Skip to content
29.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dövlət reyestri, FHN Anar Mahmudovun əleyhinə çıxdı, xeyri olmadı – Eldar Mahmudovun oğlunu qalib elan etdilər
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət reyestri, FHN Anar Mahmudovun əleyhinə çıxdı, xeyri olmadı – Eldar Mahmudovun oğlunu qalib elan etdilər

admin 25.06.2026
0cff1504f43b67c6bb29a5e423f38e4e

Xəbər verdiyimiz kimi Ali Məhkəmədə hakim Elşad Şamayevin icraatında sabiq milli təhlükəsizlik naziri  Eldar Mahmudovun oğlu Anar Mahmudovun adı keçən şikayət daxil olub.

Musavat.com xəbər verir ki, söhbət Anar Mahmudovun Bakının mərkəzində yerləşən binalardan birində olan 3 Azərbaycan vətəndaşının mülkiyyətinə iddia edir. Məsələ ilə bağlı ötən il Anar Mahmudov Səbail rayon Məhkəməsinə iddia təqdim edib. Səbail Rayon Məhkəməsi Anar Mahmudovun “Dolçasaray” MMC-yə və bir neçə mənzil sahibinə qarşı qaldırdığı iddianı əsassız hesab edərək rədd edib.  Məhkəmə materiallarından görünür ki, Anar Mahmudov 2025-ci ilin mayında müraciət edərək “Dolçasaray Rezidens”də yerləşən bir neçə mənzilin ona məxsus olduğunu iddia edib, həmin mənzillərin sonradan başqa şəxslərə satılmasının qanunsuz sayılmasını, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və mənzillərin ona qaytarılmasını tələb edib. Lakin işin araşdırılması zamanı ortaya çıxan faktlar məhkəmənin tamamilə fərqli nəticəyə gəlməsinə səbəb olub.

İş üzrə ən diqqətçəkən məqamlardan biri budur ki, Anar Mahmudov əvvəllər də “Dolçasaray” MMC-yə qarşı iddialarla çıxış edib. Əvvəlki məhkəmə qərarlarında Anar Mahmudova təhvil verilməsi nəzərdə tutulan 202 və 453 kvadratmetrlik mənzillərin “Dolçasaray Rezidens”dəki binanın 14-cü mərtəbəsində faktiki olaraq mövcud olmadığı müəyyən edilib. Bu barədə həm ekspert rəyləri, həm də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun rəyi təqdim olunub.

Məhkəmə sənədlərinə görə, binanın 14-cü mərtəbəsində ümumilikdə 4 mənzil mövcuddur və onların sahələri Anar Mahmudovun iddia etdiyi 202 və 453 kvadratmetrlik göstəricilərlə üst-üstə düşmür.

Bu səbəbdən daha əvvəl çıxarılmış icra sənədi də yerinə yetirilə bilməyib və icra məmuru sənədi geri qaytarıb. Sonradan Anar Mahmudov həmin qərardan şikayət versə də, məhkəmələr onun şikayətini təmin etməyiblər.

Səbail Məhkəməsində Anar Mahmudovun iddiasına baxılarkən məlum olub ki, mübahisə predmeti olan 45, 46 və 48 saylı mənzillər müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən “Dolçasaray” MMC-dən alınaraq dəyəri tam ödənilib.

Belə ki, 46 saylı mənzil 2020-ci ildə V.Mirqasımov tərəfindən alınıb və 480 min manat ödənilib. 48 saylı mənzil 2020-ci ildə M.Dadaşzadə tərəfindən 340 min manata əldə edilib, 45 saylı mənzil isə Şövkət Əliyeva tərəfindən alınıb və ödəniş tam həyata keçirilib.  Məhkəmə həmin şəxslərin mənzilləri əldə edərkən bütün qanuni prosedurlara əməl etdiklərini və onların vicdanlı alıcı statusuna malik olduqlarını müəyyən edib.

Qərarda xüsusi vurğulanır ki, alıcılar mənzilləri əldə edərkən daşınmaz əmlakın dövlət reyestrində həmin əmlakların “Dolçasaray” MMC-nin adına qeydiyyatda olduğunu görüblər. Mənzillər üzərində hər hansı həbs, qadağa və ya yüklülük barədə qeyd olmayıb.

