Skip to content
14.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • TÜRKİYƏDƏ ÇALIŞAN AZƏRBAYCANLI ASİSTAN HƏKİMLƏRİN GƏLƏCƏYİ TƏHLÜKƏDƏDİR
  • CƏMİYYƏT

TÜRKİYƏDƏ ÇALIŞAN AZƏRBAYCANLI ASİSTAN HƏKİMLƏRİN GƏLƏCƏYİ TƏHLÜKƏDƏDİR

admin 13.07.2026
1783946733_1
Mən həkim deyiləm, ailəmdəki həkimlərin də bəhs edəcəyim problemləri yoxdur. Problem bizim gənc həkimlərimizin, səhiyyəmizin sabahı olan idealist, iş həyatının sonuna qədər 11+2 il təhsil almalarına rəğmən durmadan oxuyan, öyrənən gənc təbiblərimizindir.
Bu yazını əslində rəsmi qurumlarımıza – Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna ünvanlayıram. Onların hər birinin funksiyası fərqli olduğu üçün, bu məktubun vahid, lakin hər üç qurumun səlahiyyət və maraq dairəsinə xitab edən rəsmi-analitik formatda yazılmasına çalışdım.
Hörmətli nazir, hörmətli komitə sədri və hörmətli millət vəkilləri!
Bu yazıdakı məqsədim qardaş Türkiyə Respublikasında uzmanlıq (rezidentura) təhsili alan və gələcəkdə ölkəmizin tibb sahəsinə böyük töhfələr verməyə hazırlaşan minlərlə gənc azərbaycanlı “asistan həkimin” qarşılaşdığı ciddi hüquqi və sosial problemə diqqətinizi cəlb etmək, bu məsələnin dövlətlərarası dialoq müstəvisində həllinə dəstək verməyinizi xahiş etməkdir.
Bildiyim qədəri ilə bu qurumlar mövcud problemdən xəbərdardırlar və onlar lazımi dəstəyi göstərmək üçün addımlar da atıblar. Ancaq gəlinən nöqtədə aydın olur ki, problem çözüldə Ankarada çözüləcək. Bu səbəbdən də ümid edirəm ki, rəsmi orqanlarımız birləşib məsələni həll etmək üçün daha ciddi addımlar atacaq, rəsməni Ankaranı ədalətli qərar verməyə nail olacaqlar.
Hazırda Türkiyənin aparıcı tibb universitetlərində və dövlət xəstəxanalarında uzmanlıq təhsili alan əcnəbi həkimlərin böyük əksəriyyətini – təxminən 85-90 faizini Azərbaycan Respublikasının vətəndaşı olan gənclər təşkil edir. Bu gənclər ağır iş şəraitində, gərgin növbə qrafikləri ilə çalışaraq həm böyük təcrübə qazanır, həm də çalışdıqları səhiyyə müəssisələrində insan həyatının xilası naminə fədakarlıq nümayiş etdirirlər. Onların ən böyük hədəfi bu çətin və şərəfli təhsil yolunu uğurla tamamlayaraq Vətənə qayıtmaq və Azərbaycan səhiyyəsinin inkişafında yaxından iştirak etməkdir.
Lakin Türkiyə Böyük Millət Məclisinə (TBMM) 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi bu gənclərin gələcəyini və təhsillərini davam etdirmək imkanlarını ciddi təhlükə altına qoyur. Belə ki, qanun layihəsində nəzərdə tutulan yeni tənzimləmə əcnəbi asistan həkimlərin çalışdıqları xəstəxanaların dövriyyə kapitalından (döner sermaye) əlavə ödəniş almasının qarşısını almağı hədəfləyir.
Türkiyədəki mövcud iqtisadi şərait, yüksək kirayə və yaşayış xərcləri fonunda asistan həkimlərin aldığı baza təqaüdünün minimal yaşayış ehtiyaclarını belə qarşılamadığı hər kəsə məlumdur. Dövriyyə kapitalından edilən ödənişlər bu gənclər üçün əlavə gəlir deyil, onların ağır əməyinin qarşılığı və təhsillərini yarımçıq qoymamalarının yeganə maddi dayağıdır. Həmçinin, bu tənzimləmə Türkiyə Konstitusiya Məhkəməsinin 28.06.2022-ci il tarixli (2019/39033 nömrəli) bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı qəbul etdiyi rəsmi qərara da tamamilə ziddir.
Hörmətli dövlət rəsmiləri və millət vəkilləri!
Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər.
Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün sizdən bu məsələyə təcili reaksiya verməyinizi xahiş edirəm.
İnanıram ki, iki qardaş ölkə arasındakı yüksək səviyyəli strateji müttəfiqlik münasibətləri çərçivəsində reallaşdırılacaq rəsmi dialoq və məsləhətləşmələr vasitəsilə sözügedən qanun təklifinin 1-ci maddəsinin layihə mətnindən çıxarılmasına və ya azərbaycanlı həkimlərin hüquqlarının qorunacağı şəkildə yenidən tənzimlənməsinə nail olmaq mümkündür.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı asistan həkimlərin bu məsələ ilə bağlı geniş hüquqi və sosial əsasları ehtiva edən müraciət məktubunun mətnini rəsmi yazıma əlavə olaraq diqqətinizə təqdim edirəm.
Gənc həkimlərimizin səsinə səs verəcəyinizə və mövcud problemin həlli istiqamətində zəruri addımları atacağınıza dərin ümid və hörmətlə,
İbrahim Nəbioğlu
Aşağıda Türkiyədə çalışan azərbaycanlı asistan həkimlərin müraciət məktubunun mətnini paylaşıram. Bu məktubu onlarla gəncəcik övladlarımız imzalayıblar. Ancaq çalışdıqları xəstəxana və klinikalar tərəfində möhtəməl danlaq və ya təqibə məruz qalmasınlar deyə onların adlarını müraciətdən sildim…
Türkiyədə uzmanlıq təhsili alan əcnəbi asistan həkimlərin sosial vəziyyəti ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyə Böyük Millət Məclisinə 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi bu gənc həkimlərin gələcəyinə birbaşa təsir edə biləcək məzmuna malikdir.
