Skip to content
30.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Turist yoxdur, amma turizm inkişaf edir… – Fuad Nağıyev dediyinə özü inanırmı?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Turist yoxdur, amma turizm inkişaf edir… – Fuad Nağıyev dediyinə özü inanırmı?

admin 25.06.2026
1782356567_1
Son illər turuzm sektoruna milyonlar xərclənsə də, bu sektordakı geriləmə danılmaz faktdır.

TEREF xəbər verir ki, gözləntilər Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin bunun səbəbləri ilə bağlı açıqlama verməsi olsa da, o, son açıqlamasında hər şeyi ört-basdər etməyə çalışıb.

O bildirib ki, bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür. Sədrin sözlərinə görə, müasir dövrdə əsas diqqət turistlərin xərclədiyi vəsaitə, xidmət keyfiyyətinə və dayanıqlı inkişafa yönəlir.

Təbii ki, turist axınının azaldığı bir vaxtda belə açıqlamalar daha çox uğursuz statistikanı gizlətmək cəhdi kimi görünür. Amma turizm sektoru elə bir tənəzzül yaşayır ki, Fuad Nağıyevin bu kimi açıqlamaları belə acı reallığı ört-basdır etmək gücündə deyil.

Rəqəmlərə baxaq, onlar nə deyir?

Rəsmi məlumatlara əsasən, 2026-cı ilin ilk beş ayında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Başqa sözlə, ölkə bu il yüz minlərlə potensial turist itirib.

Halbuki, son illər turizm sektoruna dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, xarici ölkələrdə reklam kampaniyaları keçirilir, Azərbaycan beynəlxalq sərgilərdə və forumlarda turizm məkanı kimi təqdim olunurdu. Bütün bunların nəticəsi isə turist sayında artım olmalı idi.

Turizm sahəsində uğurun yalnız turist sayı ilə ölçülmədiyi doğrudur. Lakin turist sayı bu sahənin əsas göstəricilərindən biri olaraq qalır. Çünki ölkəyə gələn turistlərin sayı azaldıqca hotellərin doluluğu, restoranların gəlirləri, nəqliyyat sektorunun dövriyyəsi və minlərlə insanın qazancı da azalır.

Əgər turist sayı geriləyirsə, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. Azərbaycanda hotellərin bahalığı, regionlarda xidmət səviyyəsinin zəif olması, aviareyslərin məhdudluğu və ölkənin bəzi bazarlarda kifayət qədər tanıdılmaması illərdir müzakirə olunan problemlərdir. Buna baxmayaraq, vəziyyətin yaxşılaşdığı hiss olunmur.

Fuad Nağıyev bir neçə il əvvəl Azərbaycana gələn turistlərin sayının milyonlarla artacağını, ölkənin regionun əsas turizm mərkəzlərindən birinə çevriləcəyini bəyan etmişdi. Bu gün isə statistika əks mənzərə ortaya qoyur.

Turizmdə meyarlar dəyişə bilər. Ancaq bir ölkəyə gələn turistlərin sayı azalırsa, bunu uğur kimi təqdim etmək mümkün deyil. Əksinə, bu, görülən işlərin nəticəsinin yenidən qiymətləndirilməsini tələb edir.

Çünki turizmdə ən vacib sual hələ də dəyişməyib: insanlar niyə Azərbaycana gəlir və ya niyə gəlməkdən imtina edir? Bu suala cavab tapılmadan uğurdan danışmaq çətindir./SAVASHMEDİA/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Yeməkləri evlərinə aparırlar” – İTTİHAM VAR…
Next: “Arzum” ləqəbli tiktokerin məhkəməsi təxirə salındı

OXŞAR MÖVZULAR

1787915102_chatgpt-image-aug-27-2026-08_00_21-pm
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar

admin 28.08.2026
1787902117_c34c969d92_0001
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kor-koranə yoxlama: absurd teatr – Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?

admin 28.08.2026
1787903539_e36a1d8277_555
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir – HƏQİQƏTƏN DƏ…

admin 28.08.2026

XƏBƏR LENTİ

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda həmin insanın daxili dünyasını, həyat...
DAVAMI Read more about Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır
22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha...
DAVAMI Read more about 22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər
Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

Bütün yazılar

WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.