Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?

admin 13.07.2026
1783927669_c0c9907c-c425-4be2-a851-00286b63b1a8

Dövlət büdcəsindən maliyyələşən layihələrdən söhbət getdiyi üçün belə təşkilatların fəaliyyəti barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdud olması əlavə suallar yaradır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqələri ilə bağlı son illər müxtəlif suallar səsləndirilir. Müsabiqələrin şəffaflığı, layihələrin qiymətləndirilməsi meyarları, qaliblərin seçilməsi prosesi və ayrılan dövlət vəsaitlərinin səmərəliliyi ilə bağlı müzakirələr zaman-zaman ictimaiyyətin diqqət mərkəzində olub. Agentlik isə hər dəfə bəyan edib ki, təqdim olunan layihələr çoxmərhələli ekspertiza prosesindən keçir, qiymətləndirmə müstəqil ekspertlər tərəfindən aparılır, təkrarçılığa və oxşar layihələrin maliyyələşdirilməsinə imkan verilmir.

Lakin “Yenixeberorg”a daxil olan yeni məlumatlar və apardığımız ilkin araşdırma bu bəyanatlarla bağlı yeni suallar ortaya çıxarır.

Eyni adlı layihələr – təsadüfdür, yoxsa sistem problemi?

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsində qalib elan olunan iki təşkilat mahiyyət etibarilə eyni layihə ilə maliyyələşdirilib.

Söhbət “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi və “Sənsiz” Xeyriyyə İctimai Birliyindən gedir. Hər iki təşkilat “Yüksək mənəvi dəyərlərin təbliği” adlı layihənin icraçısı kimi təqdim olunub. Rəsmi məlumatlara əsasən, layihələrdən biri üçün 8 min manat, digəri üçün isə 5 min 500 manat qrant ayrılıb.

İlk baxışdan eyni adda layihələrin olması təsadüfi görünə bilər. Lakin “Yenixeberorg”a təqdim olunan məlumatlarda bildirilir ki, oxşarlıq təkcə layihənin adı ilə məhdudlaşmır.

Görünən odur ki, layihələrin məqsədi, fəaliyyət istiqamətləri, icra mexanizmi, gözlənilən nəticələr və büdcə strukturu böyük ölçüdə üst-üstə düşür. Fərqlər əsasən layihənin keçiriləcəyi məkan, tarix və benefisiar qrupları ilə bağlı kiçik dəyişikliklərdən ibarətdir.

Təkrarçılığa yol verilmədiyi deyilirdi…

QHT-lərə Dövlət Dəstəyi Agentliyi indiyədək müxtəlif platformalarda bildirib ki, layihələr ekspertlər tərəfindən bir neçə mərhələdə qiymətləndirilir və oxşar məzmunlu layihələrin maliyyələşdirilməsinə yol verilmir.

Bu halda isə ortaya məntiqi suallar çıxır. Əgər layihələr həqiqətən də mahiyyət etibarilə eynidirsə, bu oxşarlıq ekspertlərin diqqətindən necə yayınıb?

Yox əgər layihələr arasında ciddi fərqlər mövcuddursa, həmin fərqlər nədən ibarətdir və bu fərqlər iki ayrı dövlət qrantının ayrılmasını necə əsaslandırır? Bu sualların cavablandırılması yalnız media üçün deyil, dövlət vəsaitlərinin xərclənməsinə nəzarət baxımından da vacibdir.

Digər diqqətçəkən məqam

Araşdırmamız zamanı diqqətimizi çəkən digər məsələ “Sənsiz” Xeyriyyə İctimai Birliyi ilə bağlı oldu.

Açıq informasiya mənbələrindən təşkilat haqqında demək olar ki, hər hansı məlumat əldə etmək mümkün olmadı. Təşkilatın əvvəlki layihələri, ictimai fəaliyyəti, sosial şəbəkə hesabları və ya media çıxışları barədə geniş məlumat yoxdur.

Təşkilatın rəhbəri kimi göstərilən Zemfira Rəhimova haqqında da açıq mənbələrdə ətraflı informasiya tapılmadı.

Bu, əlbəttə, özlüyündə hansısa qanun pozuntusunun sübutu deyil. Lakin dövlət büdcəsindən maliyyələşən layihələrdən söhbət getdiyi üçün belə təşkilatların fəaliyyəti barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdud olması əlavə suallar yaradır.