Bu gün Türkiyənin müxtəlif səhiyyə qurumlarında çox sayda əcnəbi asistan həkim tibb və diş həkimliyi üzrə uzmanlıq təhsili alır. Onlar əməkhaqqı almadan, ağır növbələrdə çalışır, xəstə baxır, tibbi prosesin içində yer alır və çalışdıqları qurumların dövriyyə kapitalına real töhfə verirlər. Buna baxmayaraq, onların əsas gəlir mənbələrindən biri hazırda təxminən 17.900 TL (647 AZN) təşkil edən ödənişdir.
Türkiyə şəraitində kirayə, qida, nəqliyyat və gündəlik yaşayış xərcləri nəzərə alındıqda bu məbləğin yetərli olmadığı aydındır. Məhz buna görə dövriyyə kapitalından edilən əlavə ödənişlər bu gənclər üçün sadəcə “əlavə gəlir” deyil, təhsillərini davam etdirə bilmələrinin əsas dayaqlarından biridir. Çünki bu ödəniş onların gördüyü işin, klinik xidmətə verdiyi əməyin və quruma qazandırdığı real töhfənin qarşılığıdır. Bu məsələ daha əvvəl Türkiyə Konstitusiya Məhkəməsinin də gündəmində olub.
Türkiyə Konstitusiya Məhkəməsinin 2019/39033, 28.06.2022-ci il tarixli qərarında bildirilib ki, Türkiyə vətəndaşı olan uzmanlıq tələbələri ilə əcnəbi vətəndaş olan uzmanlıq tələbələri gördükləri iş baxımından oxşar vəziyyətdədirlər. Hər iki qrup eyni səhiyyə sistemində çalışır, eyni məsuliyyəti daşıyır və dövriyyə kapitalına töhfə verir. Buna görə də onların dövriyyə kapitalından əlavə ödəniş almaq hüququ baxımından fərqli rəftara məruz qalması ayrı-seçkilik kimi qiymətləndirilib. Lakin yeni qanun təklifində yer alan 1-ci maddə faktiki olaraq əcnəbi asistan həkimlərin dövriyyə kapitalından əlavə ödəniş almasının qarşısını ala bilər. Bu isə həm Konstitusiya Məhkəməsinin əvvəlki hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir, həm də illərdir böyük fədakarlıqla çalışan gənc həkimlərin sosial vəziyyətini daha da ağırlaşdırır. Bu tənzimləmənin qəbul olunması bir çox asistan həkimi ciddi maddi çətinliklə üz-üzə qoya bilər.
Yaşayış xərclərini qarşılamaqda çətinlik çəkən bu gənclər üçün belə bir qərar təhsilin keyfiyyətinə mənfi təsir göstərə, hətta bəzi hallarda uzmanlıq təhsilinin yarımçıq qalmasına səbəb ola bilər. Məsələnin Azərbaycan üçün xüsusi önəmi var.
Hazırda Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı gənclərin böyük bir hissəsi təhsili tamamladıqdan sonra vətənə qayıdaraq Azərbaycan səhiyyəsinə xidmət etməyi qarşısına məqsəd qoyub. Unutmaq olmaz ki, uzmanlıq təhsili yalnız dərs və imtahanlardan ibarət deyil. Bu, gecə növbələri, məsuliyyətli tibbi qərarlar, insan həyatı qarşısında daşıdığı böyük yük və davamlı peşəkar inkişaf deməkdir. Bu qədər ağır bir yolun içində gənc həkimlərin əməyinin qarşılığından məhrum edilməsi nə hüquqi, nə də vicdani baxımdan ədalətli görünür.
Bu səbəbdən 117 sıra nömrəli qanun təklifində yer alan 1-ci maddənin layihə mətnindən çıxarılması vacibdir. Çünki bu məsələ yalnız bir ödəniş məsələsi deyil; bu, fədakarlıqla çalışan, öyrənən və gələcəkdə həm Türkiyə, həm də Azərbaycan səhiyyəsinə töhfə verməyə hazırlaşan gənc həkimlərin əməyinə verilən dəyər məsələsidir.
İbrahim Nebioğlu
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
Next: Qubanın korrupsiya bazarı – Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?

OXŞAR MÖVZULAR

1783946592_screenshot-2026-07-13-164225
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır – Narazılıq

admin 13.07.2026
1783948859_screenshot-2026-07-13-170129
  • CƏMİYYƏT

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

admin 13.07.2026
1783951732_budaqov_222
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bu fotolar reklamdır, yoxsa utancverici mənzərə? – Heç olmasa paylaşmayın – FOTO

admin 13.07.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tranzit həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Ermənistana 7 vaqon...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,...
DAVAMI Read more about “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
“Real”ın yeni kapitanı müəyyənləşdi transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib. Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde...
DAVAMI Read more about “Real”ın yeni kapitanı müəyyənləşdi
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO 1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
Rüfət Axundov yenidən bahalı avtomobili ilə görüntülənib. Musavat.com xəbər verir ki, ifaçı “Lamborghini” markalı avtomobili ilə çəkilən görüntülərini...
DAVAMI Read more about Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO
ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib 26
  • DÜNYA

ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

admin 13.07.2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib. Komandanlığın...
DAVAMI Read more about ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

Bütün yazılar

ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.