Skip to content
24.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan “tarix”ə qarışır
  • MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan “tarix”ə qarışır

admin 24.06.2026
1782222067_1
Səngəçal karvansarayı, adından da göründüyü kimi Bakıdan 40 km uzaqlıqda Qaradağ rayonunun Səngəçal qəsəbəsində, ümumi magistral yoldan 300-400 metr aralıda yerləşir. Tarixi mənbələrə görə, karvansaray 1439-40-cı illərdə Şirvanşah I Xəlilullahın tapşırığı ilə inşa edilib. İki mərtəbəli, dördkünc şəkildə tikilmiş karvansaray XIX əsrdən etibarən fəaliyyətini dayandırıb. Karvansaray baxımsız qaldığı üçün zamanla aşınıb, hazırda sıradan çıxmaq üzrədir. Ətrafını ot-alaq basıb, divarları dağılır.
Karvansarayın içərisini gəzərkən antik bir ab-hava hiss edilir. Tağlı otaqlar, bir-birinə keçidi olan dəhlizlər, aradan yüzillər keçsə belə hələ də əzəmətini itirməyən divarlar insanı əsrlər öncəyə aparır. Həyətində olan keçibuynuzu ağacının kölgəsi karvansarayın həyətinə xüsusi bir bəzək verir.

Təəssüf olsun ki, bu tarixi abidə məhv olmaq üzrədir. Baxımsızdır, ərazidə mal-qara saxlayanlar heyvanlarını otlamaq üçün bu əraziyə gətirir. Ətrafda olan ağaclar – iydə, əncir ərazidə gəzən heyvanlar tərəfindən məhv edilir. Yeri gəlmişkən qeyd edim ki, karvansarayın həyətində “Qırmızı kitab”a düşmüş yulğun kolları da var.

Əslində sual yaranar ki, “karvansaray təmir edilsə nə olcaq ki? Nə kimi fəaliyyət göstərə bilər?”

Birinci karvansaray gözəl tarixi üslubda tikildiyi üçün turistlərin diqqətini çəkə bilər. Təmir edilərsə, həyətində kiçik kafe fəaliyyət göstərə bilər ki, bu təcrübə Türkiyədə var. Türkiyədə tarixi abidələrdə kiçik kafelər fəaliyyət göstərir. Gələn tursitlər əvvəlcə abidəni gəzir, şəkillər çəkdirir, sonra həmin ərazidə istirahət edir, çay və ya kofe içib yola davam edirlər. Bunu etməyə Mədəniyyət Nazirliyinin maddi gücü çatmırsa, karvansarayın təmiri və kafe kimi fəaliyyət göstərməsi ilə bağlı tender keçirə bilər, həmçinin sahibkarlara güzəşt edərək, tarixi abidənin qorunması üçünbir addım ata bilər.

Səngəçal karvansarayı kimi yüzlərlə baxımsız və diqqətdən kənar qalan abidələrimiz var ki, onlara yeni ruh verib, turistlər üçün məkana çevirmək olar.

Azərbaycanda bəzi tarixi abidələri baxımsız bir vəziyyətdə sanki kənara atıblar. Bəzilərinin qapısını da qıfıllayıblar. Soruşsan, deyəcəklər ki, “qorunması üçündür”.

Bizimyol.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlətin pulun “Bir Könüllü” xərcləyir:Dövlətin 26 500 manatı belə yeyildi…/FOTOLAR
Next: Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR – İTTİHAM VAR…

OXŞAR MÖVZULAR

20260622_103021
  • MƏDƏNİYYƏT

Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilə edildi

admin 22.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
flora
  • MƏDƏNİYYƏT

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdi

admin 17.06.2026

XƏBƏR LENTİ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT… 1782289036_screenshot-2026-06-24-121317
  • CƏMİYYƏT
  • ÖLKƏ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…

admin 24.06.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövləti aldadır, yoxsa burada başqa maraqlar var? Yenixeberorg.com: Bu suala cavab tapmaq üçün...
DAVAMI Read more about DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…
251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb? media-mek-aisy0w
  • CƏMİYYƏT

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?

admin 24.06.2026
Bakının Nizami rayonu ərazisində yerləşən 251 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri ilə bağlı ciddi iddialar...
DAVAMI Read more about 251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?
“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA 1782286571_screenshot-2026-06-24-113554
  • CƏMİYYƏT

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA

admin 24.06.2026
AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət...
DAVAMI Read more about “Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA
“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb? media-IMG_8054-zaw376-960x640
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?

admin 24.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı dbce96d4-ac42-492b-aeb6-087e56a56154
  • ARAŞDIRMA

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

admin 24.06.2026
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli...
DAVAMI Read more about Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Bütün yazılar

1782289036_screenshot-2026-06-24-121317
  • CƏMİYYƏT
  • ÖLKƏ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…

admin 24.06.2026
media-mek-aisy0w
  • CƏMİYYƏT

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?

admin 24.06.2026
1782286571_screenshot-2026-06-24-113554
  • CƏMİYYƏT

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA

admin 24.06.2026
media-IMG_8054-zaw376-960x640
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?

admin 24.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.