Skip to content
19.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Dəyirman Vahid”in qanlı dosyesi – 2 sifarişli qətl, killerin boğularaq öldürülməsi, daha nələr…
  • HADİSƏ

“Dəyirman Vahid”in qanlı dosyesi – 2 sifarişli qətl, killerin boğularaq öldürülməsi, daha nələr…

admin 19.06.2026
f78574d74ceee01dd9dde17132b0777d

“Dəyirman Vahid” kimi tanınan iş adamı, 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru Vahid Həşimovun cinayət dosyesi ilə tanış olduqca, istər-istəməz bir zamanlar ölkəni silkələyən qanster Hacı Məmmədovun cinayət şəbəkəsi yada düşür. Fərq ondadır ki, bu işdə söhbət hüquq-mühafizə orqanlarının içərisinə sızmış dəstədən deyil, illərlə toxunulmaz hesab edilən, adı sifarişli qətllərdə hallanan bir biznesmendən gedir.

25 il əvvəl başlayan qanlı hekayənin son nöqtəsini qoymağa kim mane olur?

Musavat.com-un əldə etdiyi məlumata görə, iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən proses artıq bir ildən çoxdur ki, müxtəlif səbəblərlə uzanır. Dövlət ittihamçısı Vahid Həşimovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hökm hələ də elan olunmayıb.

Bu isə zərərçəkmiş tərəfdə haqlı hiddət doğurur. Görəsən, 1998 və 2001-ci illərin qanlı cinayətləri bağlı dosyenin taleyi niyə bu qədər uzadılır?

İki qətl, bir sui-qəsd və öldürülən killer

İstintaq materiallarına görə, hadisələrin başlanğıcı ötən əsrin sonlarına gedib çıxır.

İttihama əsasən, Vahid Həşimov keçmiş şəriki Qərib İbadov və Ramiz Nadirovun aradan götürülməsi üçün öz sürücü-mühafizəçisi Qulu Muxtarov vasitəsilə sifariş verib. Qətllərin icrası isə killer Dadaş Hüseynova tapşırılıb.

1998-ci ilin fevralında Qərib İbadova atəş açılıb. Güllə onun ağız nahiyəsinə dəysə də o, sağ qalmağı bacarıb. Həmin ilin iyununda isə digər hədəf Ramiz Nadirov odlu silahla qətlə yetirilib. Lakin cinayət zənciri bununla bitməyib.

İstintaqın qənaətinə görə, sifarişləri yerinə yetirən Dadaş Hüseynov sonradan əlavə pul tələb etməyə başlayıb və bildiklərindən istifadə edərək sifarişçiləri hədələyib. Bunun nəticəsində 2001-ci ilin dekabrında özü də öldürülüb. Meyiti paltarsız vəziyyətdə Bakı-Qazax magistralının kənarındakı dərədə aşkar edilib.

Beləliklə, cinayət dosyesində artıq üç ağır epizod – bir qətl, bir qətlə cəhd və sonradan aradan götürülən killerin öldürülməsi yer alıb.

İllərlə toxunulmaz qalan fiqur

Bu iş ətrafında ən çox müzakirə olunan məqamlardan biri də Vahid Həşimovun uzun illər məsuliyyətdən kənarda qala bilməsi, bunu necə bacarmasıdır!

İbadov qardaşları – Qərib və Gülməmməd İbadov müxtəlif illərdə mediaya açıqlamalarında bildirirdilər ki, Həşimovun arxasında yüksək vəzifəli himayədarlar dayanıb. Onların iddialarına görə, əvvəlcə keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daha sonra isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov onu hüquqi məsuliyyətdən qoruyub.

Hətta bu açıqlamalara görə Vahid Həşimov Qərib İbadovu məhkəməyə vermiş, onun “böhtan”a görə cəzalandırılmasını tələb etmişdi. Lakin məhkəmə İbadovun müraciətlərini həqiqətin araşdırılmasına yönəlmiş müraciətlər kimi qiymətləndirərək onu məsuliyyətdən azad etmişdi.

Dosye necə yenidən açıldı?

İllərlə nəticəsiz qalan müraciətlərdən sonra İbadov ailəsinin ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciəti prosesdə dönüş nöqtəsi oldu.

