Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb, 129 daimi iş yeri yaradılıb.

Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda sənaye məhəlləsində 6 rezident fəaliyyət göstərir.

Rezidentlər tərəfindən indiyədək 216,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, istehsal olunan məhsulların xarici bazarlara ixracı isə 2,2 milyon manat təşkil edib.

Soztv.az