Skip to content
15.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıxanovda “Möcüzəvi Epidemiya”: Eyni anda “quruyan” ağaclar və daş hasarlar… – BU NƏDİ BELƏ?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakıxanovda “Möcüzəvi Epidemiya”: Eyni anda “quruyan” ağaclar və daş hasarlar… – BU NƏDİ BELƏ?

admin 15.07.2026
1784106811_1
Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti “təbiət möcüzəsindən” hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin “yaşıllaşdırma” siyasətinin növbəti şedevridir.

Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda “infarkt” keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan “ənənəvi” qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi “vitamin” tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə “baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik” deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.

Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Mediatvaz.com olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu “möcüzəvi qəsdə” aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının “elmi” izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.

Mediatvaz.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Next: Naxçıvanda hakimiyyət uğrunda rəqabət dövlət qəzeti “Şərq qapısı”nın çapının dayanmasına səbəb olub.

OXŞAR MÖVZULAR

1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026

XƏBƏR LENTİ

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR 1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
Azərbaycanda ən çox saxtalaşdırılan məhsul pivədir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib...
DAVAMI Read more about Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR
İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək? 1728976065_lkla_1768373336-2-750x403
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?

admin 15.07.2026
Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli təşkili məqsədilə icra hakimiyyəti orqanlarının regional əsasda fəaliyyət göstərməsi ilə bağlı müzakirələr...
DAVAMI Read more about İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?
Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU 1784104302_d5f31d0e-ffa2-4e9c-92a4-c3de6016f569 (1)
  • HADİSƏ
  • VİDEO

Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

admin 15.07.2026
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərə rayonunda baş verən yol qəzasında ər-arvad həyatını itirib. “Unikal”ın məlumatına görə, qəzada...
DAVAMI Read more about Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir” 1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
Siyəzən rayonunun Eynibulaq kənd sakini Abasov İntizam Abasmirzə oğlu redaksiyamıza müraciət edərək həyat yoldaşının müalicəsi və tibbi...
DAVAMI Read more about Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa… 1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026
Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 09.07.2026-cı ildə dövlət satınalmalarının portalında keçirilmədən 3 satınalma müqaviləsi bağlayıb. İnşaat...
DAVAMI Read more about Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

Bütün yazılar

1784110189_1
  • CƏMİYYƏT

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

admin 15.07.2026
1728976065_lkla_1768373336-2-750x403
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İcra hakimiyyətləri birləşdirilir, regional idarəetmə yaradılır – Bir başçı 5 rayonu idarə edəcək?

admin 15.07.2026
1784104302_d5f31d0e-ffa2-4e9c-92a4-c3de6016f569 (1)
  • HADİSƏ
  • VİDEO

Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

admin 15.07.2026
1784103691_screenshot-2026-07-15-121948
  • CƏMİYYƏT

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

admin 15.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.