Skip to content
22.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ… – İLGİNC FAKTLAR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ… – İLGİNC FAKTLAR…

admin 22.06.2026
1782118685_screenshot-2026-06-22-125554

“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar almışıq.
Bu barədə “Dia-az”a göndərilən məqalədə iddia olunur ki, əslində GİZLİ OLİQARXlardan olan Qağaməli Seyfullayev əlindəki hüdudsuz sərvətə görə DÖVLƏT BÜDCƏSİNƏ “minnətdar olmalıdır”. Yəni mənimsənilən pullar və bunun da əvəzində illərdir maaşları qalxmayan neftçilər, səfil günündə yaşamaq zorunda qalan neftçi ailələri… bütün bunlar Qağaməli Seyfullayevin daş kəsən tamahənın inikasıdır…

Məqalədə deyilir: “Neftdən-qazdan gələn gəlirlər sayəsində milyonçuya çevrilmiş, “qaz vurub, qazan dolduran” Seyfullayevin adı çirkli qüvvələrin “qara kassası” kimi hallanır. Mediada gedən xəbərlərdə səslənən ittihamlara görə, idarə rəisi ölçüyəgəlməz kapitala yiyələnib və oliqarxa çevrilib. Hətta onun sərvətinin siyahısı açıqlanıb və mal-mülk səltənəti üzə çıxıb.
Belə ki, Bakıda və doğulduğu Biləsuvarda çoxlu sayda evləri, dəbdəbəli villaları var. Bundan başqa, nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri var. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500 000 (beş yüz min) manat civarındadır.
Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin. Amma yarım milyonluq maşında gəzən idarə rəhbəri işçisi olan xəstə qaziyə ağrıkəsici iynələr almağa bir manat verməyə əli gəlməz… Bu barədə bir müddət əvvəl nmətbuatda faktlar açıqlanıb.
Göründüyü kimi, toxun acdan, varlının kasıb xəstədən xəbəri olmazmış. Təəssüf ki, belə bir keyfiyyətləri özündə əks etdirən məmur Neft-Qaz Təmir Tikinti Trestinin rəhbəri vəzifəsini daşıyır.
Ümumiyyətlə, sual olunur – qanunlarla bu qədər dövlət təminatı olan işçilər, xüsusən ağır xəstəlikdən əziyyət çəkən işçilər niyə pulsuz müalicə olunmamalıdır? Deməli, bu məsələ də Seyfullayevin marağında olmayıb.
Yeri gəlmişkən, bu günlərdə “Azəriqaz” İB-də rəhbər dəyişikliyi oldu. İndi böyük gözləntilər var ki, islahatlar davam edəcək. Bu da sıravi işçilərdə müəyyən ümidlər yaradıb ki, növbə Qağaməli Seyfullayevə çata bilər. Elə SOCAR prezidenti Rövşən Nəcəfə bununla bağlı müraciətlər edildiyi iddiaları var. Hətta onun məsuliyyətə cəlb olunmasını xahiş edirlər.
Bildirilir ki, Qağaməli Seyfullayev Neft-Qaz Təmir Tikinti Trestini, ondan əvvəl isə Qaz İxrac İdarəsini çapıb-talayıb. Bu azmış kimi, diplomsuz qohumlarını üç nəhəng təşkilata yerləşdirib. Beləliklə, şəhid ailələri, qazilər əziyyət çəksin, Seyfullayev və onun bisavad qohumları vəzifədən istifadə edib varlansınlar, kef çəksinlər.
Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin rəisi Qağaməli Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb.
Onu da qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir. Və bütün bu qurumlar Qağamaəlinin şəxsi büdcəsini doldurmaq üçün nəzərdə tutulub, desək, yanılmarıq…”

YAZININ DAVAMI OLACAQ… Növbəti yazıda təkcə Qağaməli Seyfullayevin özü ilə bağlı yox, qohumları ilə bağlı da… məsələn, Masallı Qaz İstismarı Sahəsinin müdiri olan İxtiyar Seyfullayevin, yəni doğmaca qardaşı barəsində də ilginc faktları təqdim edəcəyik… (Dia-az)

Bizi izləməyə davam edin…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Next: Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

OXŞAR MÖVZULAR

1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
1782134542_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

admin 22.06.2026
1782135758_screenshot-2026-06-22-174147
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…

admin 22.06.2026

XƏBƏR LENTİ

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub 6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi...
DAVAMI Read more about Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub
“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “SİMPLE-B” Məhdud...
DAVAMI Read more about “Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir 1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 133 857 nəfərdir. APA-nın yerli bürosu xəbər verir ki, bu...
DAVAMI Read more about Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır” 1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada...
DAVAMI Read more about AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”
Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq? WhatsApp Image 2026-06-22 at 18.32.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

admin 22.06.2026
Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar...
DAVAMI Read more about Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

Bütün yazılar

6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.