Skip to content
24.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR – İTTİHAM VAR…
  • CƏMİYYƏT

Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR – İTTİHAM VAR…

admin 24.06.2026
1782279142_screenshot-2026-06-24-093100

Səhiyyə sistemi cəmiyyətin ən həssas sahələrindən biridir. Bu sistemdə çalışan hər bir tibb işçisi qanunvericiliyin və peşə etikasının tələblərinə uyğun fəaliyyət göstərməlidir. Əks halda, vətəndaşların sağlamlığı ilə yanaşı, dövlətin sosial təminat mexanizmlərinə də ciddi zərər dəyə bilər.
Gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Xətai rayonu 9 nömrəli uşaq poliklinikasının fəaliyyəti ilə bağlı narahatedici iddialar yer alıb. Müraciətdə poliklinikanın baş həkimi Hacıyeva Zərifə və sahə həkimi Bəşirova Mahirənin fəaliyyətinə dair araşdırılmalı olduğu bildirilən çoxsaylı iddialar irəli sürülür.
Müraciət müəllifinin iddiasına görə, Nəsrəddin Tusi küçəsi 14, mənzil 29 ünvanında yaşayan Tağızadə Şamildən həyat yoldaşının analıq məzuniyyətinin qanunsuz qaydada uzadılması məqsədilə 1000 manat alınıb. İddia olunur ki, 18 fevral 2023-cü il təvəllüdlü Tağızadə İnci Şamil qızı sağlam olduğu halda xəstə kimi sənədləşdirilib və bu əsasla analıq məzuniyyəti uzadılıb. Müraciətdə uşağın atasının hərbi pilot olduğu və hazırda Türkiyədə yaşadığı da qeyd edilir.
Şikayətdə daha bir ciddi iddia ondan ibarətdir ki, müxtəlif tibbi arayışlar – o cümlədən 026, 086 və 095 nömrəli tibbi formalar qanunsuz ödəniş müqabilində rəsmiləşdirilir. Müraciət müəllifi bildirir ki, xüsusilə buraxılış sinif şagirdlərinə xəstə olmadıqları halda xəstəlik arayışlarının verilməsi üçün həftəlik 50–100 manat məbləğində pul tələb olunur.
Müraciətdə həmçinin iddia edilir ki, poliklinikada çalışan işçilərdən hər ay 30–50 manat məcburi şəkildə pul yığılır, bayramlar ərəfəsində isə əlavə vəsait tələb edilir. Xüsusilə mart ayında işçilərdən bir neçə dəfə pul toplandığı bildirilir.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə etik pozuntulardan deyil, həm də dövlətin sosial ödəniş sisteminə zərər vurulması, saxta tibbi sənədlərin hazırlanması, korrupsiya və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə kimi hüquqi qiymət tələb edən hallardan gedə bilər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, o cümlədən müvafiq səhiyyə və hüquq-mühafizə orqanlarının göstərilən iddiaları hərtərəfli araşdırması, sənədlərin həqiqiliyini yoxlaması və qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görməsi ictimai maraq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar redaksiyaya təqdim olunmuş müraciətdə irəli sürülən iddialara əsaslanır. Adları çəkilən şəxslərin mövqeyi məlum deyil. Onların cavab və izah vermək hüququ qorunur və təqdim ediləcəyi təqdirdə dərc oluna bilər.
Gundemxeber.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan “tarix”ə qarışır
Next: Push30’un biabırçı müştəri xidməti – NARAZILIQ VAR…

OXŞAR MÖVZULAR

1782299387_b98a720f10_1
  • CƏMİYYƏT

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH…

admin 24.06.2026
1782302052_1782301v
  • CƏMİYYƏT
  • GÜNDƏM

Neftçalada DOST filialının açılışı olub

admin 24.06.2026
1782287596_1
  • CƏMİYYƏT

Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır?

admin 24.06.2026

XƏBƏR LENTİ

Aygün Bayramovadan etiraz: “Nə qədər olar?” cb71c34a789637788501f130c3e5e2d8
  • ŞOU-BİZNES

Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”

admin 24.06.2026
Xalq artisti Aygün Bayramova yerli-yersiz işlədilən “ustad” və “sənətkar” ifadələrinə etiraz edib. Sənətçi bu barədə “Xəzər axşamı”...
DAVAMI Read more about Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782290379_1782288808_thumbsv
  • DÜNYA

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

admin 24.06.2026
Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilə dair beynəlxalq miqrasiya statistikasını açıqlayıb. Rəsmi statistikaya görə, 2025-ci ildə Türkiyəyə...
DAVAMI Read more about Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782305125_1782304152051-664152687
  • İDMAN

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

admin 24.06.2026
 Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub. Tədbirdə turnirin gümüş...
DAVAMI Read more about Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH… 1782299387_b98a720f10_1
  • CƏMİYYƏT

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH…

admin 24.06.2026
Bir neçə gün öncə saytımız tərəfindən Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində baş vermiş “ekofəlakət”i işıqlandırandan sonra,...
DAVAMI Read more about Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH…
Neftçalada DOST filialının açılışı olub 1782302052_1782301v
  • CƏMİYYƏT
  • GÜNDƏM

Neftçalada DOST filialının açılışı olub

admin 24.06.2026
Neftçala şəhərində DOST filialı fəaliyyətə başlayıb. “Report”un Muğan bürosunun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri...
DAVAMI Read more about Neftçalada DOST filialının açılışı olub

Bütün yazılar

cb71c34a789637788501f130c3e5e2d8
  • ŞOU-BİZNES

Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”

admin 24.06.2026
1782290379_1782288808_thumbsv
  • DÜNYA

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

admin 24.06.2026
1782305125_1782304152051-664152687
  • İDMAN

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

admin 24.06.2026
1782299387_b98a720f10_1
  • CƏMİYYƏT

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH…

admin 24.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.