Skip to content
15.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
1784110189_1
Azərbaycanda ən çox saxtalaşdırılan məhsul pivədir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O, bildirib ki, dünyada da ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir:

“Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür”.

Bəs, pivə necə saxtalaşdırılır?

Problemlə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Qoşqar Təhməzlinin fikrinə şərik olduğunu bildirib:

“Bilirsiniz ki, yay aylarında pivəyə tələbat artır. Artan tələbatı yüksək səviyyədə ödəyə bilməyən iaşə obyektləri saxtakarlığa əl atırlar. Aşağı keyfiyyətli pivəni hətta brend markaların adından təqdim edirlər.

Proses əsasən belə baş verir: Misal üçün ölkədə çoxlarının rəğbətini qazanmış “X” adlı pivə istehsalı var. Hansısa bir iş adamı gedir “X” pivə istehsalçısından müəyyən qədər pivə alır, onun sənədlərini götürüb standartlara uyğun olmayan saxta pivə istehsalçısının yanına gedir, ondan da məhsul alır. Amma bu məhsul kifayət qədər ucuz olur. Baxmayaraq ki, həmin pivə brend adı ilə istehlakçıya təqdim edilir.

Bundan əlavə, bəzi iaşə obyektlərində pivənin süzmək üçün iki kran qoyurlar. Bunun birindən keyfiyyətli pivə süzürlər. Bu pivələr başlanğıcda müştəriyə təqdim edilir. Müştəri təkrarən pivə sifariş verəndə ikinci krandan süzülür. Bu krandan gələn pivə isə əsasən aşağı keyfiyyətli və yaxud su qatılmış olur. Regionlardakı kafe və restoranlarda su qarışdırma çox geniş yayılıb. Beləcə, işbazlar yay aylarından saxta pivədən milyonlar qazanırlar”.

Müsahibimiz onu da qeyd edib ki, AQTA saxta pivələrə qarşı mübarizəni son zamanlar gücləndirib:

“Bu kafidir, amma qaneedici deyil. Bu məsələdə ictimai nəzarət daha çox fayda verə bilər. Hər bir istehlakçı iaşə obyektinin rəhbərliyində müvafiq sənəd tələb etməlidir. Bu sənəd hesabına müştəri içəcəyi pivənin nə qədər orjinal və təzə olduğunu öyrənmiş olar.

Çox təəssüf ki, əksər müştərilər bunu özlərinə sığışdırmırlar. Yaxud da hansısa sənəd tələb edəndə obyekt sahibi müxtəlif bəhanələr gətirir. Beləcə istehlakçı öz hüququnu sona qədər qorumur. Nəticədə istehlakçı həm pulundan, həm də sağlamlığından olur”./bizim.media

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?
Next: “Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

OXŞAR MÖVZULAR

1784121729_screenshot-2026-07-15-171544
  • CƏMİYYƏT

Sakinlər mərasim evindən narazıdır – Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir

admin 15.07.2026
1784122874_caspian_global_22
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

admin 15.07.2026
1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026

XƏBƏR LENTİ

Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək whatsapp_image_2026-07-15_at_16.46.29
  • İDMAN

Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək

admin 15.07.2026
İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək. Bir sıra ölkələrin idmançılarının iştirak...
DAVAMI Read more about Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək
“Fənərbağça”nın yeni transferi ilə bağlı iddia: Klubunda problemlər yaşayıb whatsapp_image_2026-07-15_at_17.44.58
  • İDMAN

“Fənərbağça”nın yeni transferi ilə bağlı iddia: Klubunda problemlər yaşayıb

admin 15.07.2026
Türkiyə təmsilçisi “Fənərbağça”nın yeni transferi Meyson Qrinvudla bağlı maraqlı detallar məlum olub.   Bildirilir ki, futbolçunun klubdaxili...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi ilə bağlı iddia: Klubunda problemlər yaşayıb
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib 18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026
Beynəlxalq gəmiçilik şirkətləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən yüklərə görə 20 faiz həcmində rüsum tətbiqi...
DAVAMI Read more about Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib
Brüssel Kiyevə Çin dron komponentlərinə kredit ayırmağa icazə verir copyright_bundeswehr_2025_start-drone-ghtp-lph-12
  • DÜNYA

Brüssel Kiyevə Çin dron komponentlərinə kredit ayırmağa icazə verir

admin 15.07.2026
Avropa Komissiyası (AK) Ukraynaya Çin istehsalı olan PUA komponentlərinin alınması üçün Aİ kreditinin bir hissəsindən istifadə etməyə...
DAVAMI Read more about Brüssel Kiyevə Çin dron komponentlərinə kredit ayırmağa icazə verir
Hakan Fidan Ukraynaya gedəcək hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan Ukraynaya gedəcək

admin 15.07.2026
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə sülh yolu ilə həll və naviqasiya təhlükəsizliyini müzakirə etmək...
DAVAMI Read more about Hakan Fidan Ukraynaya gedəcək

Bütün yazılar

whatsapp_image_2026-07-15_at_16.46.29
  • İDMAN

Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək

admin 15.07.2026
whatsapp_image_2026-07-15_at_17.44.58
  • İDMAN

“Fənərbağça”nın yeni transferi ilə bağlı iddia: Klubunda problemlər yaşayıb

admin 15.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026
copyright_bundeswehr_2025_start-drone-ghtp-lph-12
  • DÜNYA

Brüssel Kiyevə Çin dron komponentlərinə kredit ayırmağa icazə verir

admin 15.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.