Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – ÇAĞIRIŞ
  • CƏMİYYƏT

“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – ÇAĞIRIŞ

admin 23.06.2026
1782216319_screenshot-2026-06-23-160326

Son 10 ildə Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri elektronika məhsulları satan mağazalarla bağlıdır. Şikayətlərin sayına görə birinci yerdə “Kontakt Home” mağazalar şəbəkəsi gəlir. İllərdir bu şəbəkə müştəri narazılığı, məhsulların qüsurlu çıxması və şikayətlərin çoxluğu ilə gündəmdədir.

Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, şikayətlərin sayına görə ikinci yerdə “Baku Electronics”, “Music Gallery” və digər şəbəkələr gəlir:

“Adını çəkdiyim bu şəbəkələrdə çox vaxt aldadıcı reklam kampaniyaları keçirilir. Həmçinin onların endirim kampaniyaları da aldadıcı və saxta olur.

Məsələn, “Kontakt Home” vaxtilə “Şeş qoşa” adlı kampaniya keçirirdi. Şeş qoşa atan müştərilərə məhsul verilirdi. Lakin müştəri məhsulu evə apardıqdan sonra hər hansı problem yarananda onu qaytarmaq və ya dəyişdirmək istəyəndə bildirirdilər ki, məhsul kampaniya çərçivəsində alındığı üçün geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.

“Baku Electronics”də də belə aldadıcı kampaniyalar və endirim aksiyaları tez-tez keçirilir.

Əvvəllər “Music Gallery” ilə bağlı şikayətlər yox idi. Bu şəbəkəni “Kontakt Home” aldıqdan sonra oradan da şikayətlər gəlməyə başlayıb”.

E.Hüseynov endirimlə satılan məhsullardan da danışıb. O bildirib ki, mağazalarda qüsurlu çıxan, müştərilər tərəfindən geri qaytarılan və ya texniki servisdə olmuş məhsullar çox vaxt endirimlə satışa çıxarılır:

“İstehlakçıların əksəriyyəti bilmir ki, mürəkkəb elektron məhsulların da istifadə müddəti olur. Telefon, televizor, soyuducu, tozsoran və digər elektron məişət avadanlıqlarının hissələrinin hər birinin ayrıca istifadə müddəti var. Zaman keçdikcə həmin hissələrin resursu azalır. Məhsul istifadə olunmasa belə, bəzi hissələr sıradan çıxa bilər.

Endirimə ən çox belə məhsullar çıxarılır. Bu məhsullar uzun müddət anbarlarda qalıb, bəzən isə rütubətli şəraitdə saxlanılıb.

Endirimə çıxarılan ikinci əsas kateqoriya isə alındıqdan sonra geri qaytarılmış məhsullardır.

Yuxarıda adını çəkdiyim şəbəkələri müştəri məmnuniyyəti düşündürmür. Onlar daha çox qüsurlu məhsulu sataraq gəlir əldə etməyi düşünürlər.

“Kontakt Home” mağazalarından alınmış qüsurlu məhsulların geri qaytarılması və ya problemin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Alıcılar bunu mütləq nəzərə almalıdırlar”.

Tribuna.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub – ƏMR
Next: “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia – 6000 manat ödədi, universitet tanınmadı

OXŞAR MÖVZULAR

neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
1782217841_3d61fbf3d3431e7169a5fbe1a493490e
  • CƏMİYYƏT

Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

admin 23.06.2026
1782211858_screenshot-2026-06-23-144935
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər…

admin 23.06.2026

XƏBƏR LENTİ

İbrahim Kalın Səddam Haftarla görüşdü aa_picture_20260623_41756214
  • DÜNYA

İbrahim Kalın Səddam Haftarla görüşdü

admin 23.06.2026
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Benqazidə Liviya Milli Ordusunun baş komandanının müavini general-polkovnik Səddam...
DAVAMI Read more about İbrahim Kalın Səddam Haftarla görüşdü
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik image_(18)
  • DÜNYA

Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik

admin 23.06.2026
Beyrut İsrailin Livanın cənubundakı hərbi qüvvələrini çıxarmasından başqa bir şərti qəbul etməyəcək. O əlavə edib ki, ABŞ-nin...
DAVAMI Read more about Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
Zelenski Polşaya səfərdən imtina etdi 250214-ukrainian-president-volodymyr-zelenskyy-mtp-ac-838p-eaa151
  • DÜNYA

Zelenski Polşaya səfərdən imtina etdi

admin 23.06.2026
25-26 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda Kiyev nümayəndə heyətinə Baş nazir...
DAVAMI Read more about Zelenski Polşaya səfərdən imtina etdi
Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb, 129 daimi iş yeri yaradılıb....
DAVAMI Read more about Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı 1782217841_3d61fbf3d3431e7169a5fbe1a493490e
  • CƏMİYYƏT

Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

admin 23.06.2026
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub. Hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta...
DAVAMI Read more about Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

Bütün yazılar

aa_picture_20260623_41756214
  • DÜNYA

İbrahim Kalın Səddam Haftarla görüşdü

admin 23.06.2026
image_(18)
  • DÜNYA

Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik

admin 23.06.2026
250214-ukrainian-president-volodymyr-zelenskyy-mtp-ac-838p-eaa151
  • DÜNYA

Zelenski Polşaya səfərdən imtina etdi

admin 23.06.2026
neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.