Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? – “İnqilabi dəyişiklik”liyin gerçək üzü
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? – “İnqilabi dəyişiklik”liyin gerçək üzü

admin 18.06.2026
1781770331_1
Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq…

Yenixeberorg.com: Son üç ildə Azərbaycan QHT sektoru üzrə rəsmi tribunalardan, konfranslardan, iclas zallarından eyni sözlər eşidildi: şəffaflıq, hesabatlılıq, islahat, inkişaf. Bu sözlər hər toplantıda var. Lakin onların arxasında duran reallıq tamamilə başqa mənzərəni ortaya qoyur.

Faktlar kifayət qədərdir. Amma baxan yoxdur. Daha doğrusu — baxmaq istəyən yoxdur. Vaxtilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədriAygün Əliyeva da yayılmış səs yazısında elə bu fikri səsləndirib: araşdırsalar, istəsələr taparlar. Görünən odur ki, araşdırmırlar, istəmirlər. Amma, biz isə öz peşə fəaliyyətimizi davam etdirərək araşdırmalarımızı davam etdiririk!Maraqlıdır, nəhayət o biri neqativ məsələlər kimi cənab Prezidentin göstərişinimi gözləyirlər… Amma bu sahəyə nəzarət edənlərin baxmaları məsləhətdir! Çünki baxsalar, görəcəklər: bu “inqilab” sektorun inkişafı üçün deyil, seçilmiş bir dairənin varlanması üçün düzənlənib.

Tural Əliyev 21 dekabr 2023-cü ildə Prezident Administrasiyasında QHT sektorunun müdiri vəzifəsinə təyin edilib. QHT-lər, həmkarlar təşkilatları və bir sıra vətəndaş cəmiyyəti strukturları onun kurasiyasına daxildir. Yəni — böyük imkanlar, böyük məsuliyyət.

Lakin vəzifəyə gəldikdən qısa müddət sonra bu geniş kuratorluq bir başqa funksiyanı da yerinə yetirməyə başladı: öz adamlarını sistemin içinə yerləşdirmə mexanizmi.

Bu köhnə ənənənin yeni üzüdür.

Tural Əliyevin qardaşı Vüsal Əliyev peşəsi etibarilə reklam sahəsinin adamıdır. Elm, təhsil, həmkarlar hərəkatı ilə heç bir peşəkar əlaqəsi olmayıb.

2024-cü ildə Vüsal Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının protokol şöbəsində sektor müdiri vəzifəsinə təyin edildi. Bir müddət sonra – şöbə müdirinin müavini. Heç bir açıq müsabiqəsiz, heç bir testsiz, heç bir elansız. Çünki ehtiyac yox idi — qardaşı tapşırıq verdi və onu vəzifəyə götürdülər. .

Sonra isə Vüsal Əliyev daha da irəli çəkildi. 2025-ci ildə Vüsal Əliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri oldu. Bu komitənin tarixinə baxın — əksər rəhbər şəxslər ya pedaqoji fəaliyyətlə məşğul olub, ya Qabaqcıl Təhsil İşçisi adına layiq görülüb, ya da Elm və Təhsil Nazirliyinin müxtəlif qurumlarından buraya cəlb olunub.

Vüsal Əliyev isə reklam sektorundan gəldi — bilavasitə müşavir kürsüsünə. Bu, heyrətamiz bir “inqilabi yüksəliş”dir.

Bir vəzifəli şəxsin öz nəzarəti altındakı quruma qardaşını yerləşdirməsi — bu, etik pozuntuların ən ağırıdır. Amma burada söhbət yalnız bir hadisədən getmir. Bu bir modeldir, bir davranış normasına çevrilmiş sistemdir.

Düşünün: neçə nəfər var idi ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında müşavir vəzifəsinə həqiqətən layiq idi — uzun illər sektorda çalışmış, peşəkar biliyini sübut etmiş, fəaliyyətiylə tanınan? Onlar qaldılar öz yerlərində. Çünki onların “doğru” qardaşı yox idi.

Tural Əliyev isə şəffaflıqdan, qayda-qanunlardan danışır, görüşlər keçirir, nitqlər söyləyir. Bəs öz qohumlarını kurasiyasındakı qurumların ən “yağlı” yerlərinə yerləşdirərkən həmin qaydalar yadına düşürmü?

Münasib adamları vəzifəyə yerləşdirmək bu tablonun yalnız bir hissəsidir. Digər hissəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant mexanizmidir.

Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz “Yenixeberorg” olaraq son illər bu mexanizmdəki pozuntuları araşdırıb, ictimailəşdirməkdəyik. Amma nəticə? Eyni pozuntular davam edir. Çünki tənqid bu insanlar üçün həqiqətən önəmli deyil. Onlar üçün əhəmiyyətli olan: istədikləri adamlara qrant vermək, öz qohum və tanışlarını yaxşı vəzifələrə yerləşdirmək.

Xüsusi qeyd etmək lazımdır: tanışlara QHT qeydiyyatı açdırmaq, həmin təşkilatlara dövlət büdcəsindən maliyyə ayırmaq — bu faktlar açıqdır, lakin heç kim cavabdeh tutulmur.

Bu biabırçı vəziyyətin ən ağır nəticəsi — ölkənin vətəndaş cəmiyyəti institutlarının öz mahiyyətini itirməsidir.

