Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BDU tələbələri PULLARINI TƏLƏB EDİR…
  • CƏMİYYƏT

BDU tələbələri PULLARINI TƏLƏB EDİR…

admin 26.06.2026
1782411196_1
Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunlarına qarşı dələduzluq edildiyi iddia olunur.
Yeniavaz.com-a müraciət edən tələbələrin sözlərinə görə, məzun gecəsinin təşkili ilə bağlı “Eclipse” adlı təşkilatla razılıq əldə olunsa da, tədbirə cəmi bir neçə saat qalmış gecənin baş tutmayacağı bildirilib.
“24 iyun 2026-cı il tarixində Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün təşkil olunmalı olan məzun gecəsi son anda ləğv edildi. Tədbirə cəmi bir neçə saat qalmış tələbələrə gecənin baş tutmayacağı bildirildi”, – deyə tələbələr qeyd ediblər.
Onların sözlərinə görə, daha sonra təşkilat tərəfindən ödənişlərin gün ərzində geri qaytarılacağı vəd edilsə də, bu baş verməyib:
“Təşkilat tərəfindən günün sonunadək ödənişlərin geri qaytarılacağı bildirildi. Lakin həmin vaxtdan etibarən nə mesajlarımıza, nə də telefon zənglərimizə cavab verilir. Artıq iki gündür təşkilatla əlaqə saxlamaq mümkün deyil”.
Qeyd edək ki, tədbir üçün təxminən 250 tələbənin hər birindən 185 manat olmaqla, ümumilikdə 46 min 250 manat vəsait toplanıb.
Onu da bildirək ki, sözügedən təşkilat bir neçə gün əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün də məzun gecəsi təşkil edib. Həmin tədbirdən sonra bəzi tələbələr vəd edilən xidmətlərin bir qisminin təqdim olunmadığını bildiriblər.
“Bizdən alınan 215 manata göstərilən xidmətlər əsla dəymədi. 215 manat müqabilində vəd edilən xidmətlərin heç biri təqdim olunmadı. Fotozona qurulmadı, yeməklər zəif idi, tort təqdim olunacağı bildirilsə də, gətirilmədi. Dron çəkilişi üçün ayrıca ödəniş alınsa da, bu xidmət də göstərilmədi. Vəd olunub yerinə yetirilməyən xidmətlərə görə ödənilən məbləğin qaytarılmasını tələb edirik”, – deyə tələbələr sosial şəbəkələrdə paylaşım ediblər.
Məlumat üçün bildirək ki, hər iki universitetin tələbələri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Hazırda fakt üzrə araşdırma aparılır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azercell” səbəbsiz müştərilərin dəqiqələrini niyə silir?
Next: Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

OXŞAR MÖVZULAR

1787743109_mwzt3qam1ipqnk0jjlhx-v
  • CƏMİYYƏT

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

admin 26.08.2026
1787745281_463113916_872957681644104_5923025507455108605_n
  • CƏMİYYƏT

AĞKÖYNƏKDƏ QARA İŞLƏR… – İTTİHAM VAR…

admin 26.08.2026
1787734755_1
  • CƏMİYYƏT

Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir”

admin 26.08.2026

XƏBƏR LENTİ

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
“Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətində yerləşdirilmiş NATO-ya məxsus casus avadanlıqlarına zərbələr endirib”.   O bildirib ki,...
DAVAMI Read more about Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub
Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
Rusiyada yaşayan Azərbaycan vətəndaşı Tural Əliyev həyatına təhlükə ilə üzləşib. Minval Politika yazır ki, o, hərbi xidmətdən...
DAVAMI Read more about Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA
Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU O0pyGbUBk0IokNDTcMGO3rM8IUDYBjHournpoSTa_1200
  • HADİSƏ

Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

admin 26.08.2026
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı...
DAVAMI Read more about Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir 1787753071_7xg5izls556xg-v
  • DÜNYA

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

admin 26.08.2026
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Rusiyaya səfər qismən rutin xarakter daşıyır. Bu barədə...
DAVAMI Read more about Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub 1787743109_mwzt3qam1ipqnk0jjlhx-v
  • CƏMİYYƏT

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

admin 26.08.2026
Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər...
DAVAMI Read more about Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bütün yazılar

owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
O0pyGbUBk0IokNDTcMGO3rM8IUDYBjHournpoSTa_1200
  • HADİSƏ

Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

admin 26.08.2026
1787753071_7xg5izls556xg-v
  • DÜNYA

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.