Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
  • ARAŞDIRMA

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

admin 26.06.2026
nizami_alisan_0_1739198062-full

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun barəsində olan hökmdən verilən şikayətə baxılıb.

Teleqraf-ın xəbərinə görə, Nizami Alışanın vəkilləri tərəfindən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Alişan 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BDU tələbələri PULLARINI TƏLƏB EDİR…
Next: Lənkəranda 26 kiloqram narkotik aşkarlandı – VİDEO

OXŞAR MÖVZULAR

0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
b8488e252349a38524ca178156c5cf6a
  • ARAŞDIRMA

Dələduzluqda və oğurluqda təqsirləndirilən iki azərbaycanlı xaricdən ölkəyə gətirilir – TƏFƏRRÜAT

admin 25.08.2026
bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026

XƏBƏR LENTİ

Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir” 1787734755_1
  • CƏMİYYƏT

Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir”

admin 26.08.2026
“Təsəvvür edin ki, bu gün Azərbaycanda 40-50 min manata təhsil haqqı alan özəl orta məktəb var. Dəfələrlə...
DAVAMI Read more about Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir”
Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu zakir
  • HADİSƏ

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

admin 26.08.2026
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb....
DAVAMI Read more about Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu
Gəncədə qazi vəfat etdi – Foto qazi
  • CƏMİYYƏT

Gəncədə qazi vəfat etdi – Foto

admin 26.08.2026
Gəncə şəhərində Vətən müharibəsi qazisi Elçin Əhmədov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 36 yaşlı E.Əhmədov səhhətində...
DAVAMI Read more about Gəncədə qazi vəfat etdi – Foto
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi 1787750678_vvv (1)
  • CƏMİYYƏT

“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi

admin 26.08.2026
Tanınmış aktrisa Rumiyyə Ağayeva “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir. O, paylaşdığı videoda mağazadan aldığı robot tozsoranın qısa...
DAVAMI Read more about “Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalır 1787753435_mirfeyyazzzz
  • CƏMİYYƏT

Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalır

admin 26.08.2026
Azərbaycanda tanınmış MSDIS HOLDING”in böyük məbləğdə vergi borcu üzə çıxıb.  Bizimesr.media bildirir ki, “MSDIS HOLDING” MMC-nin (VÖEN...
DAVAMI Read more about Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalır

Bütün yazılar

1787734755_1
  • CƏMİYYƏT

Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir”

admin 26.08.2026
zakir
  • HADİSƏ

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

admin 26.08.2026
qazi
  • CƏMİYYƏT

Gəncədə qazi vəfat etdi – Foto

admin 26.08.2026
1787750678_vvv (1)
  • CƏMİYYƏT

“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.