Skip to content
29.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
  • ARAŞDIRMA

SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə

admin 30.06.2026
2e892db587c70ff961115126c0b2251f

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Saleh Səmədov sərbəst ifadə verib. O, məhkəmədə irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə baxışı zamanı Saleh Səmədovun ifadəsinin cinayət işinin digər epizodları ilə müqayisəli şəkildə araşdırılması qərara alınıb.

Keçmiş rayon Ağsaqqallar Şurası sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

İş üzrə əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. İttihama əsasən, Saleh Səmədov tutduğu vəzifədən istifadə etməklə ümumilikdə 200 min manat məbləğində vəsaiti mənimsəyib.

Təqsirləndirilən şəxs mənimsəmə ittihamı üzrə özünü qismən təqsirli bildiyini, lakin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi – vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını qəbul etmədiyini bildirib. Məhkəmədə məlum olub ki, dəymiş ziyanın 44 min manatı artıq ödənilib.

Saleh Səmədovun adı ilk dəfə 2025-ci ilin may ayında İmişlinin Sarıxanlı kəndində keçirilən 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdən sonra ölkə gündəminə gəlmişdi.

Həmin tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi və Saleh Səmədovun sinəsində Rusiyanın imperiya simvollarından hesab olunan “Georgi lenti” ilə çıxış etməsi geniş ictimai müzakirələrə səbəb olmuşdu. Tədbirdə, həmçinin sovet dövrünün məşhur “Den Pobedı” (“Qələbə Günü”) mahnısı səsləndirilmişdi. Hadisədən sonra mediaya açıqlama verən Saleh Səmədov SSRİ bayrağının nümayişində qanunsuz heç nə görmədiyini bildirmişdi.

“SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır. Bu bizim tariximizdir. Biz o bayrağın altında böyümüşük. “Georgi lenti” də həmin müharibənin rəmzidir. Azərbaycan bayrağından uca bayraq yoxdur”, – deyə o, həmin vaxt bildirmişdi.

Bu açıqlamalar cəmiyyətdə ciddi rezonans doğurduqdan sonra Saleh Səmədovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlanılıb. Sonradan onun barəsində cinayət işi başlanıb, istintaq aparılıb və DTX tərəfindən həbs edilib.
Araşdırmalar dövründə onun fəaliyyətində maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən istifadə ilə bağlı müxtəlif epizodların istintaq predmetinə çevrildiyi açıqlanıb. Bundan başqa, Saleh Səmədovun övladları da tutduqları dövlət vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Saleh Səmədov 2025-ci il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 1-nə təyin olunub.

Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…
Next: Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır

OXŞAR MÖVZULAR

5db959b495349ba9444b48c145a0bbb1
  • ARAŞDIRMA

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

admin 28.08.2026
1000989697-1787845643177686925
  • ARAŞDIRMA

Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü

admin 28.08.2026
1787812868_1
  • ARAŞDIRMA

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

admin 27.08.2026

XƏBƏR LENTİ

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək? 1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər....
DAVAMI Read more about Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO 1787910926_4fd3a840-2882-4918-86d3-640f43fe6469
  • CƏMİYYƏT
  • ÖLKƏ

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

admin 28.08.2026
Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda...
DAVAMI Read more about Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

Bütün yazılar

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.