Dövlət vəsaiti – ictimai hesabatlılıq tələb edir!

QHT-lərə ayrılan qrantlar dövlət büdcəsi hesabına maliyyələşdirilir. Buna görə də müsabiqələrin keçirilməsi, layihələrin qiymətləndirilməsi və qaliblərin müəyyənləşdirilməsi prosesi maksimum şəffaf olmalı, yaranan bütün suallara əsaslandırılmış cavab verilməlidir.

Əgər eyni və ya böyük ölçüdə oxşar layihələr müxtəlif təşkilatlar tərəfindən təqdim olunaraq maliyyələşdirilibsə, bu, qiymətləndirmə mexanizminin effektivliyi ilə bağlı suallar doğurur.

Əksinə, əgər layihələr arasında ciddi fərqlər varsa, həmin fərqlərin ictimaiyyətə izah edilməsi də Agentliyin marağında olmalıdır. Şəffaflıq həm dövlət qurumunun nüfuzunu qoruyur, həm də qrant müsabiqələrinə inamı artırır.

Araşdırmalar davam edir!

Redaksiyamız bu məsələ ilə bağlı araşdırmalarını davam etdirir. Növbəti mərhələdə hər iki layihənin məzmununu daha detallı müqayisə etməyə, layihə sənədlərindəki oxşarlıqları təhlil etməyə və qrantların qiymətləndirilməsi prosesinə dair əlavə məlumatlar əldə etməyə çalışacağıq. Təbii ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində müvafiq sənədlər dəyişdirilməyəcəksə …

Sonda kiçik bir çağırış etmək istəyirik: Əgər QHT sektorunda çalışan şəxslərin qrant müsabiqələri, qiymətləndirmə prosesi və ya digər ictimai əhəmiyyət daşıyan məsələlərlə bağlı məlumatları varsa, onları redaksiyamızla bölüşə bilərlər. Təqdim olunan bütün məlumatlar jurnalist araşdırması prinsiplərinə uyğun şəkildə yoxlanılacaq və təsdiqləndiyi halda ictimaiyyətə çatdırılacaq.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident: Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk
Next: İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız” HhsebtVXrjiNZgw1oMeKDNVZcGpKXtHhecr1p6Zy_1200
  • SİYASƏT

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”

admin 13.07.2026
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ –...
DAVAMI Read more about İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant? 1783927669_c0c9907c-c425-4be2-a851-00286b63b1a8
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?

admin 13.07.2026
Dövlət büdcəsindən maliyyələşən layihələrdən söhbət getdiyi üçün belə təşkilatların fəaliyyəti barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdud olması...
DAVAMI Read more about QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?
Prezident: Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk 1783926978_screenshot-2026-07-13-111332
  • GÜNDƏM
  • SİYASƏT

Prezident: Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk

admin 13.07.2026
Azərbaycanın Fransanın dənizaşırı ərazilərdə baş verənlərə münasibətinin rəsmi Parislə ikitərəfli münasibətlərə heç bir aidiyyatı yoxdur. Bunu Prezident...
DAVAMI Read more about Prezident: Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb… – bu sistemə keçilməsə… 1783909314_1
  • İQTİSADİYYAT

Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb… – bu sistemə keçilməsə…

admin 13.07.2026
Son illər süni intellekt (AI) texnologiyaları qlobal maliyyə sektorunun inkişaf istiqamətini müəyyən edən əsas amillərdən birinə çevrilib....
DAVAMI Read more about Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb… – bu sistemə keçilməsə…
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul… 1783855005_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

admin 13.07.2026
Unibankın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz villasını satışa çıxarsa da bir ildən...
DAVAMI Read more about Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Bütün yazılar

HhsebtVXrjiNZgw1oMeKDNVZcGpKXtHhecr1p6Zy_1200
  • SİYASƏT

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”

admin 13.07.2026
1783927669_c0c9907c-c425-4be2-a851-00286b63b1a8
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?

admin 13.07.2026
1783926978_screenshot-2026-07-13-111332
  • GÜNDƏM
  • SİYASƏT

Prezident: Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk

admin 13.07.2026
1783909314_1
  • İQTİSADİYYAT

Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb… – bu sistemə keçilməsə…

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.