QHT-lər, həmkarlar ittifaqları, ictimai birliklər — bunlar öz təşəbbüslərini və mövqelərini getdikcə daha çox itirir. Artıq onlar yalnız direktivlər əsasında hərəkət edir. Sosial problemlərə müstəqil yanaşma yoxdur. Cəmiyyətin maraqlarını təmsil etmək iddiası yoxdur.

Üstəlik, bu təşkilatların profillərinin özü dəyişir. Reklam adamları elm-təhsil həmkarlar ittifaqını “idarə edir”. Tanışlar QHT rəhbəri olur. Sistem içdən boşalır.

Bu mənzərədə ölkənin əsl vətəndaş cəmiyyəti hərəkatının sağ qala bilməsi böyük sual altındadır.

“İnqilabi dəyişiklik” dedikdə nə başa düşülür? Bu suala cavab verən bir tərif artıq meydandadır:

Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq.

Budur, «inqilabın» mahiyyəti. Sözlə bir şey, əməllə başqa şey. Nitq — publika üçün. Vəzifə — qardaş üçün.

Sonda Tural Əliyevə bir neçə sual ünvanlamaq istəyirik:

— Vüsal Əliyev hansı müsabiqə ilə həmkarlar konfederasiyasına daxil oldu? Həmin müsabiqə harada dərc olunmuşdu?

— Protokol şöbəsindən müşavir vəzifəsinə keçid hansı meyarlar əsasında baş verdi?

— Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi sədrinin müşaviri vəzifəsi üçün hansı iş elanı yayıldı?

— Reklam sahəsindən gələn bir şəxs bu sahəyə hansı peşəkar töhfəni verə bilər?

— Şəffaflıqdan danışan vəzifəli şəxs öz davranışını bu tələblərə görə necə qiymətləndirir?

Bu suallar cavabsız qaldıqca, “inqilabi dəyişiklik” ifadəsi yalnız bir şeyi ifadə etməyə davam edir: köhnə ənənənin yeni adını.(Yenixeberorg.com)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Novator Group”un restoranı sudan qanunusuz istifadə edirmiş – Cərimələndi
Next: Abşeronda oğurluq edən şəxslər saxlanıldı – VİDEO

OXŞAR MÖVZULAR

milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
1781778681_screenshot_20260618_143022_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA

admin 18.06.2026
1781756038_1
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? – Murad Məmmədov kimdir?

admin 18.06.2026

XƏBƏR LENTİ

Nəhayət ki, o “Range Rover” satıldı Hajiyevv
  • ARAŞDIRMA

Nəhayət ki, o “Range Rover” satıldı

admin 18.06.2026
İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb....
DAVAMI Read more about Nəhayət ki, o “Range Rover” satıldı
Vedat Muriqi İstanbula gəlir – Rəsmi vedat-muriqi-1562659837-23454
  • İDMAN

Vedat Muriqi İstanbula gəlir – Rəsmi

admin 18.06.2026
“Fənərbağça” Vedat Muriqinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.   Klubun məlumatına görə, 31 yaşlı futbolçu tibbi...
DAVAMI Read more about Vedat Muriqi İstanbula gəlir – Rəsmi
Argentina azarkeşlərinin avtomobili atəşə tutulub _(11)
  • İDMAN

Argentina azarkeşlərinin avtomobili atəşə tutulub

admin 18.06.2026
Argentina millisinin azarkeşləri DÇ-2026-da Əlcəzairlə matça gedərkən təhlükəli anlar yaşayıblar. Hadisə Kanzas şəhərində baş verib. Argentinalı azarkeşlərin...
DAVAMI Read more about Argentina azarkeşlərinin avtomobili atəşə tutulub
DÇ-2026: Çexiya-CAR matçında birinci hissə başa çatdı _(12)
  • İDMAN

DÇ-2026: Çexiya-CAR matçında birinci hissə başa çatdı

admin 18.06.2026
Dünya Kubokunun qrup mərhələsində II tura start verilib. A qrupunda baş tutan qarşılaşma Bakı vaxtilə 20:00-da start...
DAVAMI Read more about DÇ-2026: Çexiya-CAR matçında birinci hissə başa çatdı
Zelenski: Moskvanı bir həftə içində ikinci dəfə vurduq volodymyr-zelensky
  • DÜNYA

Zelenski: Moskvanı bir həftə içində ikinci dəfə vurduq

admin 18.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva Neft Emalı Zavoduna bir həftə ərzində ikinci hücumun baş verdiyini təsdiqləyib.  ...
DAVAMI Read more about Zelenski: Moskvanı bir həftə içində ikinci dəfə vurduq

Bütün yazılar

Hajiyevv
  • ARAŞDIRMA

Nəhayət ki, o “Range Rover” satıldı

admin 18.06.2026
vedat-muriqi-1562659837-23454
  • İDMAN

Vedat Muriqi İstanbula gəlir – Rəsmi

admin 18.06.2026
_(11)
  • İDMAN

Argentina azarkeşlərinin avtomobili atəşə tutulub

admin 18.06.2026
_(12)
  • İDMAN

DÇ-2026: Çexiya-CAR matçında birinci hissə başa çatdı

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.