Skip to content
14.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?
  • CƏMİYYƏT
  • ÖLKƏ

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

admin 14.07.2026
1784023830_mellim-cd

Zaqatala rayon 14 nömrəli yol idarəsinin rəhbərliyi dəyişildikdən sonra bu idarədə xeyli qanun pozuntuları baş verməyə başlanıb, hər halda redaksiyamıza məktub ünvanlayan belə iddia edirlər.
AAY Dövlət Agentliyi Zaqatala 14 nömrəli Yol İdarəsinin rəhbəri Süleyman Süleymanov vəzifəyə gəldiyi gündən idarənin bir çox işçilərini kütləvi olaraq işdən azad edib. Və səs yazılarında açıq-aşkar bilinir, rəhbər deyir ki, mən sizinlə işləmək istəmirəm, Vəssalam!
Lakin bu hələ başlanğıcdır, Süleyman Süleymanov işçisi, sahə rəisi Ceyhun Barxalova xüsusi tapşırıqlar verərək şəxsi mənfəəti üçün idarənin texnikasını işlədir.

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Bu faktlar təsdiqini fotolarda tapır, belə ki, yol idarəsinin texnikası loqoları çıxarılmış vəziyyətdə işləyirlər, görəsən niyə?
Süleyman Süleymanovun Şans adında özəl şirkəti var, həmin şirkətlə AAY DA Zaqatala rayon 14 nömrəli yol idarəsi müqavilə bağlayır və bu müqaviləyə əsasən yol idarəsi çaylarda bənd vurmaqla məşğuldur. Altıncı bazar günlərində idarənin texnikası və fəhlələri qanunsuz olaraq şəxsi iş üçün işlədilir.
AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Müqavilə yoxlanılarsa açıq-aydın görünər ki, cüzi pul idarəyə ödənilməklə böyük işləri idarənin texnikası hesabına görürlər. Əsas qanunsuz işləri sahə rəisi Barxalov Ceyhun edir, hansı ki, bu günlərdə Balakən rayon Kortala kəndində 100 ton asfalt vurub. İkinci adam isə adı sənəddə fəhlə getsə də mühasib işlərini aparan Şəfəq Yunusova edir. Hansı ki, tabeldə maaşlar düzgün vurulduğu görsənsə də kartlarda tam əksi olurdu. Hər işçidən iki-üç manat kəsib öz kartına vururdu, işin üstü açılan zaman bu əməllərdən əl çəkdi, ancaq fakt faktlığında qalır.
Ş. Yunusovanın 67 yaşı olmasına baxmayaraq nədənsə bu adamı təqaüdə göndərmirlər.
Üçüncü adam isə kadrlar şöbəsinin müdiri Mirvari İskəndərovadır, hansı ki, səhhətində ciddi problemi olan oğlunu idarəyə fəhlə kimi işə düzəldib. İddiaya görə onun oğlu ürək xəstəsidir. Oğlu Rəcəbli Fərid işə gəlir ancaq fəhlə işləmir çünki səhhəti buna yol vermir.
Sahə rəisi Barxalov Ceyhun qıssa müddət idarə müdirini əvəz edən vaxtı öz oğlunu bir neçə aylıq işə düzəltdi, sonra şikayət olundu ki, oğlunun adıyla kart saxlanılır dərhal oğlunu işdən azad edib.
Sonra Hidayət Əminov və Ömər Hüseynov çilingər ştatında olsalar da biri çayxana işlədir, digəri də onun kimi, təkcə öz işlərilə məşğul olmurlar. Bu idarənin ləğv olunması söhbəti çıxan gündən idarənin bütün texnikası gecə-gündüz şəxsi işlərə gedirlər, çünki loqo yoxdur deyə heç kim bu işdən şübhələnmir.
AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

AAY DA-nin Zaqatala rayon 14- nömrəli Yol İdarəsinin müdiri Süleyman Süleymanovun bir illik fəaliyyəti tam ciddi yoxlanılarsa cinayət faktları çox aşkar olar. Bu rəhbər nə qaziyə, nə körpəsi olan gənc anaya, nə uzun illər idarədə can qoymuş ağsaqqala, ağbirçəyə baxmır, kəsdiyi başa sorğu-sual yoxdur.
Süleyman Süleymanovun hazırda bütün çirkli işlərini zavod rəisi Samir Ramazanovla etdiyi iddia olunur. Onunla birgə edilən qanunsuz əməllərlə bağlı faktları yaxın günlərdə redaksiyaya göndərəcəklər.
Mövzunun aktuallığını nəzərə alaraq yeni məqalədə digər işləri də qeyd edəcəyik.(Adekvat.az)

Məmmədova Fatimə
Zaqatala rayonundan

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Ant Radyolojik Sağlıq Hizmetleri” MMC-nin 28 min manatdan çox vergi borcu üzə çıxdı
Next: Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ… – İLGİNC İDDİA

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-07-14 at 17.27.30
  • CƏMİYYƏT

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

admin 14.07.2026
zhC6JoeKdWBo30SGrZ4bYT9UUzXdUGmVgWpFLrOS_1200
  • CƏMİYYƏT

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO

admin 14.07.2026
1783998810_1
  • CƏMİYYƏT
  • VİDEO

Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO

admin 14.07.2026

XƏBƏR LENTİ

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.30
  • CƏMİYYƏT

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

admin 14.07.2026
Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq...
DAVAMI Read more about Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO zhC6JoeKdWBo30SGrZ4bYT9UUzXdUGmVgWpFLrOS_1200
  • CƏMİYYƏT

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO

admin 14.07.2026
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə...
DAVAMI Read more about Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir. Bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova...
DAVAMI Read more about Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO 1783998810_1
  • CƏMİYYƏT
  • VİDEO

Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO

admin 14.07.2026
Kirayə mənzil axtaranlar üçün yayımlanan elan cəmiyyətdə müzakirələrə səbəb olub. Elan müəllifi açıq şəkildə qazilərə, veteranlara və...
DAVAMI Read more about Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib 1784033397_screenshot-2026-07-14-164759
  • DÜNYA

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

admin 14.07.2026
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. “RBK-Ukraine” xəbər verir ki, bununla da hökumət tam...
DAVAMI Read more about Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

Bütün yazılar

WhatsApp Image 2026-07-14 at 17.27.30
  • CƏMİYYƏT

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

admin 14.07.2026
zhC6JoeKdWBo30SGrZ4bYT9UUzXdUGmVgWpFLrOS_1200
  • CƏMİYYƏT

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı – VİDEO

admin 14.07.2026
flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
1783998810_1
  • CƏMİYYƏT
  • VİDEO

Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu – VİDEO

admin 14.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.