Skip to content
12.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
1781246321_screenshot-2026-06-12-103804

Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı qanun pozuntularına yol verildiyi iddia olunur.

Oxu.Az-a daxil olan müraciətdə bu və digər məsələlərlə bağlı ciddi ittihamlar səsləndirilib.

Müraciət müəllifi xəstəxanada icbari tibbi sığorta üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, işə qəbul zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması və idarəetmədə problemlərin yaşanması ilə bağlı ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, xəstəxanadan digər tibb müəssisələrinə köçürülmə üçün 240-dan çox saxta göndəriş verilib.

Müraciətdə bildirilir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və sözügedən göndərişlər üzrə bəzi faktlar müəyyən edilib. Lakin sonradan araşdırmanın nəticəsiz qaldığı və işin ört-basdır edildiyini iddia olunur.

Şikayətdə həmçinin xəstəxanada işə qəbul prosesinin şəffaf olmadığı, bəzi şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada işə götürüldüyü bildirilir.

Müraciət müəllifinin sözlərinə görə, hazırda xəstəxanada direktor vəzifəsi vakantdır və müəssisəyə rəhbərlik edən şəxs tərəfindən kadr siyasəti şəxsi maraqlar əsasında həyata keçirilir.

Şikayətdə xəstəxananın ümumi fəaliyyətinin də qənaətbəxş olmadığı, son dövrlər vəziyyətin daha da pisləşdiyi qeyd olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-2024-cü illərdə göndərişlərin verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb, hazırda istintaq davam etdirilir:

“Əlavə olaraq, hər iki hal üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb
Next: Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

OXŞAR MÖVZULAR

1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
1781249675_screenshot-2026-06-12-113244
  • CƏMİYYƏT
  • ÖLKƏ

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

admin 12.06.2026
1781243081_1781204832_1
  • CƏMİYYƏT

Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!

admin 12.06.2026

XƏBƏR LENTİ

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib 5
  • İDMAN

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib

admin 12.06.2026
Konqo Demokratik Respublikası millisinin futbolçularına və məşqçilər heyətinə dünya çempionatında iştirak etmək üçün ABŞ-yə giriş icazəsi verilib....
DAVAMI Read more about ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib
İlham Əliyev Putini təbrik etdi download_-_2026-06-12t110835.238
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Putini təbrik etdi

admin 12.06.2026
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Azərbaycan...
DAVAMI Read more about İlham Əliyev Putini təbrik etdi
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR… 1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Madina Group MMC” MMC ilə satınalma müqaviləsi imzalayıb…” Bu barədə tanınmış jurnalist...
DAVAMI Read more about Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI 1781246321_screenshot-2026-06-12-103804
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı...
DAVAMI Read more about Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI
Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb 1781249675_screenshot-2026-06-12-113244
  • CƏMİYYƏT
  • ÖLKƏ

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

admin 12.06.2026
Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı  şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:...
DAVAMI Read more about Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

Bütün yazılar

5
  • İDMAN

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib

admin 12.06.2026
download_-_2026-06-12t110835.238
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Putini təbrik etdi

admin 12.06.2026
1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
1781246321_screenshot-2026-06-12-103804
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.