Məhkəmə hesab edib ki, vətəndaşlar dövlət reyestrinin məlumatlarına inanmaq hüququna malikdirlər və həmin məlumatların düzgünlüyünə əsaslanaraq müqavilə bağlayıblar. Buna görə də onların hüquqları qorunmalıdır.

Qərarda diqqət çəkən digər məqam iddia müddəti ilə bağlıdır. Məhkəmə sənədlərində göstərilir ki, Anar Mahmudov ən azı 2021-ci ildən sözügedən mənzillərin başqa şəxslərə satıldığını bilib. Hətta həmin fakt əvvəlki məhkəmə proseslərində də səsləndirilib. Buna baxmayaraq, müqavilələrin etibarsız sayılması tələbi ilə yalnız 2025-ci ilin mayında məhkəməyə müraciət olunub.

Səbail Rayon Məhkəməsi qeyd olunanları nəzərə alıb və Anar Mahmudovun iddiasını təmin etməyib. Çünki Anar Mahmudov müqavilələrin etibarsızlığını sübut edə bilməyib. Mənzilləri alan şəxslər isə vicdanlı alıcılardır.

Ən başlıcası, vətəndaşlar “Dolçasaray” MMC-dən  mənzilləri alarkən dövlət reyestrində heç bir məhdudiyyət qeyd olunmayıb. Vətəndaşlar Dövlət reyestrinə inanmayıb hara, kimə inanmalı idilər?

Üstəlik, Anar Mahmudovun iddialı olduğu mənzillərin faktiki mövcudluğu ilə bağlı ortada ciddi ziddiyyətlər var  – Fövqəladə Hallar Nazirliyi Eldar Mahmudovun oğlunun iddiasında göstərdiyi ölçülərdə binada mənzil olmadığına dair rəy verib. Keçirilmiş ekspertiza da öz rəyi ilə bu məqamı təsdiqləyib. Digər bir məsələ isə Anar Mahmudovun iddiasından belə aydın olur ki, o, 2021-ci ildən mülkiyyət hüquqlarının pozulduğunu bilib. Belə olan  halda Anar Mahmudovun uzun müddət məhkəməyə müraciət etməməsi nə ilə əlaqədar olub?

Bütün bunları nəzərə alan məhkəmə Anar Mahmudovun alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzillərin boşaldılması və ona təhvil verilməsi ilə bağlı iddiasını təmin etməyib.

Maraqlıdır ki, Anar Mahmudov atası vəzifədən çıxarılandan sonra ölkədən gedib və geri qayıtmayıb. Atası Eldar Mahmudovun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi mövcuddur. Həmin cinayət işində Anar Mahmudovun adının hallanması və barəsində axtarış işinin olması da yayılan məlumatlar sırasındadır. Belə bir vaxtda Anar Mahmudovun xaricdə oturub Bakıda məhkəmə davaları açması da maraq doğurur. Onun Səbayel Rayon Məhkəməsinin iş üzrə qətnaməsini mübahisələndirməsi, Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun heç bir əsaslandırma aparmadan iş üzrə Anar Mahmudovun xeyrinə qərar verməsi də az maraq doğurmur.

Hazırda iş kassasiya instansiyasındadır. Hər 3 vətəndaş Ali Məhkəmədən ədalətli qərar gözləyir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: TƏBİB Heydər Əliyevin xeyir-dua verdiyi uzman cərrahı işdən azad etdi
Next: “Vito” sürücüsü həbs edildi – VİDEO

OXŞAR MÖVZULAR

IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
1787915102_chatgpt-image-aug-27-2026-08_00_21-pm
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar

admin 28.08.2026
1787902117_c34c969d92_0001
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kor-koranə yoxlama: absurd teatr – Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?

admin 28.08.2026

XƏBƏR LENTİ

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda həmin insanın daxili dünyasını, həyat...
DAVAMI Read more about Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır
22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha...
DAVAMI Read more about 22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər
Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

Bütün yazılar

WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.