Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər…

admin 23.06.2026
1782211858_screenshot-2026-06-23-144935

“Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda uşaqlara qarşı törədilən zorakılıq faktları cəmiyyətdə böyük hiddət doğurub
Bizimesr.com bildirir ki, dünən Türkiyə mətbuatında İstanbulda yaşayan azərbaycanlı miqrantların uşaqlarının təhsil və təlim gördüyü uşaq bağçasında yaşanan şiddətlə bağlı məlumat yayıblar.
“Hürriyyət” qəzetinin yazdığına görə, İstanbulun Bayrampaşa rayonunda əcnəbi vətəndaşların uşaqlarının təhsil aldığı özəl beynəlxalq uşaq bağçasında uşaqları yuxu saatında ağac çubuqla döyən və yeməkxanada onlara qarşı pis rəftar edən 60 yaşlı qadın əməkdaş A.B. nəzarətə alınıb.
Rəsmi qurumlar dəhşətli anların təhlükəsizlik kameralarına əks olunmasından dərhal sonra hərəkətə keçib. Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşları bağçada araşdırmalara başlayıb, uşaqları çubuqla döyən şəxs isə məhkəməyə çıxarılıb.


Qeyd edilir ki, İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda uşaqlara qarşı törədilən zorakılıq faktları cəmiyyətdə böyük hiddət doğurub.
“Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda böyük narazılığa səbəb olan hadisələr zənciri 16 iyun çərşənbə axşamı, 17 iyun çərşənbə və 19 iyun cümə günlərində baş verib. Bağçada çalışan 60 yaşlı qadın əməkdaş A.B.-nin müdafiəsiz uşaqlara qarşı qəbuledilməz rəftarı valideynlərin və rəhbərliyin vəziyyətdən xəbər tutması ilə üzə çıxıb.
Qeyd edək ki, “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası” İstanbulda 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova tərəfindən təsis edilib.
Rəsmi məlumata görə Şərqiyyə Məmmədova 2016-cı ildə İstanbulda təhsildən kənarda qalan azərbaycanlı uşaqları cəlb etmək üçün ilk olaraq “Azərbaycan Təhsil-Kültür və Sosial Dayanışma Dərnəyi”ni təsis edib. Daha sonra bu dərnəyin nəzdində dahi dramaturq Hüseyn Cavidin adını daşıyan məktəb və bağça fəaliyyətə başlayıb. Şərqiyyə Məmmədova həmçinin “Maarifçi Qadınlar” İctimai Birliyinin sədridir.


Müəssisədə təhsil alan uşaqların böyük əksəriyyəti 1990-cı illərdən bəri müxtəlif səbəblərdən Türkiyəyə köçən, sənədləşmə (pasport, qeydiyyat) problemi olan və maddi cəhətdən çətinlik çəkən azərbaycanlı (əsasən NaxçıvanMR mənşəli) ailələrin övladlarıdır. Rəsmi məlumatda qeyd edilir ki, Şərqiyyə Məmmədova bu uşaqların ana dilində yazıb-oxumasını, Azərbaycan tarixi və mədəniyyətini öyrənməsini təmin edir. Bağçanın sponsoru isə azərbaycanlı iş adamı-neft maqnatı, “Union Grand Energy” şirkətlər qrupunun sahibi və baş icraçı direktor Anar Əlzadədir.
Qeyri-rəsmi və təsdiqlənməmiş məlumatlra görə isə “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası” Anar Əlizadə tərəfindən qurulub.
Xatırladaq ki, Anar Əlizadənin adı bir çox qalmaqalalrda, o cümlədən neft qaçaqçılığında hallanıb. Onun Rusiya və İranın sanksiyalara məruz qalan neftini qara bazarda satması ilə bağlı bir çox iddialar var. Həmçinin Anar Əlizadə “kölgə donanma” sahiblərindən biri kimi də tanınır və milyarder iş adamı ilə bağlı Tükiyə və Avropada bir sıra araşdırmalar aparılıb. Buna baxmayaraq, Anar Əlizadə ilə bağlı qüvvəyə minmiş heç bir məhkəmə qərarı yoxdur. /Poliqon/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia – 6000 manat ödədi, universitet tanınmadı
Next: Şıxlinski və oğlu barədə yekun qərar verildi

OXŞAR MÖVZULAR

neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
1782217841_3d61fbf3d3431e7169a5fbe1a493490e
  • CƏMİYYƏT

Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

admin 23.06.2026
1782213448_screenshot-2026-06-23-151549
  • CƏMİYYƏT

“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia – 6000 manat ödədi, universitet tanınmadı

admin 23.06.2026

XƏBƏR LENTİ

İbrahim Kalın Səddam Haftarla görüşdü aa_picture_20260623_41756214
  • DÜNYA

İbrahim Kalın Səddam Haftarla görüşdü

admin 23.06.2026
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Benqazidə Liviya Milli Ordusunun baş komandanının müavini general-polkovnik Səddam...
DAVAMI Read more about İbrahim Kalın Səddam Haftarla görüşdü
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik image_(18)
  • DÜNYA

Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik

admin 23.06.2026
Beyrut İsrailin Livanın cənubundakı hərbi qüvvələrini çıxarmasından başqa bir şərti qəbul etməyəcək. O əlavə edib ki, ABŞ-nin...
DAVAMI Read more about Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
Zelenski Polşaya səfərdən imtina etdi 250214-ukrainian-president-volodymyr-zelenskyy-mtp-ac-838p-eaa151
  • DÜNYA

Zelenski Polşaya səfərdən imtina etdi

admin 23.06.2026
25-26 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda Kiyev nümayəndə heyətinə Baş nazir...
DAVAMI Read more about Zelenski Polşaya səfərdən imtina etdi
Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb, 129 daimi iş yeri yaradılıb....
DAVAMI Read more about Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı 1782217841_3d61fbf3d3431e7169a5fbe1a493490e
  • CƏMİYYƏT

Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

admin 23.06.2026
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub. Hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta...
DAVAMI Read more about Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı

Bütün yazılar

aa_picture_20260623_41756214
  • DÜNYA

İbrahim Kalın Səddam Haftarla görüşdü

admin 23.06.2026
image_(18)
  • DÜNYA

Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik

admin 23.06.2026
250214-ukrainian-president-volodymyr-zelenskyy-mtp-ac-838p-eaa151
  • DÜNYA

Zelenski Polşaya səfərdən imtina etdi

admin 23.06.2026
neftcala_senaye_mehellesi
  • CƏMİYYƏT

Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.