Nizamnamə kapitalı cəmi 10 AZN olan “Ant Radyolojik Sağlıq Hizmetleri” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun olduğu məlum olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, Alper Mevlut Ceylanın qanuni təmsilçisi olduğu şirkətin hazırda dövlətə dəqiq olaraq 28 406.63 AZN məbləğində borcu yaranıb.
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7A, mənzil 38 olaraq qeydiyyata alınıb.
Qeyd edək ki, “Ant Radyolojik Sağlıq Hizmetleri” MMC, Azərbaycanda fəaliyyət göstərən, tibbi və radioloji xidmətlər sahəsində qeydiyyatdan keçmiş bir şirkətdir. Şirkət son dövrlərdə rəsmi orqanlar tərəfindən məcburi audit yoxlamasından yayınma ilə bağlı irəli sürülən hüquqi iddialarla gündəmə gəlmişdir. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb.
