Konqo Demokratik Respublikası millisinin futbolçularına və məşqçilər heyətinə dünya çempionatında iştirak etmək üçün ABŞ-yə giriş icazəsi verilib.
Məlumata görə, “Ebola” virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən komandanın hazırlıq prosesi pozulub. Futbolçular və məşqçilər heyəti ABŞ-yə yola düşməzdən əvvəl 21 günlük karantində saxlanılıb.
Karantin müddəti başa çatdıqdan sonra Konqo Demokratik Respublikası millisi ABŞ-nin Hyuston şəhərinə çatıb.
Afrika təmsilçisi dünya çempionatında K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya yığmaları ilə mübarizə aparacaq.
Komanda ilk oyununu iyunun 17-də Hyustonda Portuqaliya millisinə qarşı keçirəcək. Konqo Demokratik Respublikası yığması iyunun 24-də Meksikanın Sapopan şəhərində Kolumbiya ilə, iyunun 28-də isə ABŞ-nin Atlanta şəhərində Özbəkistan millisi ilə üz-üzə gələcək.
Soztv.az
