Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Səhiyyədə “tarix” yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
  • CƏMİYYƏT
  • VİDEO

Səhiyyədə “tarix” yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO

admin 27.07.2026
1785046605_1
Şəki Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? Keçmiş rəhbər Məcid Əliyevin TƏBİB tərəfindən vəzifəsindən azad edilməsindən sonra xəstəxanada islahatların aparılacağı gözlənilsə də, iddialara görə, onun idarəçilik sistemi hələ də kök salmaqda davam edir. Tibb müəssisəsinin ən strateji nöqtələrindən biri – Kadrlar Şöbəsi hazırda ciddi narazılıq və qanunsuzluq iddiaları ilə gündəmdədir.”

Məsələnin ən qəribə və düşündürücü tərəfi xəstəxananın kadrlar şöbəsinin rəisi Tural Səfərovun kimliyi və ixtisası ilə bağlıdır. İddia olunur ki, Tural Səfərov əslində bir tarix müəllimidir! Bəli, səhv eşitmədiniz. Tibb elmindən, xəstəxana idarəçiliyindən və spesifik kadr siyasətindən tamamilə uzaq olan bir tarix müəllimi, bu gün yüzlərlə həkimin, tibb bacısının və texniki heyətin taleyini həll edən masada əyləşib. Aidiyyatı qurumlara və xüsusilə TƏBİB-ə sual olunur: İxtisası tarix müəllimliyi olan bir şəxs, səhiyyə müəssisəsində hansı meyarlarla kadrlar rəisi vəzifəsinə gətirilib və hansı peşəkarlıqla kadr siyasəti yürüdür?

Lakin məsələ təkcə qeyri-peşəkarlıqla bitmir. Şəki Rayon Mərkəzi Xəstəxanasından gələn səs-küylü iddialar daha dəhşətlidir. Bildirilir ki, keçmiş rəhbərin ‘adamı’ kimi tanınan Tural Səfərov xəstəxanada əsl ‘bazar’ açıb. Əldə olunan iddialara görə, kadrlar rəisi xəstəxanada çalışan 65 yaşlı, təcrübəli və ahıl həkimləri bir-bir otağına çağırır. Məqsəd isə tibbi xidmət deyil, qanuni müqavilə müddətinin uzadılmasıdır. İddia edilir ki, o, yaş sənədi çatmış bu həkimlərdən külli miqdarda pul (rüşvət) tələb edir və yalnız bu şərtlə onların müqaviləsini uzadır. Tibb müəssisəsinə yeni işçi qəbulunun da tamamilə maddi maraqlar çərçivəsində tənzimləndiyi gələn məlumatlar arasındadır.

Tibb sahəsindən və kadr idarəçiliyindən anlayışı olmayan bir şəxsin xəstəxanada rəis statusu ilə özbaşınalıq etməsi, Şəki səhiyyəsini uçuruma aparır. Təcrübəli həkimlərin rüşvət təzyiqi ilə üzləşməsi və kadr siyasətinin şəxsi maraqlara qurban verilməsi barədə səslənən bu ciddi iddialar təcili araşdırılmalıdır!Biz media olaraq müvafiq hüquq-mühafizə orqanlarını, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini və TƏBİB rəhbərliyini Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən bu iddiaları nəzarətə götürməyə və geniş araşdırma aparmağa çağırırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Milyonlarla büdcəsi olan xəstəxanada cəmi bircə həkim tapıldı! — Bərdədə NƏ BAŞ VERİR? VİDEO
Next: MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!

OXŞAR MÖVZULAR

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026

XƏBƏR LENTİ

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib. “Qafqazinfo”nun xəbərinə görə, Tovuz sakini...
DAVAMI Read more about Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video
Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi 1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) texniki direktoru Rəşad Göyüşov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata...
DAVAMI Read more about Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi
UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub 1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
 İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. “Rostov limanı”...
DAVAMI Read more about UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: 1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: “Dövlət bağçalarında kamera qoyulması lazım deyil, valideyn nəzarətinə qarşıyam. Çünki uşaqlar...
DAVAMI Read more about Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi 1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil,...
DAVAMI Read more about Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

Bütün yazılar

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.