Skip to content
24.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır?
  • CƏMİYYƏT

Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır?

admin 24.06.2026
1782287596_1

Son günlər Bakı-Tbilisi-Bakı sərnişin qatarı biletlərin tapılmama ilə bağlı xəbərlər daha çox yayılır.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Dəmir Yollarının Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov suallara aydınlıq gətirib:

– Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı hansı mexanizmlə həyata keçirilir?

– Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir.
ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər.

Bu, həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.

Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb.

Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq.

– Bəzi sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutuna bilet tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Eyni zamanda, həmin tarixlər üzrə turizm şirkətləri vasitəsilə təqdim olunan tur paketlər çərçivəsində qatar biletlərinin təklif edildiyi bildirilir. Turizm şirkətləri üçün qatarda müəyyən yerlər ayrılırmı? Ümumiyyətlə, eyni şəxsin biletləri kütləvi şəkildə əldə etməsi mümkündürmü?

– Qeyd etdiyim kimi, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır. Sərnişinlər həm kassalar, həm mobil tətbiq, həm də rəsmi saytdan eyni satış bazasına çıxış əldə edirlər. Bütün satış kanalları eyni sistem üzərindən işləyir.

Onu da bildirim ki, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır.

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur. Əgər belə bir fakt aşkar edilsə, təbii ki, bunu ilk araşdıran tərəf ADY olacaq.

Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır.

Əlavə olaraq bildirim ki, yüksək tələbatla əlaqədar iki və daha çox sərnişin eyni anda eyni yer üzrə bilet alışını həyata keçirmək istədikdə prosesi ən tez tamamlayan şəxs bileti əldə edə bilir, bu məqamda digər şəxsin kartından pul tutulubsa, geri qaytarılır.

– Sosial şəbəkələrdə satışa çıxarılan biletlərlə bağlı elanlar araşdırılırmı?

– Sosial mediada olan elanları və paylaşımları yaxından izləyirik, araşdırırıq. Həmçinin satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi təhlil olunur. Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil.

Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir.
Sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır.

Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər. Məsələn, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib.

Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib. Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Biletlərin 3 ay əvvəldən satılması… ADY problemi həll edir, yoxsa daha da böyüdür?
Next: “Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

OXŞAR MÖVZULAR

1782299387_b98a720f10_1
  • CƏMİYYƏT

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? – DƏLİXANADIR, VALLAH…

admin 24.06.2026
1782302052_1782301v
  • CƏMİYYƏT
  • GÜNDƏM

Neftçalada DOST filialının açılışı olub

admin 24.06.2026
1782287970_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Biletlərin 3 ay əvvəldən satılması… ADY problemi həll edir, yoxsa daha da böyüdür?

admin 24.06.2026

XƏBƏR LENTİ

Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da p1iq8g6b8xbpep3bpfwxrnnuh9ft2spx8zhauv1c_1200
  • İDMAN

Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da

admin 24.06.2026
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Alexandro Herrera ilə müqavilə imzalayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti “1+1” illikdir....
DAVAMI Read more about Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da
İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək 548704.jpeg.885x520_q85_box-0_2c0_2c885_2c520_crop_detail_upscale
  • DÜNYA

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

admin 24.06.2026
“ABŞ və İsrail beynəlxalq məhkəmədə kompensasiya, təzminat və müharibə cinayətlərinə görə mühakimə olunmalıdır”. “Təcavüzkarları rahat buraxmayacağıq, onları...
DAVAMI Read more about İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək
İsrail müdafiə naziri: ABŞ istəsə belə, Livandan çıxmayacağıq dsc09863blur-e1763297019480-640x400
  • DÜNYA

İsrail müdafiə naziri: ABŞ istəsə belə, Livandan çıxmayacağıq

admin 24.06.2026
“ABŞ İsraildən istəsə belə, Livanın cənubundan çıxmayacağıq”.   “Əsgərlərimiz bu ərazilərin içində, sakinləri isə çölündə olacaq. Oradakı...
DAVAMI Read more about İsrail müdafiə naziri: ABŞ istəsə belə, Livandan çıxmayacağıq
Aygün Bayramovadan etiraz: “Nə qədər olar?” cb71c34a789637788501f130c3e5e2d8
  • ŞOU-BİZNES

Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”

admin 24.06.2026
Xalq artisti Aygün Bayramova yerli-yersiz işlədilən “ustad” və “sənətkar” ifadələrinə etiraz edib. Sənətçi bu barədə “Xəzər axşamı”...
DAVAMI Read more about Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782290379_1782288808_thumbsv
  • DÜNYA

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

admin 24.06.2026
Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilə dair beynəlxalq miqrasiya statistikasını açıqlayıb. Rəsmi statistikaya görə, 2025-ci ildə Türkiyəyə...
DAVAMI Read more about Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Bütün yazılar

p1iq8g6b8xbpep3bpfwxrnnuh9ft2spx8zhauv1c_1200
  • İDMAN

Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da

admin 24.06.2026
548704.jpeg.885x520_q85_box-0_2c0_2c885_2c520_crop_detail_upscale
  • DÜNYA

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

admin 24.06.2026
dsc09863blur-e1763297019480-640x400
  • DÜNYA

İsrail müdafiə naziri: ABŞ istəsə belə, Livandan çıxmayacağıq

admin 24.06.2026
cb71c34a789637788501f130c3e5e2d8
  • ŞOU-BİZNES

Aygün Bayramovadan etiraz: “Nə qədər olar?”

admin 24.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.