Skip to content
14.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ… – İLGİNC İDDİA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ… – İLGİNC İDDİA

admin 14.07.2026
1783997399_1
Bir neçə gündür ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov tərəfindən aldadılaraq külli miqdarda pulu ələ keçirilən iş adamı, əslən Saatlı rayonundan olan və Saatlı rayonu Şirinbəy kəndində qeydiyyat olmaqla, Bakı şəhəri Xətai prospekti “Armoni ressidense”, Blok E, 6-cı mərtəbə, mənzil 606-da yaşayan Lətifov Alim Zirəli oğlunun başına gələnləri
“DİA-AZ” olaraq ictimailəşdirməkdəyik. Xatırladaq ki, məhkəmə-ədliyyə sistemində ciddi himayədarları olan Nazim Tahirov məhz bu əlaqələrinin hesabına bu vaxta qədər onlarla sahibkarın əleyhinə saxta məhkəmə qərarları çıxartmağa müvəffəq olmuşdur.

Özünü hər yerdə MƏHKƏMƏLƏR KRALI deyərək öyünən, dövlətin ən ali hakimiyyət qollarından birinin ədalətini şübhəyə alan Nazim Tahirovun bu münasibətləri ilə bağlı hətta Lətifov Alim Zirəli oğlu tərəfindən düşdüyü çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənablarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov cənablarına da müraciət ünvanlanmış, kömək istənilmişdir. Çünki bir zamanlar Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru vəzifələrini tutan Nurəddin Mustafayevin, habelə bir neçə məhkəmə sədrinin adı məhz Nazim Tahirovun üzvü olduğu şəbəkə ilə ortaqlıqda hallanır, bununla bağlı Fərid Əhmədov və İnam Kərimovdan kömək istənilir.

Keçən günlərdə vəd etmişdik ki, ayrı-ayrı sahibkarları saxta məhkəmə qərarları ilə müflis duruma salan və hətta intihar həddinə çatdıran Nazim Tahirovun güvəndiyi bir neçə məhkəmə instansiyası var ki, onlardan biri də Qaradağ rayon məhkəməsidir. Son günlər məhz bu qurumdan və bu rayonun məhkəmə icra şöbəsindən aldığı dəstək hesabına Nazim Tahirov yeni quldur planlarını icra etməkdədir.

Əldə etdiyimiz məlumatlara görə, bu işdə adı hallanan Qaradağ məhkəməsinin sədri Xəyal Sarıyev nə qədər neytral görünməyə çalışsa da, başlıca maraqlı tərəflərdən biri kimi çıxış edir. Ona görə də bu gün Nazim Tahirov kimi SAHİBKAR QƏNİMİ asanlıqla “məhkəmələr mənə işləyir” deyə bilir.

Kimdir Xəyal Sarıyev? Elə mətbuat üzərindən apardığımız qısa araşdırma ortaya ilginc faktları çıxardı.

Sarıyev Xəyal Əjdər oğlu haqqında bu məlumatlar yerləşdirilib:
1973-cü ildə anadan olub.1995-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olub. 1997–2007-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2007–2008-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində iclas katibi, 2008–2017-ci illərdə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, 2017-ci ildən bu keçən ilin aprel ayının 11-nə qədər isə Bakı Apellyasiya Məhkəməsinin hakimi, ondan sonra isə Qaradağ rayon məhkəməsinin sədri və hakimi kimi çalışır.

Burada, Sarıyevin bioqrafiyasında diqqət çəkən bir məqam isə çox ciddi qanun pozuntusu hesab olunmalıdır.

Qanunun tələbinə görə, hakim hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş stajına malik olmalıdır, amma Xəyal Sarıyevin bioqrafiyasından görünür ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olduqdan cəmi 3 il sonra – 2008-ci ildə Nizami Rayon Məhkəməsinin hakimi təyin olunub.
Maraqlıdır, açıq-aşkar Konstitusiyanın pozulması faktı olsa da, X.Sarıyev karyera pillərində irəliləyərək Qaradağ rayon məhkəməsinin sədri və hakimi vəzifəsinə irəli çəkilib.

Bu faktın gərəkən formada araşdırılması həm Fərid Əhmədov üçün bir ədliyyə naziri olaraq, həm də İnam Kərimov üçün bir Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri olaraq MÜHÜM VƏZİFƏ BORCU ƏHƏMİYYƏTİNDƏDİR.

Məhkəmə sistemi hər bir dövlətin NAMUSU hesab olunur. Burda isə LƏKƏ kimi görünən istənilən şübhəli məqam ciddi qiymətləndirmə zərurəti altında olmalıdır.

Əgər iddia olunanlar ciddi hüquqi əhəmiyyət daşıyırsa, bu, təkcə Sarıyevin hakimlik karyerasını yox, onun bu vaxta qədər hakim kimi verdiyi qərarların hüquqi çəkisini də şübhəyə almış olacaq.

Haydı cənablar… Vəzifə borcunuzu yerinə yetirmək sırası sizdədir…

Biz isə izləməyə, müşahidələrimizi paylaşmağa davam edəcəyik.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?
Next: Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb

OXŞAR MÖVZULAR

71880afc42155487_1783972932
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Ant Radyolojik Sağlıq Hizmetleri” MMC-nin 28 min manatdan çox vergi borcu üzə çıxdı

admin 14.07.2026
prezident_geni_trkibli_gr_(7)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

admin 14.07.2026
1784002869_2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

admin 14.07.2026

XƏBƏR LENTİ

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.30
  • CƏMİYYƏT

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

admin 14.07.2026
Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq...
DAVAMI Read more about Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO zhC6JoeKdWBo30SGrZ4bYT9UUzXdUGmVgWpFLrOS_1200
  • CƏMİYYƏT

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO

admin 14.07.2026
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə...
DAVAMI Read more about Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir. Bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova...
DAVAMI Read more about Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO 1783998810_1
  • CƏMİYYƏT
  • VİDEO

Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO

admin 14.07.2026
Kirayə mənzil axtaranlar üçün yayımlanan elan cəmiyyətdə müzakirələrə səbəb olub. Elan müəllifi açıq şəkildə qazilərə, veteranlara və...
DAVAMI Read more about Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib 1784033397_screenshot-2026-07-14-164759
  • DÜNYA

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

admin 14.07.2026
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. “RBK-Ukraine” xəbər verir ki, bununla da hökumət tam...
DAVAMI Read more about Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

Bütün yazılar

WhatsApp Image 2026-07-14 at 17.27.30
  • CƏMİYYƏT

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

admin 14.07.2026
zhC6JoeKdWBo30SGrZ4bYT9UUzXdUGmVgWpFLrOS_1200
  • CƏMİYYƏT

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO

admin 14.07.2026
flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
1783998810_1
  • CƏMİYYƏT
  • VİDEO

Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO

admin 14.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.