Ukrayna Prezidenti Volodimir Zelenski Moskva Neft Emalı Zavoduna bir həftə ərzində ikinci hücumun baş verdiyini təsdiqləyib.
“Bu gecə uzaqmənzilli zərbələrimiz yenidən Moskva vilayətinə çatdı, bir həftə ərzində ikinci dəfə Moskva Neft Emalı zavoduna zərbə endirilib”, – Zelenski deyib.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, Rusiyanın Rostov vilayətindəki və müvəqqəti işğal olunmuş ərazilərdəki hədəflərə də zərbələr endirilib.
“Şəhərlərimizə və kəndlərimizə Rusiyanın zərbələrinə tamamilə ədalətli cavab və əsgərlərimizin Rusiya hərbi maşınını dəstəkləyən obyektlərdəki işinin daha bir vacib nəticəsi”, – Volodimir Zelenski əlavə edib.
PAYLAŞIN:
