Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nazirliyin “Yararsızdır” sənədi, DSMF-nin süründürməçiliyi: “Nə pensiya verirlər, nə kompensasiya!”-VİDEO
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Nazirliyin “Yararsızdır” sənədi, DSMF-nin süründürməçiliyi: “Nə pensiya verirlər, nə kompensasiya!”-VİDEO

admin 30.06.2026
1782758321_1
Laçın rayon sakini Kərimov Murad, oğlu Kərimli Vüsalın hərbi xidmət dövründə sağlamlığını itirməsi, ardınca isə ailənin üzləşdiyi ciddi sosial və hüquqi problemlərlə bağlı 1xeber.media-ya müraciət edib.

Ata bildirir ki, oğlu ordudan tərxis olunduqdan sonra dövlət tərəfindən tamamilə taleyin ümidinə buraxılıb.

Xidmətə sağlam gedən əsgər 3 ay sonra hospitala yerləşdirilibAtanın sözlərinə görə, Kərimli Vüsal hərbi xidmətə tam sağlam və fiziki cəhətdən qüsursuz vəziyyətdə yola salınıb. O, xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində yerinə yetirməyə başlayıb. Lakin xidmətinin cəmi 2-3-cü aylarında gənc əsgərin psixoloji vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Vəziyyəti ağırlaşan V.Kərimli təcili şəkildə Bakıya gətirilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.Burada düz 90 gün (3 ay) stasionar müalicə və müayinədə saxlanılan əsgərə həkim komissiyası tərəfindən “psixi xəstəlik” diaqnozu qoyulub. Komissiyanın qərarı ilə o, hərbi xidmətə qeyri-yararlı hesab edilərək vaxtından əvvəl ordudan tərxis olunub.

“Nə işə düzələ bilir, nə də əlillik dərəcəsi ala bilirik”Murad Kərimov bildirir ki, oğlunun hərbi sənədlərində bu diaqnozun yazılması onun gələcək həyatını tamamilə kilidləyib. Gənc oğlan hazırda cəmiyyətdən təcrid olunmuş vəziyyətdədir:”Oğlumu bu diaqnoza görə heç bir yerdə işə götürmürlər, hara müraciət ediriksə, qapıdan qaytarırlar. Ən acınacaqlısı isə odur ki, övladımın xəstəliyi hərbi xidmət dövründə qazanılmasına baxmayaraq, aylardır aidiyyəti qurumlara (DSMF və Tibbi-Sosial Ekspert Komissiyasına) müraciət etsək də, pensiyasını düzəldə bilmirik. Prosesi süründürməçiliyə salıblar, uşaq ortalıqda qalıb”.

Ata övladının bu vəziyyətə məhz ordu sıralarında düşdüyünü qeyd edərək aidiyyəti dövlət instansiyalarından təcili reaksiya tələb edir:

Murad Kərimovun sözlərinə görə,oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirdiyi üçün qanunvericiliyə uyğun olaraq ona dövlət tərəfindən birdəfəlik maddi təzminat ödənilməlidir

Müdafiə Nazirliyinin rəsmi xəstəlik kağızı və hospital sənədləri əsas götürülərək, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ona təcili əlillik dərəcəsi verilsin və aylıq pensiya təyin olunsun.- deyə ata tələb irəli sürür.

Dövlət xətti ilə gəncin davamlı psixoloji reabilitasiyası təşkil edilməsi və gələcəkdə onun səhhətinə uyğun yüngül işlə təmin olunmasına köməklik göstərilməsi də istəklər arasındadır.

Ailə Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bu çarəsiz duruma biganə qalmamağa və gənc əsgərin tapdalanmış hüquqlarının bərpasına çağırır.

Qarşı tərəf kimi adıçəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib – Foto
Next: Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…

OXŞAR MÖVZULAR

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026

XƏBƏR LENTİ

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək? 1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər....
DAVAMI Read more about Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO 1787910926_4fd3a840-2882-4918-86d3-640f43fe6469
  • CƏMİYYƏT
  • ÖLKƏ

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

admin 28.08.2026
Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda...
DAVAMI Read more about Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

Bütün yazılar

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.