Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AHİK, “Kurort” QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

AHİK, “Kurort” QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?

admin 01.07.2026
1782913105_1
Azərbaycanda yay mövsümü başlayanda minlərlə müəllim, həkim və digər büdcə təşkilatlarında çalışan işçilərin eyni problemi yenidən gündəmə gəlib: illərlə həmkarlar ittifaqına üzvlük haqqı ödəyən insanlar sanatoriya və istirahət mərkəzlərinə göndəriş ala bilmirlər.

Bizimesr.com bildirir ki, illərdir eyni mənzərə təkrarlanır. Elektron sistem yaradılır, islahatlar vəd edilir, şəffaflıqdan danışılır. Amma nəticə dəyişmir. Elektron müraciətlər edilir, cavab isə çox vaxt bir söz olur: “Rədd edildi.”

Bu zaman illərdir cavabsız qalan suallar bir daha gündəmə gəlir…

Sahib Məmmədov bu suallara cavab verə bilmir? » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə üçün mövcuddur?
Bir əsrə yaxın fəaliyyət, amma nəticə haradadır?

Sahil Babayev maliyyə naziri təyin edilib

AHİK Azərbaycanda ən qədim ictimai qurumlardan biridir. Onilliklər ərzində milyonlarla işçidən üzvlük haqları toplanıb. Bu vəsaitlərin əsas məqsədi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması, sağlamlığının bərpası və əmək şəraitinin yaxşılaşdırılması olmalıdır.

Lakin bu gün sadə müəllim, tibb işçisi və ya digər əməkçi üçün vəziyyət necədir?

AHİK-də nə dəyişib – sədr, yoxsa idarəetmə? Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi? | No Comment

Yay mövsümü gələn kimi insanlar AHİK-in tabeliyində fəaliyyət göstərən Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə müraciətlər edirlər. Onlarla müraciət edən şəxslər bildirirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq sistem onların müraciətlərini rədd edir.

Bu sistem doğrudanmı şəffaf işləyir?
Rədd edilən müraciətlərin səbəbi nədir?
Kimlər göndəriş alır, kimlər ala bilmir?

Bu sualların heç birinə cəmiyyətə açıq və ətraflı cavab verilmir.

Elektron sistem quruldu, amma problemlər niyə bitmədi?

AHİK rəhbərliyində dəyişiklikdən sonra cəmiyyətə yeni idarəetmə, yeni yanaşma və elektronlaşma vəd edildi. Böyük vəsait hesabına elektron rezervasiya sistemi yaradıldı.

Məqsəd şəffaflığın artırılması idi. Ancaq nəticə nə oldu? Bu gün minlərlə müəllim sosial şəbəkələrdə və mediada eyni şikayətləri yazır – müraciətlər qəbul edilmir; sistem rədd cavabı verir; səbəb izah olunmur; prosesin necə aparıldığı məlum deyil. Elektron sistem yalnız kompüter proqramı deyil. Əgər nəticə dəyişmirsə, elektronlaşdırmanın özü heç nəyi dəyişmir.

Dünyada həmkarlar ittifaqları necə işləyir? Sadəcə baxın öyrənin…

İnkişaf etmiş ölkələrdə həmkarlar ittifaqları tamam başqa missiya daşıyır.
Məsələn, işçini qanunsuz işdən çıxaranda məhkəməyə qədər onun hüquqlarını müdafiə edirlər; kollektiv müqavilələr bağlayırlar; maaşların artırılması uğrunda hökumətlə və işəgötürənlərlə danışıqlar aparırlar; təhlükəli əmək şəraitinə etiraz edirlər; lazım gəldikdə etiraz aksiyaları və tətillər təşkil edirlər; hüquqi yardım göstərirlər; üzvlərinin sosial rifahını yaxşılaşdırmaq üçün real proqramlar həyata keçirirlər.

Bir çox Avropa ölkəsində işəgötürən həmkarlar ittifaqının mövqeyini nəzərə almadan ciddi qərar qəbul etməkdə çətinlik çəkir. Çünki həmin qurumlar doğrudan da işçilərin nümayəndəsidir.

Azərbaycanda isə…

Azərbaycanda minlərlə müəllim qanunsuz işdən çıxarıldığını iddia edir. Minlərlə insan əmək hüquqlarının pozulduğunu bildirir. Əməkhaqqı problemləri, ixtisarlar, qeyri-şəffaf qərarlar illərdir müzakirə olunur.

Bəs bu proseslərdə AHİK harada görünür?
Neçə dəfə müəllimlərin hüquqlarının müdafiəsi üçün ictimai mövqe ortaya qoyulub?
Neçə dəfə əməkhaqlarının artırılması ilə bağlı prinsipial təşəbbüs irəli sürülüb?
Neçə dəfə işdən çıxarılan müəllimlərin müdafiəsi üçün məhkəmələrdə hüquqi yardım göstərilib?

Cəmiyyət bu sualların cavabını görmür.

