Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Emil Murquzov ittiham nitqi ilə çıxış edib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxslər – Ceyhun Salmanov və Elşad Məhərrəmov 4 il, Natiq Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilb.

Məhkəmənin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov isə 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Next: UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

OXŞAR MÖVZULAR

l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
e4d604f97b4ce987c281446c6deef89d
  • ARAŞDIRMA

Nazilə Səfərli izləyicisini polisə verdi: “Sizin üçün Arzum deyiləm” – FOTO

admin 30.06.2026
2026-06-29-14-35-36AJmB70fPwA27RhLfErSJ_file
  • ARAŞDIRMA

“Demokratiya TV”nin rəhbəri həbs edildi

admin 30.06.2026

XƏBƏR LENTİ

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”yə qarşı hər iki oyunun hakim təyinatları açıqlanıb....
DAVAMI Read more about UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən “Qurtuluş”...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir 1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər...
DAVAMI Read more about Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR 1782903463_1782897333_zakir1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 01.07.2026
Zakir Nuriyev, onun ailə üzvü və “Rabitəbank”ın digər səhmdarlarının ötən il üzrə gəlirləri məlum olub. Plat.az-ın əldə...
DAVAMI Read more about Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq 1782905081_rehim-bayramli (1)
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

admin 01.07.2026
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universiteti (AzTU) “Sabah City” MMC (VÖEN –...
DAVAMI Read more about Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

Bütün yazılar

trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
1782903463_1782897333_zakir1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 01.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.