Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
  • CƏMİYYƏT

MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!

admin 27.07.2026
1785128914_screenshot-2026-07-27-090650

Bu, artıq məmur özbaşınalığı falan deyil — bu, birbaşa vətəndaşın şərəfinə, dinc sakinin ocağına və mətbuatın ləyaqətinə qarşı təşkil olunmuş açıq-aşkar həyasızlıq və qudurğanlıqdır!
Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov Bayırşəhərdə sakinlərin evlərini alçaldaraq, söyüşlə, hədə-qorxu ilə, içindəki əşyaları ilə birgə əllərindən alırsa, burada haysız-hesabsız bir cinayət tərkibi var! “Dövlət layihəsidir” adını sipər edib insanları öz ata-baba mülkündən küçə xuliqanı kimi qovmaq, sakinləri təhqir etmək kimin tapşırığıdır?
Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
Daha böyük biabırçılıq və RƏZALƏT isə bu vəhşiliyi çəkən jurnalistlərə qarşı edilən küçə söyüşləridir! Kişi jurnalistə “oğraş”, qadın jurnalistə “fahişə” deyəcək qədər əxlaqını, tərbiyəsini və insanlığını itirmiş bir qudurğan hansı cürətlə hələ də o yumşaq kresloda oturur?
Küçə leksikonu ilə danışan, ağzından tərbiyəsizlik yağan bir adam dövlət qurumuna nəzarət etmir, o sadəcə dövlətin adını ayaqlar altına atan, dərhal təcrid olunmalı bir xuliqandır!
Eldar Əzizov, Bu Bəslədiyiniz Quduzluq Sizin Əsərinizdir!
Eldar müəllim Üç-beş manat çirkli pul qazanacaqsınız, layihələrdən cibinizi dolduracaqsınız deyə Zülfəli kimi mənəviyyatsız birisini sakinlərin və jurnalistlərin üzərinə qışqırtmaq hansı hoqqabazlıqdır?
Zülfəli İsmayılov Sizin hansı arxaplandakı çirkli işlərinizin şərikidir ki, bu gün onun ağzından çıxan söyüşlərə, sakinlərin naləsinə, jurnalistlərin alçaldılmasına göz yumursunuz? Sözünüz keçmir, yoxsa diliniz gödəkdir?!
Öz qudurmuş məmuruna “dur” deyə bilməyən, onun xuliqanlığını qoruyan bir icra başçısı o jurnalistlərə edilən söyüşlərin də, sakinlərin tapdalanan haqqının da BİRBAŞA ŞƏRİKİDİR
!Dövlətin adının arxasında gizlənib millətin qanını soran, arvad-uşaq demədən insanları təhqir edən Zülfəli İsmayılov və onu qoruyan Eldar Əzizov yaxşı qulaq asın:
Vətəndaşın namusu, ləyaqəti və dinc ocağı Sizin çirkli maraqlarınızdan min dəfə üstündür!
Bu özbaşınalığa, bu küçə tərbiyəsizliyinə dərhal son qoyulmalı, o məmur qandallanıb layiqli cəzasını almalıdır!
Əks halda, bu qudurğanlığın cavabını xalqın və qanunun nifrəti qarşısında tək o yox, onu o vəzifədə saxlayan bütöv bir idarəçilik sistemi verəcək!
Sima Babayeva
Facebook-da paylaş

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səhiyyədə “tarix” yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
Next: NexBirlik ifşa edildi: “Sosial e-ticarət” vədi ilə qurulan yeni maliyyə piramidası -ŞOK FAKTLAR

OXŞAR MÖVZULAR

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026

XƏBƏR LENTİ

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib. “Qafqazinfo”nun xəbərinə görə, Tovuz sakini...
DAVAMI Read more about Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video
Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi 1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) texniki direktoru Rəşad Göyüşov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata...
DAVAMI Read more about Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi
UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub 1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
 İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. “Rostov limanı”...
DAVAMI Read more about UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: 1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: “Dövlət bağçalarında kamera qoyulması lazım deyil, valideyn nəzarətinə qarşıyam. Çünki uşaqlar...
DAVAMI Read more about Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi 1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil,...
DAVAMI Read more about Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

Bütün yazılar

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.