2023-cü ildə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə yaydığı məlumatda bildirildi ki, əvvəlki illərdən bağlı qalmış bir sıra xüsusilə ağır cinayətlərin üstü açılıb.

Qərib İbadova qarşı sui-qəsd, Ramiz Nadirovun qətli və naməlum meyit kimi qeydə alınmış Dadaş Hüseynovun öldürülməsi faktları yenidən araşdırılıb. Toplanmış sübutlar əsasında Vahid Həşimov və Qulu Muxtarov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaqın versiyasına görə:

Vahid Həşimov sifarişçi olub;

Qulu Muxtarov əlaqələndirici rolunu oynayıb;

Dadaş Hüseynov isə qətllərin birbaşa icraçısı olub.

Sonradan Dadaş Hüseynovun da aradan götürüldüyü müəyyənləşdirilib. Prokuror 13 il istəyib, hökm isə gəlmir. 2024-cü ildə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı ittiham tərəfi təqdim etdiyi sübutlarla təqsirin təsdiqləndiyini bildirib və dövlət ittihamçısı Vahid Həşimovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Normal məntiqə görə bundan sonra proses yekunlaşmalı və hökm elan edilməli idi.

Lakin hadisələr başqa istiqamətdə inkişaf edib. Zərərçəkmiş tərəfin sözlərinə görə, hökmün elan olunması bir ildən artıqdır müxtəlif səbəblərlə təxirə salınır. Bəzən tərəflərin gəlməməsi, bəzən yeni vəsatətlər, bəzən isə digər prosessual səbəblər göstərilir.

Qərib İbadovun oğlu Samir İbadov videomüraciətində bildirib ki, hətta məhkəmə rəhbərliyi ilə görüşlər də nəticə verməyib. Onun sözlərinə görə, hökmün oxunması davamlı şəkildə yubadılır. Bu gün ortaya çıxan əsas sual məhkəmə hökmünün yubadılmasıdır.

Əgər dövlətin üç mühüm qurumu xüsusi bəyanat yayaraq bu cinayətlərin üstünün açıldığını elan edibsə, əgər dövlət ittihamçısı artıq cəza tələb edibsə, o halda hökmün elan olunması niyə bir ildən artıqdır baş vermir? Söhbət adi cinayət işindən getmir.

Söhbət sifarişli qətllərdən, killer şəbəkəsindən, sağ qalan qurbanlardan və sonradan öldürülən icraçıdan gedir. Üç ilə yaxındır davam edən prosesdə, xüsusilə son bir ildə hökmün elan edilməsinin ləngiməsi istər-istəməz yeni suallar yaradır.

Bu gecikmənin arxasında sadəcə prosessual səbəblər dayanır, yoxsa hələ də hansısa görünməyən təsirlər mövcuddur?

Zərərçəkmiş tərəf, cəmiyyət cavab gözləyir.

Ən əsası isə, 25 ilə yaxın müddətdən sonra yenidən açılan bu qanlı dosye üzrə ədalətin nəhayət öz sözünü deyib-deməyəcəyi maraq doğurur.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)
Next: “Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

OXŞAR MÖVZULAR

f68daeca9344c20d4c0d14fd2afb4a09
  • HADİSƏ
  • VİDEO

Zəhranın qəzadan sonrakı görüntüləri yayıldı

admin 18.06.2026
1781625381_1
  • HADİSƏ

SON DƏQİQƏ! Tanınmış muğam ifaçısı öz evində həyatına son qoydu + FOTO

admin 17.06.2026
1781162812_screenshot-2026-06-11-112512
  • HADİSƏ

Bakıda obyektdə yanğın başlayıb

admin 11.06.2026

XƏBƏR LENTİ

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi
“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi 2024-09-27-t155257-z-1975291258-rc-229-aa-5-wpsz-rtrmadp-3-israel-palestinians-lebanon-1727455185
  • DÜNYA

“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

admin 19.06.2026
İsrail və “Hizbullah” Hərəkatı (Livan) atəşkəs barədə razılığa gəlib. Mənbə atəşkəsin bu gün qüvvəyə minəcəyini bildirib. Soztv.az
DAVAMI Read more about “Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

Bütün yazılar

c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.