O, Facebook hesabında paylaşdığı müraciətdə adıçəkilən məmurun vətəndaşlara qarşı kobud və laqeyd münasibət göstərdiyini, çoxsaylı şikayətlərin nəticəsiz qaldığını iddia edib:
“ƏƏSMN -da bir zalım, sözün əsl mənasında “qaniçən” Ernest qızı Nərmin Bayramova adlı məmuru var ki, insanlara zülm edib intihara sövq etməkdən həzz alır sanki. Çəkinəcəyi yer yox, çünki kiməsə hesabat vermir zalım əməllərinə görə.
8 ildə onunla bağlı milyonlarla şikayət olub, amma baxılmır”.
Şikayətçinin sözlərinə görə, onun və digər vətəndaşların ünvanladıqları müraciətlərə baxılmır, bu səbəbdən də məsul şəxsin özünü cəzasız hiss etdiyi təəssüratı yaranır. Samir Xanəliyev aidiyyəti dövlət qurumlarının məsələni araşdırmasını, vətəndaş müraciətlərinə obyektiv baxılmasını xahiş edib.
O, həmçinin Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. /Tribuna/
Qeyd:
Ernest qızı Nərmin Bayramova ilə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində demək olar ki, bütün məsələlərin həlli ondan asılıdır. Uzun illər bu sistemdə çalışan, böyük əmək sərf edən şəxslərə sözün əsl mənasında təzyiq göstəridiyi deyilir.
Ernest qızı Nərmin Bayramovanın kadrlar məsələsində xüsusilə qərəz nümayiş etdiyi ilə də bağlı çoxsaylı məlumatlar mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən günahsız və səbəbsiz qovulan yüzlərlə təcrübəli işçilər Nərmin Ernest qızının qərarı ilə qovulub.

Soztv.az
