Skip to content
16.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır – TƏBİB-in yeni sədrinə müraciət
  • CƏMİYYƏT

Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır – TƏBİB-in yeni sədrinə müraciət

admin 16.06.2026
1781596313_screenshot_20260616_115001_com_android_chrome_chrometabbedactivity

Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Süleyman Ellaz ağır xəstəlikdən əziyyət çəkir.
Ailə üzvləri onun bir sıra müayinələrdən keçməsi üçün Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım ayrılmasına görə müraciət etsələr də, xəstəxana bundan imtina edir.
Bu barədə Gununsesi.info-ya Süleymanov Ellazın oğlu, AYB üzvü, şair Səxavət Süleymanov bildirib.
O, eyni zamanda TƏBİB-in yeni rəhbərliyi Anar Bayramova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli TƏBİB rəhbərliyi cənab Anar Bayramovun diqqətinə!
Mən, Kəlbəcərli şair Səxavət Kəlbəcərli, ağır vəziyyətdə olan atamla bağlı sizə müraciət edirəm.
Atam birinci qrup əlildir. Təxminən 35 il əvvəl baş vermiş avtomobil qəzası nəticəsində ciddi bədən xəsarətləri almış, həmin vaxtdan etibarən çətinliklə, əsasən çəlik vasitəsilə hərəkət etmişdir. Lakin son 9 ay ərzində vəziyyəti daha da ağırlaşmış, seroz tipli xəstəlik səbəbilə ümumi halı kəskin şəkildə pisləşmişdir.
Hazırda atamın hərəkət qabiliyyəti demək olar ki, tam itmişdir, artıq sərbəst yeriyə bilmir və gündəlik həyatda tam asılı vəziyyətə düşmüşdür. Bu vəziyyət ailəmiz üçün olduqca ağırdır və tibbi baxımdan təcili müdaxilə tələb edir.
Həkimlərin rəyinə əsasən, onun vəziyyətinin stabilləşdirilməsi və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış klinikaya, hətta ehtiyac yaranarsa, orqan transplantasiyası səviyyəsində müalicəyə yönləndirilməsi vacibdir.
Qaraciyər köçürülməsi imkanlarının qiymətləndirilməsi və bununla bağlı ilkin müayinələrin aparılması üçün atamın Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə aparılması zəruridir. Bu məqsədlə Mingəçevir Mərkəzi Xəstəxanasına dəfələrlə müraciət edərək ambulator qaydada göndəriş sənədinin verilməsini və təcili tibbi yardım vasitəsilə Bakıya aparılmasına köməklik göstərilməsini xahiş etmişik.
İlkin analiz və müayinələrin aparılması vacib olsa da, təəssüf ki, bu istiqamətdə lazımi sənədləşmə və dəstək təmin edilmir.
Bütün bunlara baxmayaraq, Mingəçevir şəhər Təcili Yardım xidməti və Mərkəzi Xəstəxana tərəfindən atamın Bakıya təxliyəsi üçün lazımi təcili yardım və nəqliyyat dəstəyi ayrılmır. Bu isə onun həyatını ciddi risk altına qoyur.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu vəziyyəti nəzarətə götürəsiniz, atamın vəziyyəti üzrə təcili tibbi yardım və Bakıya təxliyə məsələsinin həll olunmasına köməklik göstərəsiniz.
Hər gecikmə onun sağlamlığı üçün geri dönüşü olmayan nəticələr yarada bilər.
Öncədən göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edirəm”.

Gununsesi.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazir Sabirabadda kombayn sürdü – Fotolar
Next: Tahir Qarayevdə Aİ-nin sanksiyasına məruz qaldı – Rusiyaya müharibə aparmağa kömək edrdi

OXŞAR MÖVZULAR

pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
images_79_1781572749
  • CƏMİYYƏT

“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

admin 16.06.2026
1781591194_1
  • CƏMİYYƏT

Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? – SƏBƏB

admin 16.06.2026

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
“Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini...
DAVAMI Read more about Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
Redaksiyamıza Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəblə bağlı şikayət daxil olub. “Xəbərsiz”ə müraciət...
DAVAMI Read more about Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
Azərbaycanın tikinti materialları və kimya sənayesi sektorunda tanınmış nəhəng holdinqlərindən birinin və onun tərkibindəki zavodun dövlət büdcəsinə...
DAVAMI Read more about “NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı
“Zirə” kapitanı ilə müqaviləni uzatdı image_-_2026-06-16t131052.359
  • İDMAN

“Zirə” kapitanı ilə müqaviləni uzatdı

admin 16.06.2026
“Zirə” klubu kapitan Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb. 29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb....
DAVAMI Read more about “Zirə” kapitanı ilə müqaviləni uzatdı
“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb images_79_1781572749
  • CƏMİYYƏT

“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

admin 16.06.2026
“Coffeemania Next” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə irihəcmli vergi borcu qalıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir...
DAVAMI Read more about “Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

Bütün yazılar

resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
image_-_2026-06-16t131052.359
  • İDMAN

“Zirə” kapitanı ilə müqaviləni uzatdı

admin 16.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.