Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? – VİDEO
  • CƏMİYYƏT
  • ÖLKƏ

Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? – VİDEO

admin 27.07.2026
1785156452_screenshot-2026-07-27-164459

Bakı şəhərində şəhərsalmaya nəzarət sistemi faktiki olaraq iflic vəziyyətə salınıb. Maraqlıdır ki, hər il yeni qanunlar qəbul edilir, yeni qaydalar, standartlar tətbiq olunur. Amma nəticə dəyişmir. Əksinə, görünən odur ki, bəzi rayon icra hakimiyyətləri həmin qanunlardan şəhəri qorumaq üçün deyil, ictimai əraziləri kommersiya obyektlərinə çevirmək üçün istifadə edirlər.

Elə bil qanunlar onların əlində başqa məna kəsb edir. Elə bil qəbul olunan qaydalar parkı, yaşıllığı, səkini qorumaq üçün yox, onları satmaq üçün əlavə imkan yaradır. Hətta imkansızı belə imkana çevirirlər.

Bizimesr.com bildirir ki, Xətai rayonunun Xudu Məmmədov küçəsində baş verənlər isə bunu bir daha təsdiqləyir. İnanılması çətin olsa da, parkın ərazisi və piyada səkisi bir neçə gün ərzində “Lion PUB”a çevrilib. Bu qədər rahatlıq, bu qədər arxayınçılıq haradan qaynaqlanır?

Adamın ağlına bir sual gəlir – parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qanun işləyib? Hansı norma buna icazə verib? Yoxsa qanunlar artıq vətəndaş üçün yazılır, bəzi məmurlar üçün isə ümumiyyətlə tətbiq olunmur?

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən soruşsalar ki, parkın və səkisinin yerində bu obyekt necə tikilib, böyük ehtimalla yenə klassik cavablardan biri veriləcək: “Xəbərimiz olmayıb”. Bir az da sıxışdırsalar, bu dəfə deyiləcək ki, “obyektin sənədləri qaydasındadır”.

Bəs sual budur – piyada səkisinin sənədi necə dəyişdirilib? Səki hansı qərarla PUB-a çevrilib? Park hansı əsasla kommersiya obyektinə verilib? Bunları hansı qurum təsdiqləyib? Yaxud, Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib?

Əgər bütün bunlar qanunidirsə, deməli, şəhərsalma qanunvericiliyinə yenidən baxmaq lazımdır. Yox, əgər qanunsuzdursa, onda niyə heç kim məsuliyyət daşımır?

Bu gün Xudu Məmmədov küçəsində səki PUB olur, sabah başqa küçədə park restoran olacaq, birisi gün isə uşaqların oyun meydançası hansısa obyektə çevriləcək. Belə çıxır ki, Bakıda artıq satılmayan yer qalmayıb.

Rafiq Quliyev Xətai rayonunun səkilərini də satır?  Bu suala cavabı isə artıq aidiyyəti qurumlar verməlidir.

Bizimesr.com
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/rafiq-quliyev-parki-ve-piyada-sekisini-pub-a-cevirmek-ucun-hansi-qaydani-isledib—video-22721

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video
Next: Mərkəzi Aran iqtisadi rayonlarında erkən nikah probleminin təhlilinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib

OXŞAR MÖVZULAR

1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
1785138073_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

admin 27.07.2026
1785155430_screenshot-2026-07-27-162802
  • CƏMİYYƏT

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

admin 27.07.2026

XƏBƏR LENTİ

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir… 1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar...
DAVAMI Read more about Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO 1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir və onun Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılmasına...
DAVAMI Read more about Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO
Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər 20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay” adlı yeni musiqi layihəsini təqdim ediblər. Teleqraf xəbər verir ki, mahnının...
DAVAMI Read more about Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər
İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
Fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyatlardan bəri ümumilikdə 624 amerikalı hərbçi xəsarət alıb....
DAVAMI Read more about İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı
Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır tong-thong-ukraine-volodymyr-zelensky-8326-5208
  • DÜNYA

Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

admin 27.07.2026
“Vladimir Putin sentyabrın 21-də keçiriləcək Rusiya Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan etməyi və 300-500 min...
DAVAMI Read more about Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

Bütün yazılar

1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.