Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…

admin 30.06.2026
1782803510_1

“«Nefqazintikinti» trestinin müdiri Qağaməli Seyfullayev nəinki trestdə «ailə podratı» yaradıb, eləcə də yeznələrini, kürəkənlərini, bu da bəs etməyib, kürəkəninin qohumlarını da burada işlə təmin edib, qısa vaxtda yerlərini rahat sahələrə dəyişdirib, dərəcələrini artırıb… Lakin uzun illərdir burada çalışan və dərəcəsini, iş yerini, ixtisasını dəyişdirmək istəyənlər qapı arxasında saxlanılır!”
Bu barədə “DİA-AZ”a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Budur, Qağaməli Seyfullayevin bacısın həyat yoldaşı Nazim Sadatovu «Qaz İxrac İdarəsi»ndən gətirərək qısa zaman içində trestin İnsan Resursları şöbəsinin rəisi Aqşin Hüseynzadənin saxta sənədləşməsi və gözə kül üfürmə taktikası ilə tez bir zamanda vəzifəyə yüksəldib. SOCAR rəhbərliyi Aqşin Hüseyzadənin müavini Şahin Qürbətovun da fəaliyyətini araşdırsın. SOCAR-da və kənar qurumlarda da Şahin Qürbətovu iş düzəldən, işə götürən… bir sözlə, «bal tutub barmaq yalayan» kimi tanıyırlar, bununla bağlı nə qədər desəniz faktlar var…
***
Beləliklə, “Neftqaztikinti” Trestinin rəisi Qağaməli Seyfullayevin dəstəklədiyi fəaliyyətə diqqət edək: məsələn, bir müddət əvvəl yerli KİV-də ictimailəşdirilmiş 20.02.2025-ci ilə aid olan bir sənəd «Namizədlərin sahə üzrə qiymətləndirilməsi» adlanır. Bu xüsusi blankdır və siyahı üzrə təqdim olunmuş şəxslərin sənədləri imtahan komissiyasına verilir, sonra hər bir işə girmək istəyən şəxs suallara cavab verməlidir. Şəxsən çoxsaylı işçilər var ki, illərdir həyatını həsr etdiyimiz sahə üzrə bütün biliklərə və təcrübəyə malik olsa da, sualların qoyuluşunda çaşdırıcılığı bir kənara atsalar belə, cavablardakı adi bir hal hər şeyi alt-üst edir. Sitat: «Axı, bizim sahə həm də praktika ilə bağlıdır, bu da bizdə var. Bununla belə, daim bu imtahanlara ciddi də hazırlaşmışıq. Amma, atalar demiş, sən saydığını say, gör, trestin İnsan Resursları şöbəsinin rəisi olan Aqşin Hüseynzadə nə sayır. Belə ki, imtahan sənədi rəhbərliyin göstərişi ilə əvvəlcədən işə götürülməli şəxsə verilir, o da bir neçə həmin suala evində hazırlaşır və imtahanda bülbül kimi ötür, komissiya üzvləri isə vərəqə yazır ki, «Suala dolğun cavab verdi» və s. Blankın yuxarı hissəsinə baxsanız, orada vakansiya belədir: «Mühəndis (Komplektləşdirmə üzrə)». Namizədin adının qarşısı isə boşdur. Axı belə olmalı deyil, imtahan götürən komissiya bunu necə qəbul edir? Məqsəd budur ki, burada suallara cavab qələmlə işarələnməlidir (test qaydasında), cavablar təhvil veriləndə isə Aqşin Hüseynzadə Qağaməli Seyfullayevin göstərişi ilə işə kimi götürəcəksə, onun ad və soyadını yazıb «Urraaa» deyir. Belələrinin siyahısını sizə təqdim edirik: Məsələn, Bəkizadə Murad Nəriman oğlu «Veysəloğlu» Şirkətlər Qrupunda ticari işlərlə məşğul olub. Trestinin müdiri Qağaməli Seyfullayevin növbəti əmrində yazılır: «Bəkizadə Murad Nəriman oğlu 18 aprel 2022-ci ildən 13-cü dərəcə ilə Trestin İnsan Resursları şöbəsinə kadrlar üzrə mütəxəssis götürülsün». Müdirin 02 avqust 2023-cü il tarixli əmri ilə isə o, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilir. Göründüyü kimi, az müddət sonra Bəkizadə ən yüksək ixtisas dərəcəsi və maaşla yeni yüksək vəzifəyə təyin edilir. Bəs görəsən, trestdə uzun illərdir çalışan digər işçilər niyə yada düşmür ki, «Veysəloğlu» kimi ticarət şəbəkəsində işləmiş bir şəxs neft qurğularının təmiri ilə məşğul olan bir trestdə tezliklə irəli çəkilir? Məlumat üçün bildirək ki, Qağaməli Seyfullfayevin müvafiq əmrləri ilə eyni qayda və üsulla yenə də «Veysəloğlu» Şirkətində çalışmış Aygün Qəniyeva, Məhəmməd Babayev də trestdə yüksək vəzifələrə işə götürülüblər, hazırda isə SOCAR-da İnsan Resursları Departamentində yüksək vəzifə tuturlar… Samir Aslan oğlu Qürbətov ilə 15 iyul 2024-cü il tarixdə 6361 saylı müqavilə ilə trestin 6 saylı Tikinti-Quraşdırma Bölməsinin 2 saylı Tikinti-Quraşdırma Sahəsinə 5 dərəcə ilə müvəqqəti statusla rəngsaz vəzifəsinə işə götürülür… Diqqət edin, 9 dekabr 2024-cü ildə isə, yəni cəmi 5 aydan sonra onu trestin İxtisaslaşdırılmış Təmir-Tikinti bölümünün 3 saylı Tikinti-Quraşdırma sahəsinə izoləedici-plyonkaçı vəzifəsinə daimi işə götürürlər. Bəs Samir Qürbətov kimdir ki, uzun illərdir müvəqqəti işləyənlər dura-dura, onu 5 ayın içində daimi işə qəbul edirlər? Məlum olur ki, o, Trestin İnsan Resursları Şöbəsinin rəis müavini Şahin Qürbətovun qardaşıdır. Maraqldır ki, Samir Qürbətov əmrə görə 1 il müddətinə müvəqqəti işə götürülür, bir il tamam olan kimi isə daimi işə qəbul olunub… Halbuki 2019-cu ildən trestdə işə götürülüb çalışan təcrübəli işçilər var ki, onlar hələ də müvəqqəti işə götürülüblər, gözləri yol çəkir. Onlarla hər il yenidən müqavilə bağlanır…”.
DAVAMI VAR…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazirliyin “Yararsızdır” sənədi, DSMF-nin süründürməçiliyi: “Nə pensiya verirlər, nə kompensasiya!”-VİDEO
Next: Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…

OXŞAR MÖVZULAR

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026

XƏBƏR LENTİ

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək? 1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər....
DAVAMI Read more about Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO 1787910926_4fd3a840-2882-4918-86d3-640f43fe6469
  • CƏMİYYƏT
  • ÖLKƏ

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

admin 28.08.2026
Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda...
DAVAMI Read more about Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

Bütün yazılar

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.