Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qubanın korrupsiya bazarı – Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?
  • GÜNDƏM
  • ÖLKƏ

Qubanın korrupsiya bazarı – Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?

admin 13.07.2026
1783950006_xacmaz_memur

Yerli idarəetmə orqanlarının əsas vəzifəsi vətəndaşın rifahını təmin etmək, rayonda sosial-iqtisadi inkişafa təkan vermək olduğu halda, Qubada tamamilə fərqli və acınacaqlı bir mənzərə hökm sürür

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xəbər verir ki, rayon sakinlərinin şikayətləri Quba Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişaf və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin İsrafilovun öz vəzifə səlahiyyətlərini şəxsi maraqlarına tabe etdirdiyini göstərir. Əslən Xaçmazdan olan bu məmurun Qubada yaratdığı dözülməz bürokratik maneələr və qeyri-qanuni tələblər artıq narazılığı pik həddə çatdırıb.

Qeyd edilir ki, Şahin İsrafilovun rəhbərlik etdiyi şöbə kağız üzərində “inkişaf və proqnozlaşdırma” ilə məşğul olsa da, reallıqda o, rayonun “qara kassası” funksiyasını yerinə yetirir. Tikinti sektorunu tamamilə nəzarətə götürən şöbə müdiri, rəsmi dövlət portallarını və qanunları heçə sayaraq öz şəxsi “tarif və rüsumlarını” tətbiq edir. Məlumatlara görə, rayonda baş qaldıran qanunsuzluqların miqyası belədir:

Fərdi yaşayış evləri: İddia olunur ki, sadə vətəndaşın öz torpağında başını soxmağa bir daxma tikməsi və layihənin təsdiqi üçün 2000 manat “haqq” tələb olunur.

Kommersiya obyektləri: İddiaya görə, sahibkarlığın inkişafına dəstək vermək əvəzinə, hər yeni tikilən obyektdən 10 000 manat rüşvət yığılır.

Rəqəmsal korrupsiya: Hətta dövlətin şəffaflıq üçün yaratdığı Şəhərsalma və Tikinti Portalı sisteminə daxil edilən layihələr belə bu məmurun maliyyə süzgəcindən keçməsə, təsdiqini tapa bilmir.

Bildirilir ki, korrupsiya şəbəkəsi təkcə fərdi tikintilərlə bitmir. Rayonun abadlaşdırılması və sosial layihələr üçün ayrılan dövlət vəsaitləri də bu talançılıqdan payını alır. İddialara görə, Qubada udulan tenderlərin düz 20%-i hələ işə başlanılmamışdan öncə birbaşa Şahin İsrafilova çatmalıdır. Bu isə o deməkdir ki, rayonda görülən işlərin keyfiyyəti kökündən kəsilir, dövlət büdcəsi talan edilir.

Maraqlıdır ki, İcra Hakimiyyətinin memarı Murad Qədirov bu iyerarxiyada sadəcə bir “imza funksiyası” yerinə yetirir. Şahin İsrafilovun “yaşıl işıq” yandırmadığı, “haqqı” ödənilməyən heç bir memarlıq layihəsi Murad Qədirov tərəfindən təsdiq edilə bilməz. Baş memar öz peşə prinsiplərini və qanunun tələblərini deyil, şöbə müdirinin korrupsioner tapşırıqlarını icra etməklə məşğuldur.

Məlumatda qeyd edilir ki, Şahin İsrafilovun bu qədər rahat və cəzasız hərəkət etməsinin arxasında rayon rəhbərliyinin ona olan sonsuz etibarı dayanır. Lakin gələn xəbərlər göstərir ki, İsrafilov bu güvəndən sui-istifadə edərək təkcə xalqı yox, öz rəhbərliyini də aldatmağı bacarır. Özünə yaxın və güvəndiyi şəxslər vasitəsilə topladığı külli miqdarda qeyri-qanuni vəsaitləri gizlətməklə, o, əslində rəhbərlikdən də oğurluq edir, özünə gizli maliyyə imperiyası qurur. /Poliqon/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: TÜRKİYƏDƏ ÇALIŞAN AZƏRBAYCANLI ASİSTAN HƏKİMLƏRİN GƏLƏCƏYİ TƏHLÜKƏDƏDİR
Next: Pis nümunə dövləti zəiflədir…

OXŞAR MÖVZULAR

1783946592_screenshot-2026-07-13-164225
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır – Narazılıq

admin 13.07.2026
1783951732_budaqov_222
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bu fotolar reklamdır, yoxsa utancverici mənzərə? – Heç olmasa paylaşmayın – FOTO

admin 13.07.2026
prezident_aile_fotosu
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO

admin 13.07.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tranzit həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Ermənistana 7 vaqon...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,...
DAVAMI Read more about “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
“Real”ın yeni kapitanı müəyyənləşdi transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib. Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde...
DAVAMI Read more about “Real”ın yeni kapitanı müəyyənləşdi
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO 1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
Rüfət Axundov yenidən bahalı avtomobili ilə görüntülənib. Musavat.com xəbər verir ki, ifaçı “Lamborghini” markalı avtomobili ilə çəkilən görüntülərini...
DAVAMI Read more about Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO
ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib 26
  • DÜNYA

ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

admin 13.07.2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib. Komandanlığın...
DAVAMI Read more about ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

Bütün yazılar

ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.