Araz Paşayev yüksək vəzifəyə seçildi | Valyuta.az

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nə iş görür?
Ən çox üzvü olan təşkilatlardan biri məhz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıdır. Sdərdi də Araz Paşayevdir
Minlərlə müəllim hər ay üzvlük haqqı ödəyir. Ancaq həmin müəllimlərin böyük hissəsi öz təşkilatının hansı konkret problemlərini həll etdiyini göstərə bilmir. Bu gün sanatoriya göndərişləri ilə bağlı narazılıqlar geniş yayılır. Lakin təşkilat rəhbərliyindən problemin köklü həlli istiqamətində ciddi və ictimaiyyətə açıq fəaliyyət müşahidə olunmur. Əvəzində sosial şəbəkələrdə və mediada səslənən tənqidlərə qarşı təşkilatın fəaliyyətinin təriflənməsi diqqət çəkir.

Halbuki həmkarlar ittifaqının əsas vəzifəsi imic formalaşdırmaq deyil. Əsas vəzifə üzvlərinin hüquqlarını qorumaqdır.

Üzvlük haqqı hara xərclənir?

İllərlə müəllimlərin maaşından üzvlük haqları tutulur.
Bu vəsaitlər necə xərclənir? Neçə müəllim sanatoriyaya göndərilir?
Neçə nəfər hüquqi yardım alır?
Neçə işçi işinə bərpa olunur?
Neçə nəfərin əməkhaqqının artırılmasına nail olunur?
Bu statistika tam şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir.

Artıq cavab vermək vaxtıdır

AHİK və onun tabeliyində fəaliyyət göstərən qurumlar cəmiyyət qarşısında bu suallara cavab verməlidir:
Sanatoriya göndərişləri hansı meyarlarla bölüşdürülür?
Niyə minlərlə müraciət rədd edilir?
Elektron sistemin audit nəticələri varmı?
Üzvlük haqları necə xərclənir?
Müəllimlərin hüquqlarının müdafiəsi istiqamətində son illərdə hansı real nəticələr əldə olunub?

Həmkarlar ittifaqları yalnız üzvlük haqqı toplayan, bayram tədbirləri keçirən və hesabatlar hazırlayan quruma çevrilməməlidir. Onlar ilk növbədə işçinin səsi, hüququnun müdafiəçisi və sosial dayağı olmalıdır.

Əgər müəllim illərlə ödədiyi üzvlük haqqının müqabilində nə sanatoriya göndərişi ala bilir, nə hüquqi müdafiə görür, nə də əmək hüquqlarının qorunduğunu hiss edirsə, onda cəmiyyətin verdiyi ən sərt sual tamamilə haqlıdır: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün həqiqətən kimə xidmət edir və onun fəaliyyəti sadə əməkçiyə hansı real faydanı verir?

Zəruri qeyd!

AHİK – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Sahib Məmmədovdur. İddia olunur ki, AHİK qurum olaraq o zamankı Əmək və əhalinin sosial müdafisəi naziri, indi isə Maliyyə naziri Sahil Babayevin kurasiyasəına keçib. AHİK tabeliyində Sanatoriya-Kurort Elektron Rezervasiya Sisteminin yaradılmasına böyük pullar xərclənib, amma nəticəsi göz qarşısındadır. AHİK-in tabeliyində “Kurort” QSC fəaliyyət göstərir. Rəhbəri də Mingəçevirdə otellərdə çalışmış baş direktor Çingiz Hacıyevdir. İddia olunur ki, bu adamın işi gücü qurumda haqqını istəyən, müəyyən tələblər edən işçiləri işdən qovmaqdır. Kimsəyə məhəl qoymadan Sahib Məmmədovla birləşib bu sahəni sözün əsl mənasında reanimasiyada saxlamaqdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Təşkilat Sədri Araz Paşayevdir. Təhsil işçilərinin məhz bu problemlə bağlı məsələsini nə içtimailəşdirə, nə də kökündən həll edə bilir. Sadəcə görüntü yaratmaqla məşğuldular.

Göründüyü kimi AHİK sədri Sahib Məmmədov, “Kurort” QS-nin rəhbəri Çingiz Hacıyev, Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev və diğırləri birləşib AHİK-i Səttar Möhbalıyev kimi idarə edirlər… Nə qədər davam edəcək, bax bu sual hələ də açıəq qalır.

Ədil Hüseynov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
Next: ƏƏSMN şöbə müdiri Nərmin Ernest qızı insanlardan nə istəyir? – Prezidentə müraciət…

OXŞAR MÖVZULAR

1782905081_rehim-bayramli (1)
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

admin 01.07.2026
1782910200_anar90
  • CƏMİYYƏT

Anar Əliyevin “qənaəti“ – Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır

admin 01.07.2026
1782912970_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ƏƏSMN şöbə müdiri Nərmin Ernest qızı insanlardan nə istəyir? – Prezidentə müraciət…

admin 01.07.2026

XƏBƏR LENTİ

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”yə qarşı hər iki oyunun hakim təyinatları açıqlanıb....
DAVAMI Read more about UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən “Qurtuluş”...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir 1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər...
DAVAMI Read more about Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR 1782903463_1782897333_zakir1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 01.07.2026
Zakir Nuriyev, onun ailə üzvü və “Rabitəbank”ın digər səhmdarlarının ötən il üzrə gəlirləri məlum olub. Plat.az-ın əldə...
DAVAMI Read more about Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq 1782905081_rehim-bayramli (1)
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

admin 01.07.2026
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universiteti (AzTU) “Sabah City” MMC (VÖEN –...
DAVAMI Read more about Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

Bütün yazılar

trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
1782903463_1782897333_zakir1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 01.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.