Skip to content
15.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
1784103691_screenshot-2026-07-15-121948

Siyəzən rayonunun Eynibulaq kənd sakini Abasov İntizam Abasmirzə oğlu redaksiyamıza müraciət edərək həyat yoldaşının müalicəsi və tibbi sənədləşmə prosesi ilə bağlı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən narazılığını bildirib.

Şikayətçinin sözlərinə görə, ailə yalnız həyətyanı sahəsində becərdikləri kənd təsərrüfatı məhsullarının satışı hesabına dolanır. O bildirir ki, həyat yoldaşı hər iki gözündə ağır görmə məhdudiyyəti olan şəxsdir və uzun müddətdir Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunur.

Şikayətə əsasən, xəstəyə mərkəzdə göz buynuz qişasının transplantasiyası əməliyyatı aparılıb. Ailənin iddiasına görə, əməliyyatdan əvvəl müəyyən qədər görmə qabiliyyəti olduğu halda, əməliyyatdan sonra görmə vəziyyəti daha da pisləşib və hazırda o, gündəlik həyatını müstəqil şəkildə davam etdirməkdə ciddi çətinlik çəkir.

Abasov İntizam bildirir ki, müxtəlif vaxtlarda eyni xəstə ilə bağlı verilən tibbi rəylər arasında ciddi ziddiyyətlər mövcuddur. Onun sözlərinə görə, bəzi tibbi sənədlərdə görmə göstəricisi 0.01 kimi qeyd edilsə də, əlilliyin təyin olunması üçün təqdim edilən digər rəsmi rəylərdə görmə səviyyəsi daha yüksək göstərilir. Digər oftalmoloqların verdiyi rəylərlə Respublika Oftalmologiya Mərkəzinin rəyi arasında da ciddi fərqlər olduğu iddia edilir.

Şikayətçi hesab edir ki, bu ziddiyyətlər həyat yoldaşının real sağlamlıq vəziyyətini əks etdirmir və nəticədə onun əlilliyinin rəsmiləşdirilməsi, sosial təminat hüquqlarından istifadə etməsi və daimi qulluq göstərən şəxsin təyin olunması prosesinə mənfi təsir göstərir.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı dəfələrlə mərkəzin rəhbərliyinə müraciət edib, müxtəlif dövlət qurumlarına yazılı ərizələr göndərib və müayinələr zamanı istifadə olunan tibbi avadanlıqların sertifikatlarının təqdim olunmasını tələb edib. Lakin onun sözlərinə görə, bu müraciətlərə tam və əhatəli cavab verilməyib.

Şikayətçi həmçinin bildirir ki, mərkəzin direktoru Elmar Qasımovun qəbuluna düşmək üçün dəfələrlə cəhd göstərsə də, buna nail ola bilməyib.

İctimaixeber.org tərəfindən aparılan araşdırma zamanı da məlum olub ki, vətəndaş uzun müddətdir müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara müraciətlər edir. Redaksiyamızın əldə etdiyi məlumatlara görə, ailə əsasən tibbi rəylər arasındakı ziddiyyətlərin aradan qaldırılmasını və xəstənin sağlamlıq vəziyyətinə uyğun obyektiv rəy verilməsini tələb edir.

Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də müxtəlif tibb müəssisələrinin verdiyi rəylərin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsidir. Məhz bu ziddiyyətlərin əlillik təyin olunması prosesinə təsir göstərdiyi bildirilir.

Bundan əlavə, redaksiyamıza təqdim olunan məlumatlarda implantların mənşəyi ilə bağlı da müxtəlif iddialar yer alır. Şikayətçiyə verilən şifahi məlumata görə, istifadə olunan implantların Finlandiya istehsalı olduğu bildirilib. Digər tərəfdən, adının açıqlanmasını istəməyən bir şəxs həmin implantların Hindistandan alındığını iddia edib.

Abasov İntizam Abasmirzə oğlu aidiyyəti dövlət qurumlarından məsələni obyektiv araşdırmağı, tibbi rəylər arasındakı uyğunsuzluqlara hüquqi qiymət verilməsini, istifadə olunan tibbi avadanlıqların texniki uyğunluğunun yoxlanılmasını, müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun baxılmasını və xəstənin real sağlamlıq vəziyyətini əks etdirən obyektiv tibbi rəyin verilməsini xahiş edir.

Məsələ ilə bağlı İctimaixeber.org Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışıb. Baş həkim Elmar Qasımovla əlaqə saxlamaq cəhdimiz zamanı redaksiyadan zəng edildiyi bildirildikdən sonra telefon danışığı yarımçıq dayandırıldı və məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmadı.

Məqalədə yer alan məlumatlar əsasən şikayətçinin redaksiyaya təqdim etdiyi sənədlər, izahatlar və İctimaixeber.org tərəfindən aparılmış araşdırma əsasında hazırlanıb. Redaksiya jurnalist etikasına sadiq qalaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və aidiyyəti şəxslərin cavab vermək hüququnu tanıyır.(İctimaixeber.org)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
Next: Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

OXŞAR MÖVZULAR

1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026
1784106811_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakıxanovda “Möcüzəvi Epidemiya”: Eyni anda “quruyan” ağaclar və daş hasarlar… – BU NƏDİ BELƏ?

admin 15.07.2026

XƏBƏR LENTİ

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR 1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
Azərbaycanda ən çox saxtalaşdırılan məhsul pivədir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib...
DAVAMI Read more about Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR
İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək? 1728976065_lkla_1768373336-2-750x403
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?

admin 15.07.2026
Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli təşkili məqsədilə icra hakimiyyəti orqanlarının regional əsasda fəaliyyət göstərməsi ilə bağlı müzakirələr...
DAVAMI Read more about İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?
Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU 1784104302_d5f31d0e-ffa2-4e9c-92a4-c3de6016f569 (1)
  • HADİSƏ
  • VİDEO

Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

admin 15.07.2026
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərə rayonunda baş verən yol qəzasında ər-arvad həyatını itirib. “Unikal”ın məlumatına görə, qəzada...
DAVAMI Read more about Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir” 1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
Siyəzən rayonunun Eynibulaq kənd sakini Abasov İntizam Abasmirzə oğlu redaksiyamıza müraciət edərək həyat yoldaşının müalicəsi və tibbi...
DAVAMI Read more about Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa… 1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026
Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 09.07.2026-cı ildə dövlət satınalmalarının portalında keçirilmədən 3 satınalma müqaviləsi bağlayıb. İnşaat...
DAVAMI Read more about Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

Bütün yazılar

1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
1728976065_lkla_1768373336-2-750x403
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?

admin 15.07.2026
1784104302_d5f31d0e-ffa2-4e9c-92a4-c3de6016f569 (1)
  • HADİSƏ
  • VİDEO

Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

admin 15.07.2026
1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.