Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
1785144074_screenshot-2026-07-27-131602

Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil, şəxsi biznesini idarə edir. Məktəbi şəxsi maraq və sonsuz iddialarının təmin olunması vasitəsi kimi görür.

Şagirdi məktəbdən qovmaq nə deməkdir? Dövlət məktəbi rəhbəri nə haqla vətəndaşı media qapılarında qoymalıdır?

Deyir uşağın qiyməti aşağı olub, 2 alıb. Gülməlidir, əslində həm də məktəb və onun həşəmətli direktoru 2 alıb deməli. Siz öyrətməmisiniz demək, vəzifə borcunuzu yerinə yetirməmisiniz. 9-cu sinfi bitirənə qədər nə tədbir görmüsünüz zəif oxuyan şagirdlə bağlı? Pul verən uşaqlarla məktəbdə repetitorluğa şərait yaradanda, 1-2 imkansız, zəif nəticə göstərən uşaqla da məşğul olardınız. Etməzsiniz, çünki marağınızda deyil, elə şeyləri düşünməyə vaxtınız yoxdur. Arxayınsınız arxanızda duranlara, hamının gözünə soxursunuz məktəbdə qohum-qardaşınızı. Ayıbdır, məktəbdəki müəllimləri belə üsullarla az əzin, az sıxışdırın. Bu gərdişin bir geri dönüşü də var. Onda abidin bir barmağın kəssən, dönüb həqdən qaçar…

Yəqin bir gəncin imdadına təhsil sistemi rəhbərliyindən yetişən, onun “oxumaq istəyirəm” nidasına cavab verən kimsə tapılar. Könül Hüseynova hegamoniyası dayandırılar, ona dövlət məktəbinin biznes strukturu olmadığını başa salarlar.

Könül Hüseynovadan həm də soruşa bilərlər ki, məktəbdə növbəti ilin dərs bölgüsü hansı tələblər qarşılığında aparılır? Nobel Fondunun vitseprezidenti Fuad Qasımovla onu hansı maraqlar birləşdirir? Mətbuatda dəfələrlə yazılmış “ölü canlar”ın məktəbdə saxlanması ilə nələr əldə olunur? Repetitor müəllimlər nəyin qarşılığında məktəbi hazırlıq mərkəzinə çevirib? Təmir, tədbir, bayram günləri adı altında müəllim və şagirdlərdən toplanılan vəsaitlərin illik dövriyyəsi nə qədərdir? Repetitorların dərsdən sonra və qeyri-iş günləri məktəb binasından istifadəsi dövlətə nə qədər ziyan vurur? Yuxarı sinif şagirdlərinin aylığa buraxılması valideynlərin gözü önündə hansı 3 sıfırlı rəqəmi qoyur? Məktəbdə yerləşən təşkilatlar nəyin qarşılığında otaqları zəbt edib? Məktəbin yubileyi üçün toplanan vəsaitlər nə qədər olub? Ailəsi əlavə hazırlığa qoymağa imkanı olmayan neçə kasıb şagird məktəbdən qovulub? Məktəbə rəsmi yoxlama aparmalı olan səahiyyətlilər niyə girə bilmir?

Əminik ki, Azərbaycan Respublikası prezidentinin xalqa xidmət məsələsindəki prinsipiallığı Könül Hüseynova və dilinin əzbəri olan arxasındakıları da ayıldacaq. Vətəndaşları saymazdan gəlmək, insanları narazı salmaq kimliyindən asılı olmayaraq kimlərə necə baha başa gəlib unutmayın, cənablar!!!

Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ rəhbərliyi (rəfiqəliyin də bir həddi olar!) cavab gözləyirik, oxumaq istəyən bir şagirdin səsi olaraq. Şagirdin oxumaq istəmək qədər təbii istəyinə biganə qalmayın. Vəzifə tutduğunuz dövlət qurumunu dövlət baba bunun üçün yaradıb. Hər könül könlü istəyəni edəcəksə, sizə o səlahiyyət və dövlət ərkanı niyə verilib? Suallar çoxdur, cavab gözləyirik bir gəncin dövlətin qurumlarının ədalətinə tikilən gözləri ilə…(Tehsilmedia.info)

Qeyd edək ki, Ədliyyə nazir müavini Abidin Hüseynov 56 saylı məktəbin direktorunun qardaşıdır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
Next: Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

OXŞAR MÖVZULAR

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
1785124616_1
  • CƏMİYYƏT
  • VİDEO

Ölü doğulan körpənin meyitinin zirzəmiyə qoyulması klinikalarda etik normalarla bağlı hansı sualları doğurur? – VİDEO

admin 27.07.2026

XƏBƏR LENTİ

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib. “Qafqazinfo”nun xəbərinə görə, Tovuz sakini...
DAVAMI Read more about Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video
Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi 1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) texniki direktoru Rəşad Göyüşov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata...
DAVAMI Read more about Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi
UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub 1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
 İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. “Rostov limanı”...
DAVAMI Read more about UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: 1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: “Dövlət bağçalarında kamera qoyulması lazım deyil, valideyn nəzarətinə qarşıyam. Çünki uşaqlar...
DAVAMI Read more about Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi 1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil,...
DAVAMI Read more about Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

Bütün yazılar

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.