Skip to content
16.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ
  • ARAŞDIRMA

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

admin 16.06.2026
550f12673631bfd00a0943ae2d724a07

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, iyunun 10-da Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində AXCP sədri Əli Kərimli barəsində başlanmış cinayət işi üzrə qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir./apa/

Soztv.az

Whatsapp

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanda Məhərrəm ayı başladı
Next: ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq

OXŞAR MÖVZULAR

1781546958_1
  • ARAŞDIRMA

Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? – TƏFƏRRÜAT

admin 16.06.2026
ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026

XƏBƏR LENTİ

“Son zəng”in “dumanlı təbrik”i Bakıdakı 244 nömrəlı məktəbdə oldu… 1781608911_screenshot_20260616_151939_com_whatsapp_conversation_edit_346136122414103
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Son zəng”in “dumanlı təbrik”i Bakıdakı 244 nömrəlı məktəbdə oldu…

admin 16.06.2026
Bir direktor 2-3 məktəbə şeflik edəndə belə də olmalıdır. Başqa nə gözləyəsən? Məzunları meyxanaçı Ələkbər Yasamallının uyudan...
DAVAMI Read more about “Son zəng”in “dumanlı təbrik”i Bakıdakı 244 nömrəlı məktəbdə oldu…
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 1781605338_screenshot_20260616_141921_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

admin 16.06.2026
Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri başlayıb....
DAVAMI Read more about Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
“Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini...
DAVAMI Read more about Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
Redaksiyamıza Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəblə bağlı şikayət daxil olub. “Xəbərsiz”ə müraciət...
DAVAMI Read more about Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
Azərbaycanın tikinti materialları və kimya sənayesi sektorunda tanınmış nəhəng holdinqlərindən birinin və onun tərkibindəki zavodun dövlət büdcəsinə...
DAVAMI Read more about “NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

Bütün yazılar

1781608911_screenshot_20260616_151939_com_whatsapp_conversation_edit_346136122414103
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Son zəng”in “dumanlı təbrik”i Bakıdakı 244 nömrəlı məktəbdə oldu…

admin 16.06.2026
1781605338_screenshot_20260616_141921_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

admin 16.06.2026
resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.