Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar

admin 28.08.2026
1787915102_chatgpt-image-aug-27-2026-08_00_21-pm

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində vəziyyətlə bağlı redaksiyamıza daxil olan müraciət bir sıra ciddi iddiaları gündəmə gətirib. İddialar kollecdə idarəçilikdən tutmuş əməkdaşlar arasında münasibətlərə, maddi yardım və mükafatların bölüşdürülməsindən tələbələrin imtahan prosesinə, “Yay məktəbi”ndən kadr ixtisarlarına qədər bir çox məsələləri əhatə edir. Redaksiyamız məsələni yerində araşdırıb, Kollec rəhbərliyinin mövqeyini öyrənməyə çalışsa da, səsləndirilən iddiaların bir qismi ilə bağlı suallar açıq qalıb.

Redaksiyamıza müraciət edən şəxsin sözlərinə görə, yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra İnşaat Kollecində idarəçilik üslubunda ciddi dəyişikliklər baş verib. İddia olunur ki, kollecdə direktor Şəhla Abbasova, tədris işləri üzrə direktor müavini Sevda Həsənova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirovanın ətrafında müəyyən əməkdaşlardan ibarət qrup formalaşıb.

Şikayətçinin iddiasına görə, bunun nəticəsində kollektiv daxilində rəhbərliyə yaxın hesab olunan əməkdaşlarla digər işçilər arasında münasibətlərdə fərq yaranıb.

Məsələnin diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, redaksiyaya daxil olan müraciət yalnız kollektivdaxili münasibətlərdən ibarət deyil. Səsləndirilən iddiaların mühüm hissəsi kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlıdır.

Maddi yardım və mükafatlar: kimlər daha çox yararlanır?
Şikayətçinin ən ciddi iddialarından biri kollecin daxili büdcəsi hesabına əməkdaşlara maddi yardım və mükafatların verilməsi ilə bağlıdır.

İddia olunur ki, bəzi əməkdaşlara əməkhaqqının iki misli həcmində maddi yardım göstərilib. Bununla yanaşı, həmin şəxslərə müxtəlif vaxtlarda əlavə mükafatların da verildiyi bildirilir.

Şikayətçinin sözlərinə görə, bu ödənişlər direktorun imzaladığı xüsusi əmrlər əsasında həyata keçirilib.

Daha ciddi iddia isə ondan ibarətdir ki, kollecin büdcəsi hesabına maddi yardım və mükafatların əsasən rəhbərliyə yaxın olduğu bildirilən eyni şəxslər arasında bölüşdürüldüyü, digər əməkdaşların isə bu ödənişlərdən kənarda saxlanıldığı iddia olunur.

Redaksiyaya təqdim edilən məlumatlarda maddi yardım və mükafatların davamlı olaraq verildiyi iddia olunan şəxslərin siyahısında kollecin bir sıra rəhbər və məsul vəzifələrində çalışan əməkdaşların adları çəkilir.

Bu siyahıda Kollecin direktoru Şəhla Abbasova, direktorun tədris işləri üzrə müavini Sevda Həsənova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova, hüquqşünas Aynurə Səlimova, Həmkarlar Təşkilatının sədri Səbinə Danyarbəyli, mühasib Elnarə Əliyeva, arxiv müdiri Könül Məmişov, sənədlərlə iş üzrə mütəxəssis Fatimə Şahmarova, Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Günay Məmmədova, İKT üzrə mütəxəssis İlkin Yusubov, hərbi hazırlıq üzrə mütəxəssis Şaiq Vəliyev, İctimai Əlaqələr bölməsinin rəhbəri Leyla Hüniyeva, metodist Zülfiyyə Əliyeva, operator Çinarə Məmmədova və psixoloq Günay Təhməzovanın adları qeyd olunur.

Şikayətçilnin bu şəxslərin kollecin büdcəsi hesabına mütəmadi maddi yardım və mükafat aldıqlarını iddia edirlər.

Müraciətdə diqqət çəkən digər məqam isə kollecin təchizat üzrə direktor müavini Həbib Dərgahovun bu ödənişlərdən kənarda saxlanıldığı barədə iddiadır.

Şikayətçinin təqdim etdiyi məlumata görə, rəhbərliyə yaxın olduğu bildirilən şəxslərin maddi yardım və mükafatlarla təmin edildiyi halda, Həbib Dərgahovun eyni imkanlardan yararlanmadığı iddia olunur.

Təbii ki, bu məlumatların həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq maliyyə sənədlərinin və direktorun əmrlərinin araşdırılması vacibdir.

Əgər iddialar təsdiqini taparsa, burada söhbət artıq sadəcə əməkdaşlar arasındakı münasibətlərdən deyil, kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi prinsiplərindən gedəcək.

“Yay məktəbi” və tələbələrdən alındığı iddia edilən 500-700 manat
Kollecdə vəziyyətlə bağlı müraciətdə tələbələrin imtahan prosesi ilə əlaqədar da ciddi iddialar səsləndirilir.

Şikayətçinin bildirdiyinə görə, qış sessiyasında imtahandan kəsilən tələbələr üçün fərdi qruplar yaradılıb. Daha sonra isə yay sessiyası çərçivəsində “Yay məktəbi” təşkil olunub.

İddia edilir ki, tələbələrdən bu proqramlarda iştirak üçün 500-700 manat arasında ödəniş alınıb.

Məsələnin daha diqqətçəkən tərəfi isə müəllimlərin bu prosesdə fəaliyyətinin necə rəsmiləşdirilməsi ilə bağlıdır.

Şikayətçi bildirir ki, fərdi qruplarda və “Yay məktəbi”ndə dərs deyən müəllimlərdən saat hesabı əməkhaqqı almadan, könüllülük əsasında işləmələri barədə ərizə alınıb.

İddialara görə, müəllimlərin gördükləri iş “könüllülük” kimi rəsmiləşdirilsə də, tələbələrdən alınan vəsait kollecin daxili büdcəsinə daxil edilən vəsait kimi rəsmiləşdirilib.

Daha sonra isə həmin vəsaitin müxtəlif formalarda, o cümlədən maddi yardım və mükafat şəklində müəyyən əməkdaşlara ödənildiyi iddia olunur.

Bu iddia xüsusilə ciddi araşdırma tələb edir. Çünki burada söhbət həm tələbələrdən alınan vəsaitdən, həm müəllimlərin əməyinin rəsmiləşdirilməsindən, həm də həmin pulların sonrakı istifadəsindən gedir.

Kollecdə kadr siyasəti də narazılıq doğurur
Redaksiyaya daxil olan müraciətdə kollecdə aparıldığı iddia olunan kadr dəyişiklikləri və ixtisarlarla bağlı da məlumatlar yer alır.

Şikayətçinin bildirdiyinə görə, direktor Şəhla Abbasovanın vəzifəyə təyin olunmasından sonra “islahat” adı altında bir sıra əməkdaşların işdən çıxarılması həyata keçirilib.

İddia olunur ki, bu proses nəticəsində altı əməkdaş ixtisar adı ilə işdən azad edilib.

Lakin müraciətdə bununla bağlı daha diqqətçəkən iddia da səsləndirilir. Bildirilir ki, işdən azad edilən əməkdaşların tutduğu vəzifələrə cəmi bir neçə gün sonra yeni şəxslər təyin olunub.

Əgər bu məlumat təsdiqlənərsə, ixtisarların real səbəbləri ilə bağlı ciddi suallar ortaya çıxır. Çünki hər hansı ştatın həqiqətən ixtisar edilməsi həmin vəzifəyə qısa müddət sonra yeni şəxsin təyin olunması ilə bağlı ziddiyyət yarada bilər.

Şikayətçinin sözlərinə görə, məsələ bununla da yekunlaşmayıb. Onun bildirdiyinə əsasən, sentyabr ayında daha səkkiz əməkdaşa ixtisarla bağlı xəbərdarlıq edilib.

