, Akademiya prezidenti, Milli Məclisin deputatı İrana gedir, “Səhər” kanalına müsahibə verirlər NONSENS

OXŞAR MÖVZULAR

1785244282_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tehran AZ TV-ni düşmən elan edir, Akademiya prezidenti, Milli Məclisin deputatı İrana gedir, “Səhər” kanalına müsahibə verirlər NONSENS

admin 28.07.2026
1785239656_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Arzu Kazımov yenə qalmaqalın mərkəzində – “Servis+” MTK-da nə baş verir?

admin 28.07.2026
Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026

XƏBƏR LENTİ

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ
Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO 1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. “Unikal“ın məlumatına görə, “Mercedes” markalı avtomobil traktorla toqquşub. Nəqliyyat vasitələrinə ziyan dəyib....
DAVAMI Read more about Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO
Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi 1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid Sərxan Həsənovun anası yenidən müraciət edib. Şəhid anası yayımladığı videomüraciətdə ailəsinin...
DAVAMI Read more about Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi
Sahibə Qafarova Efiopiyada səfərdədir 1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat...
DAVAMI Read more about Sahibə Qafarova Efiopiyada səfərdədir
“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi d7dfd17d297252fe6eba3398f501c3dd (1)
  • ARAŞDIRMA

“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

admin 28.07.2026
Son 2 gündə vətəndaşların dini hisslərini təhqir etdiyinə görə 2 tiktoker həbs olunub: “Çevik” ləqəbi ilə tanınan...
DAVAMI Read more about “Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

Bütün yazılar

dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.