Kollecdə kadr siyasətinin hansı prinsiplərlə həyata keçirildiyi və əməkdaşlarla əmək müqavilələrinə hansı əsaslarla xitam verildiyi də araşdırılmalı məsələlər sırasındadır.

Vəzifələr və faktiki görülən işlər
Müraciətdə bəzi əməkdaşların tutduqları vəzifələrə uyğun fəaliyyət göstərməməsi barədə də iddialar yer alır.

Belə ki, psixoloq vəzifəsində çalışdığı bildirilən Günay Təhməzovanın faktiki olaraq kollecdə katibə funksiyasını yerinə yetirdiyi iddia olunur.

Həmçinin hüquqşünas Aynurə Səlimovanın imtahan prosesində müəyyən texniki işlərə cəlb edilməsi barədə məlumat səsləndirilir.

Kollektivdə münasibətlər və Pedaqoji Şura ilə bağlı iddialar
Redaksiyaya daxil olan müraciətdə kollektiv daxilində münasibətlərlə bağlı da narazılıqlar ifadə olunur.

Şikayətçinin sözlərinə görə, Pedaqoji Şuranın bəzi iclaslarında əməkdaşlarla kobud şəkildə danışıldığı və hətta müəyyən şəxslərin təhqiramiz ifadələrlə hədəfə alındığı iddia edilir.

Belə iddialar təsdiqlənəcəyi halda, məsələ təkcə kollektivdaxili münasibət kimi qiymətləndirilə bilməz.

Çünki təhsil müəssisəsində rəhbərliklə əməkdaşlar arasındakı münasibət həm iş mühitinə, həm də təhsil prosesinə birbaşa təsir edən amillərdən biridir.

Qarşı tərəfin fikirini öyrənmək münasibəti ilə, Kollecin rəhbərliyə müraciət etsəkdə, lakin bütün cavabları ala bilmədik
Redaksiyamız səsləndirilən iddiaları yalnız müraciətçinin təqdim etdiyi məlumatlarla kifayətlənərək yayımlamaq niyyətində olmayıb.

Məsələni yerində araşdırmaq üçün İnşaat Kollecinə yollanılıb və rəhbərliklə görüş keçirilib.

Ünvanladığımız sualların bir qismini Kollecin hüquqşünası Aynurə Səlimova cavablandırmağa çalışıb.

Səlimova özü ilə bağlı səsləndirilən bəzi iddialara münasibət bildirsə də, direktor və direktor müavinləri barədə səsləndirilən iddiaların onların özləri tərəfindən cavablandırılmalı olduğunu bildirib.

Nəticədə redaksiyanın ünvanladığı bir sıra mühüm məsələlərə birbaşa cavab almaq mümkün olmayıb.

Bu isə araşdırmanın qarşısında yeni suallar qoysa da, əsas məsələ dəyişmir: səsləndirilən iddiaların əksəriyyəti sənədlər üzərindən araşdırılmalıdır.

Milli TV olaraq qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyamıza müraciət edən şəxsin iddialarıdır. Redaksiyamız bu iddiaları əvvəlcədən təsdiqlənmiş fakt kimi təqdim etmir.

Millitv.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar – BU NƏDİ BELƏ?
Next: Mingəçevirdə MilliÖN problemi – Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?

OXŞAR MÖVZULAR

1787902117_c34c969d92_0001
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kor-koranə yoxlama: absurd teatr – Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?

admin 28.08.2026
1787903539_e36a1d8277_555
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir – HƏQİQƏTƏN DƏ…

admin 28.08.2026
inshot_20260828_024917213_1787870975
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 28.08.2026

XƏBƏR LENTİ

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək? 1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər....
DAVAMI Read more about Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO 1787910926_4fd3a840-2882-4918-86d3-640f43fe6469
  • CƏMİYYƏT
  • ÖLKƏ

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

admin 28.08.2026
Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda...
DAVAMI Read more about Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

Bütün yazılar

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.